Minalanmış ərazilərin xəritəsini verməməsi Ermənistanın mənfur niyyətini əks etdirir İşğalçı dövlət tərəfindən hər yer, hətta hərbi təyinatı olmayan ərazilər belə minalanıb

 

Mənfur düşmən üç onillik ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində ağlasığmaz vandalizm əməlləri, müharibə cinayətləri törədib. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində işğaldan təmizlənən ərazilərdən çəkilən foto video materiallar bu barədə konkret təsəvvür yaradır. Bəhs olunan ərazilərdə bir dənə salamat bina qalmayıb, bütün tikililər dağıdılıb, onların dam örtükləri, qapı-pəncərə sistemləri, hətta sanitar qovşaqları belə sökülərək Ermənistana daşınıb. Ermənilər işğal dövründə, həmçinin meşələrimizə ciddi ziyan vurub, torpaqlarımızı istismar edib, qeyri-qanuni məskunlaşma aparıb, mədəniyyət abidələrimizi müxtəlif çirkin vasitələrdən istifadə etməklə özününküləşdirməyə çalışıblar.

Müharibədə kapitulyasiyaya uğrayan Ermənistan faşizm ideologiyasından geri çəkilməyib

Mənfur düşmənin işğalçılıq siyasətini davam etdirdiyi üç onillik ərzində törətdiyi müharibə cinayətlərindən biri zor gücünə öz nəzarəti altına keçirdiyi ərazilərimizi minalaması ilə bağlıdır. İşğalçı dövlət tərəfindən hər yer, hətta hərbi təyinatı olmayan ərazilər belə minalanıb. Təbii ki, minalanmış ərazilər xəritələşdirilib. Beynəlxalq konvensiyalara əsasən, müharibədən sonrakı mərhələdə minalanmış ərazilərin xəritələri qarşı tərəfə təhvil verilməlidir. Ancaq beynəlxalq hüquqa arxa çevirən Ermənistan bunu etmir. Minalanmış ərazilərin xəritəsini verməməsi düşmənin xain xislətini, mənfur niyyətini bir daha əks etdirir. Burada Ermənistan çirkin məqsəd güdür. Qarşı tərəfin niyyəti odur ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası, azərbaycanlıların bu yerlərə qayıdışı ləngisin daha çox sayda mülki şəxs xəsarət alsın yaxud həyatını itirsin. Bu, beynəlxalq hüquq normaları, müxtəlif vaxtlarda təsdiqlənmiş konvensiyalarla daban-dabana ziddiyyət təşkil edən müharibə cinayətidir. Ümumiyyətlə, işğalçı ölkədə faşizm ideologiyasının təbliği Azərbaycanafobiya dövlət siyasəti səviyyəsinə yüksəldilib. Məlum olduğu kimi, bir neçə il bundan əvvəl bu ölkənin paytaxtında zamanında faşistlərlə əlbir olan, onlara satqınlıq edən Q.Njdeyə böyük heykəl ucaldılıb. Eyni zamanda, Ermənistanın bir müddət öncə qəbul etdiyi yeni təhlükəsizlik strategiyasında azərbaycanlılara qarşı çağırış ifadə edən müddəalar öz əksini tapıb. Bütün bunlardan sonra düşmənin işğal dövründə Azərbaycan ərazilərini minalaması, müharibədən sonra heç bir xoş niyyət nümayiş etdirməməsi minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi Ermənistan dövlətinin faşizm ideologiyasından geri çəkilmədiyini bir daha təsdiqləyir.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi intensiv şəkildə davam etdirilir

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində işğaldan təmizlənən ərazilərdə artıq bərpa işlərinə başlanılıb. Bərpa işləri planlı şəkildə ardıcıllıqla həyata keçirilir. Vətən müharibəsində işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi birinci dərəcəli vəzifə kimi müəyyənləşdirilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 15 yanvar 2021-ci il tarixindəAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqındamüvafiq Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Dövlətimizin başçısı fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Özünün bir sıra tapşırıq tövsiyələrini verib.

Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi intensiv şəkildə davam etdirilir. İlk növbədə, bərpa planına uyğun olaraq infrastruktur obyektlərinin inşası nəzərdə tutulan ərazilər minalardan partlamamış sursatlardan təmizlənir. Agentlik tərəfindən mina partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları Şuşa şəhəri ərazisində aparılır. Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətlərində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksəkgərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam Zəngilan rayonları ərazisində əkin sahələrinin mina partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları hazırda davam etdirilir. Mina partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının minaaxtaran itlərin köməyi ilə həyata keçirilir. Bu işə dost ölkələrin istehkamçıları da cəlb olunublar. Verilən məlumatlara əsasən, ötən il sentyabrın 27-dən cari il fevralın birinci ongünlüyü daxil olmaqla aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075 602 kv.m (1 507 ha) ərazi yoxlanılıb, 8972 ədəd piyada tank əleyhinə mina, 6569 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Minatəmizləmə Agentliyinin yaydığı məlumatda bildirilir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi təhlükəsizlik səbəbindən qadağandır.

 

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2021.- 23 fevral.- S.3.