Beynəlxalq konfransda 35
ölkədən 700-ə yaxın
tədqiqatçının 510 elmi araşdırmasının
nəticələri ictimaiyyətə
təqdim olunub
Azərbaycan
Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı,
“PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və
İdarəetmə Sahəsində Magistr və
Doktorantların III Beynəlxalq Elmi Konfransı başa
çatıb.
UNEC-dən
AZƏRTAC-a bildirilib ki,
“Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan və 4 gün davam edən konfransda 35 ölkədən
700-ə yaxın tədqiqatçı
tərəfindən aparılmış
510 elmi araşdırmanın
nəticələri onlayn
rejimdə müzakirə
olunub. Məruzə seksiyaları ilə
yanaşı, dünyanın
müxtəlif ölkələrindən,
BMT-dən, Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından mütəxəssislərin, universitetlərin,
dövlət qurumları
və özəl sektor nümayəndələrinin
iştirakı ilə
aktual mövzulara həsr olunan 16 vorkşop, 26 xarici tədqiqatçının,
eləcə də elmi fəaliyyətlərini
dünyanın nüfuzlu
universitetlərində davam
etdirən 10 həmyerlimizin
və Azərbaycan alimlərinin aktual iqtisadi mövzuları əhatə edən məruzələri dinlənilib.
“Ağıllı
və dayanıqlı
şəhərlər”, “Azərbaycanda
postmüharibə dövründə
məşğulluq və
investisiyalar”, “Gəncə
timsalında şəhərlərin
brendləşməsi”, “Müasir
dünyada rəqəmsal
iqtisadiyyat”, “Blokçeyn
texnologiyalar və rəqəmsal valyutalar”,
“IV Sənaye İnqilabı”,
“Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata
təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər
və yaşıl inkişaf perspektivləri”,
“Akademik uğurun formulu” və digər mövzularda təşkil olunan seminarlar UNEC-in rəsmi feysbuk səhifəsi və yutub kanalında canlı yayımlanaraq müzakirə edilib və geniş ictimaiyyətə təqdim
olunub.
Konfransa göndərilmiş
məruzələrdən seçilmiş
tədqiqat işləri
dünyanın 30-a yaxın
nüfuzlu elmi platformasında indekslənən
beynəlxalq elmi jurnalda nəşr olunacaq. Seçilmiş məruzələrin bəziləri isə kitab halında beynəlxalq nəşriyyatda
dərc olunacaq və həmin kitabın elektron versiyası dünyanın
nüfuzlu Harvard, Oksford, Yel, Stenford,
Prinston, Kolumbiya, Toronto, Çikaqo, Dyuk və digər
aparıcı universitetlərin,
eləcə də “Royal Danish Library”,
“British Library”, “Biblioteque Nationale de France” kimi nüfuzlu dövlət kitabxanalarının
kataloqlarında yer alacaq.
Əlavə olaraq, konfransda təqdim olunmuş məruzələrin dünyanın
nüfuzlu indeksli və yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunması nəzərdə tutulur.
Xatırladaq ki, konfransın açılışı Gəncə
şəhərində keçirilib.
Yeni Azərbaycan.-
2021.- 9 iyun.- S.5.