Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan
www.khojalytoday.com akademik resurs
bazasının təqdimatı
olub
Fevralın 26-da Bakı Kitab Mərkəzində “Xocalıya
ədalət!” beynəlxalq
maarifləndirmə kampaniyası
çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan
www.khojalytoday.com akademik resurs
bazası təqdim edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
faciə qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Kitab Mərkəzinin
direktoru Günel Anarqızı bildirib ki, Xocalı soyqırımı özlüyündə
daha qlobal və bəşəri hadisədir: “Şanlı Azərbaycan Ordusu və xalqı Ali Baş Komandan
İlham Əliyevin başçılığı ilə 44 gün davam edən Vətən müharibəsi
dövründə Qarabağ
münaqişəsini həll edərək tarixə qovuşdursa da, Xocalıya ədalət savaşı
hələ də davam edir. Düşünürük ki, bu proses
ədalət öz yerini tapana və
Xocalı cinayətkarları
hüquqi cəzalarının
alana qədər davam etdirilməli, Xocalıda mülki əhaliyə qarşı
törədilmiş cinayətə
hüquqi qiymət verilməli, cinayətkarlar
məsuliyyətə cəlb
olunmalı, bəşəriyyət
tərəfindən
lənətlənən cinayətlər
sırasına Xocalı
soyqırımı da
əlavə edilməli
və gələcək
nəsillərə çatdırılmalıdır”.
Bu istiqamətdə erməni vandalizminin bariz nümunəsi olan Xocalı soyqırımının dünya
ictimaiyyətinə və
gələcək nəsillərə
çatdırılması üçün Heydər
Əliyev Fondunun dəstəyi ilə dövlət sənədlərinə,
beynəlxalq və yerli müəlliflərə,
soyqırımı dövründə beynəlxalq mediada yer alan xəbərlərə,
Xocalı qurbanlarının
şahidlərinin ifadələrinə
və nəhayət, soyqırımında rol oynayan erməni vandallarının öz çıxış və
etiraflarına istinad edərək “Khojaly Today” akademik resurs bazasının yaradılmasının təqdirəlayiq
hadisə adlandıran
G.Anarqızı deyib:
“Qloballaşan dünyada əsas istinad edilən mənbələrin internet
məlumat bazalarının
olduğunu nəzərə
alaraq “Khojaly Today” akademik resurs bazasının yaradılmasının, bu
günə qədər
Xocalı soyqırımı
ilə bağlı faktların, fotoların, videoların, məqalə
və kitabların orada yerləşdirilməsi, dünyanın bütün
kitabxanalarında və
kitab evlərində akademik mənbə kimi təqdim edilməsi və qeydiyyatdan keçirilməsi
Xocalıya ədalət
savaşının hüquqi
qiymət alması istiqamətində mühüm
rol oynayacağına və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı istiqamətində
hər hansı resurs arayışı fonunda önəmli yer tutacağına inanırıq”.
Sonra Berlin
Humboldt Universitetin doktorantı, saytın qurucu komandasının koordinatoru Şamxal Əbilov www.khojalytoday.com akademik
resurs bazası haqqında məlumat verib. Bildirib ki, Xocalı
soyqırımı barədə
həqiqətlərin dünyaya
çatdırılması məqsədilə yaradılan
resurs bazasında Xocalı faciəsinə aid rəsmi sənədlər, beynəlxalq
və yerli müəlliflərin akademik
yazıları, bu barədə beynəlxalq mediada yayımlanan materiallar, soyqırımı
şahidlərinin ifadələri toplanıb. Elektron baza tədqiqatçılar,
tələbələr və
Xocalı haqqında məlumat əldə etmək istəyən müxtəlif şəxslər
üçün ümumiləşdirilmiş
mənbə rolunu oynayır.
“Xocalı xarici mediada” bölümündə soyqırımın
baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən
qələmə alınan
və dünyanın bir çox aparıcı media səhifələrində nəşr
edilən xəbərlər
yer alıb.
“Resurs” bölməsində videoçarxlar
və sənədli filmlərlə yanaşı,
Xocalı soyqırımını
əhatə edən, beynəlxalq və yerli müəlliflər tərəfindən qələmə
alınan akademik kitablar, elmi məqalələr, xarici fotoqraflar tərəfindən
lentə alınmış
və ermənilərin
Xocalıda törətdikləri vəhşilikləri
özündə əks
etdirən fotolar, hadisəyə dair şahid ifadələri, soyqırımı pisləyən
və qarşısının
alınmasına yönələn
konvensiya və müqavilələr yer alır.
Qeyd edib ki, bu günədək bir çox ölkələr Xocalı
soyqırımının ermənilər
tərəfindən törədildiyini
bəyan edən qətnamələr qəbul
edib, bir sıra ölkələrdə
Xocalı soyqırımı
qurbanlarının xatirəsini
əbədiləşdirən abidələr qoyulub. www.khojalytoday.com resurs
bazasının “Beynəlxalq
dəstək” bölməsində
məhz buna yer verilib.
“Resurs” bazası, həmçinin
Dağlıq Qarabağ
münaqişəsinin tarixi,
hüquqi və siyasi tərəfləri ilə, ermənilərin
30 ilə yaxın müddətdə işğal
dövründə həmin
ərazilərdə mədəni
irsimizə və təbii sərvətlərimizə
qarşı apardıqları
vandalizm siyasətinə
dair materiallarla tanış olmağa imkan yaradır.
Yeni Azərbaycan.- 2021.-27
fevral.- S.9.