Milli Məclisdə
Xocalı soyqırımına
həsr edilmiş rəsm sərgisi təşkil olunub
Fevralın 26-da parlamentin inzibati
binasının foyesində
Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı
ilə YARAT Müasir
İncəsənət Mərkəzinin
rəssamı, Belçika
Kral İncəsənət
Akademiyasının məzunu
Ramal Kazımın Xocalı soyqırımına
həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.
Milli Məclisin mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
Azərbaycan Dövlət
Filarmoniyasının kvartetinin
müşayiəti ilə
keçirilən sərgidə
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədrin müavinləri Fəzail İbrahimli, Adil Əliyev, parlamentin komitə sədrləri, komitə sədrlərinin müavinləri,
parlamentdə təmsil
olunan siyasi partiyaların nümayəndələri,
Aparat rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər
iştirak ediblər.
Sərgidə nümayiş etdirilən
əsərlər barədə
məlumat verən ekspressionist rəssam Ramal Kazım bildirib ki, sərgiyə
Xocalı soyqırımı
silsiləsinə aid əsərlər, həmçinin
Dağılmış yuvalar,
İçi boş insan, Etiraz, Zori Balayanın surəti, Ümid əsərləri daxildir.
Qeyd olunub ki, bu əsərlər
Xocalı soyqırımını
dünyaya çatdırmaq
üçün İstanbulda
Milli Saraylar Muzeyində Gözü yaşlı Xocalı və Belçikanın Kral İncəsənət
Muzeyində Xocalıya
ədalət! adları
altında nümayiş
olunub.
Bildirilib ki, bu rəsm əsərləri
soyqırımına məruz
qalmış insanların
yaşantılarını, psixoloji vəziyyətini ekspressionist üslubda, sənətin dili ilə göstərmək
məqsədi daşıyır.
Ümid əsəri
isə hər faciədə bir ümidin olduğuna işarədir və son dövrlərdə
yaşadığımız hadisələr, torpaqlarımızın
düşmən tapdağından
azad edilməsi bizi bu istəyimizə
qovuşdurdu.
Sərgi ilə
tanış olan Milli Məclisin sədri Sahibə Qafarova Xocalı faciəsinin incəsənətin
dili ilə bu cür uğurlu
təsvirinə görə
rəssam Ramal Kazıma təşəkkürünü
bildirib. Qeyd edib ki, belə
bir sərgiyə baxmaq həqiqətən çox təsirlidir. Spiker gənc rəssama bundan sonrakı fəaliyyətində
uğurlar arzulayıb.
Yeni Azərbaycan.- 2021.-27
fevral.- S.9.