ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib

 

 

 

Fevralın 26-da ADA Universitetinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə xarici ölkələrin səfirləri, bu ali təhsil müəssisəsinin müəllimləri tələbələri iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsini əks etdirən sərgi ilə tanış olublar.

 

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliyinin acı nümunəsi olduğunu deyən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib: “Bu gün Xocalı faciəsindən 29 il ötür. Bu faciə müasir Azərbaycanın, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixində ən faciəli gündür. Həmin gün yüzlərlə dinc insan - qadınlar, uşaqlar vəhşiliklə qətlə yetirilib, minlərlə insan əsir götürülüb. Məhz 29 il bundan əvvəl fevralın 26-da Xocalı faciəsinin qurbanları özlərinin adlarını əbədi yaşadıblar”.

 

Rektor Hafiz Paşayev diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə çoxsaylı qurbanlar verib. Bu anım mərasiminin məqsədi odur ki, gənclərimiz bu günü unutmasınlar, onu müstəqilliyimizin təsdiqi kimi xatırlasınlar. Rektor vurğulayıb ki, Xocalı qurbanlarının ruhu bizi böyük Qələbəmizə aparan xüsusi çağırış olub. Bu il Xocalı faciəsinin ildönümünü faciə qurbanlarının xatirəsi fərqli şəkildə - qalib ruhu ilə anırıq. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq ərazi bütövlümüzü bərpa edib. Böyük Qələbəmizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb”, - deyə rektor bildirib.

 

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, bu gün Ermənistanın onilliklər ərzində Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin ən dəhşətli nümunəsi olan Xocalı faciəsindən 29 il ötür. Bu faciənin Azərbaycan xalqının qəlbində açdığı yaralar hələ sağalmayıb. Bu qətliamı törədənlər, faciənin səbəbkarları, qatillərin cəzası hələ verilməyib. Nazir bildirib ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin beynəlxalq təşkilatların qərar qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

 

Nazir Ceyhun Bayramov, həmçinin deyib: “Xocalı soyqırımı ədalət tələb edir. Azərbaycan dövləti günahkarların ədalət məhkəməsi qarşısına çıxarılması üçün bütün mümkün addımları atacaq. Bütün dövlətlər bu faciəyə münasibət bildirməlidir.

 

Artıq torpaqlarımız işğaldan azad edilib. 44 günlük Vətən müharibəsi Qələbəmizlə başa çatıb. Biz müharibə dövründə erməni terrorunun bir daha şahidi olduq. Döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərin raket atəşinə tutulması, gecə saatlarında dinc insanların ölümünə səbəb olan vəhşilik insanlığa sığmır. Ermənistan cəmiyyətində cəzasızlıq sindromu hökm sürür. Günahkarlar cəzalarını alacaqlar”.

 

İmzalanan üçtərəfli Bəyanatdan Azərbaycanın mövqeyindən danışan nazir deyib: “Üçtərəfli Bəyanat regionda yeni imkanlar yaradır. Bu Bəyanat təhlükəsizliyə, sülh dinc yaşayışa yönəlib. Azərbaycanın bununla bağlı mövqeyi birmənalıdır. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn normalarına riayət edir. Biz sülh təhlükəsizliyin tərəfindəyik”.

 

Xarici işlər naziri bütün ölkələri dövlətləri, beynəlxalq təşkilatları Xocalı faciəsinə münasibət bildirməyə çağırıb. Deyib ki, bu faciəyə beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir.

 

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati tədbir iştirakçılarını Azərbaycanda müstəqillik dövründə ondan əvvəlki illərdə gördüyü işlərlə tanış edib. Fotoqraf 20 Yanvar Xocalı faciələri zamanı çəkdiyi şəkillər barədə məlumat verib. Bildirib ki, bir çox müharibələrdə iştirak edib, amma heç yerdə ermənilərin törətdikləri vəhşiliyin şahidi olmayıb.

 

Sonra Dağlıq Qarabağ Azərbaycan icmasının üzvü, Xocalı faciəsinin şahidi Samirə Hüseynova ADA Universitetinin məzunu, Vətən müharibəsinin iştirakçısı Kamran Abbasov faciə ilə bağlı fikirlərini bölüşüblər.

 

Sonra film nümayiş etdirilib.

 

Yeni Azərbaycan.- 2021.-27 fevral.- S.9.