Xocalı soyqırımı qurbanlarının xatirəsi Qafqaz Müsəlmanları İdarəsində anılıb

 

 

 

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir təşkil edilib.

 

AZƏRTAC xəbər verir ki, müqəddəsQurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə şəhidlərimizə Allahdan rəhmət diləyib. Faciənin səbəb fəsadlarından danışan QMİ sədri şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün maddi-mənəvi abidələrimizi yerlə-yeksan ediblər.

 

Qırx dörd günlük Vətən müharibəsinə toxunan şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu ədaləti bərpa edərək, işğal altındakı ərazilərimizi azad etdi. Torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı, azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti xalq-dövlət birliyi sayəsində, qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşının qalibi oldu. QMİ sədri qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müdrik dövlət rəhbərimizin bəyan etdiyi kimi, azad olunan torpaqlarımızda dağıdılmış dini-mənəvi abidələrimiz bərpa ediləcək.

 

QMİ sədri əlavə edib ki, bu Vətən müharibəsi dindarlarımızın dövlətimizin ətrafında necə sıx birləşdiyini bir daha göstərdi. Təəssüf ki, erməni kilsəsi bütün dünyada yalan iftiralarla dolu məlumatlar yayır. Azərbaycan dövləti həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi öz növbəsində bu həqiqətlərin dünyanın dini mərkəzlərinə, beynəlxalq cəmiyyətin diqqətinə çatdırılması üçün səylərini əsirgəmir.

 

Bu günədək Xocalı soyqırımının dünyada 9 ölkə ABŞ-ın 21 ştatı tərəfindən qətliam kimi tanındığını qeyd edən QMİ sədri A.Paşazadə dünya birliyinə ünvanlanan müraciətlərində yeni-yeni bəşəri cinayətlərin, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmaması üçün saxta deyil, əsl soyqırımlarının tanınmasının vacibliyini hər zaman qeyd etdiklərini xüsusi vurğulayıb. Şeyxülislam A.Paşazadə fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinin məscidlərdə anılmasına dair tövsiyə tapşırıqlarını verib.

 

Sonra Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciəti oxunub.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlar əldə edilib. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər nəticəsində Xocalı faciəsi bütün dünyada tanıdılır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu istiqamətdə ardıcıl işlər görülür. Ermənilərin azərbaycanlılara qarşı cinayətləri yalnız Xocalı faciəsi ilə yekunlaşmır. 1918-ci ilin mart qırğınlarında 12 minə yaxın soydaşımız yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilib. Xocalıda törədilən cinayət bu qəbildən idi. Bu faciəyə layiqli siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi. Xocalıda törədilən vəhşiliklərlə bağlı faciəni törədənlərin öz dillərindən etiraflar var. Bu, genosid cinayətidir hüquq-mühafizə orqanlarımız bu istiqamətdə işləri davam etdirirlər.

 

Komitə sədri əlavə edib ki, Xocalı faciəsinə ən layiqli cavabı Azərbaycan Ordusu verdi. Vətən müharibəsində Ordumuzun böyük Qələbəsi ilə Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

 

Sonra Vətən müharibəsi dövründə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirəcək kitab barədə məlumat verilib.

 

Tədbirdə, həmçinin QMİ-nin nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

 

Videokonfransda çıxış edən Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin yepiskopu Vladimir Fekete, QMİ-nin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Sahib Məmmədov, Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Romanov Xocalı faciəsini bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıb, insanlığa qarşı cinayət törətməklə günah ədalətsizlik işlədənlərin cəzasız qalmayacaqlarına əmin olduqlarını bildiriblər.

 

Qeyd edilib ki, erməni cəlladlarının onların havadarlarının Xocalıda törətdikləri qırğın XX əsrin ən qanlı faciələrindən biridir. Xalqımız Xocalı faciəsini heç zaman unutmayacaq bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim həkk olunacaq.

 

Yeni Azərbaycan.- 2021.- 24 fevral.- S.3.