Latviya Seyminin nümayəndə heyəti Gəncəyə səfər edib

 

İyunun 9-da Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupunun rəhbəri Roman Naudinşin başçılığı altında nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi ötən il oktyabrın 11-də 17-də gecə saatlarında cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Ermənistan ordusunun oktyabrın 11-də 17-də Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın yaşlıların da olduğu onlarla dinc sakin ölüb yaralanıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərəToçka-U”, “Smerç”, “Skad digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Nümayəndə heyəti erməni faşizminin izləri ilə tanış olub, düşmənin raket hücumu nəticəsində doğmalarını, ailə üzvlərini yaxın qohumlarını itirənlərin faciələrini dinləyiblər.

Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafı üzrə qrupunun rəhbəri Roman Naudinş jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin törətdikləri ağlasığmazdır: “Ümidvaram ki, bu terror aktları qısa vaxt ərzində araşdırılacaq təqsirkarlar cəzalarını alacaqlar. Cinayətkarlar törətdiyi əməllərə görə cavab verməlidirlər. Dünya birliyi Azərbaycanın dinc əhalisinə qarşı törədilən bütün hərbi cinayətləri qınamalıdır. Latviya Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi günlərdə baş verən hadisələri çox diqqətlə izləyirdi. Biz müharibənin gedişində zərər çəkən dinc vətəndaşlara görə çox həyəcan keçirirdik”.

Roman Naudinş qeyd edib ki, əgər dünya birliyi vaxtında Ermənistana təzyiq göstərsəydi, müharibədən qaçmaq mümkün idi. “Mən hazırda həmin bombalanan evlərin qarşısındayam. Gəncənin atəşə tutulması terror aktıdır. Bunun başqa adı yoxdur. Terrorçular cəzalarını çəkməlidir. Ermənistan tam izolyasiya şəraitində yaşayır. Qonşularınla sülh şəraitində yaşamaq lazımdır. Bu mənzərəni görmək çox ağırdır. İnsanlar sülh şəraitində yaşamalıdır. Ermənistan rəhbərliyi ağılla hərəkət etməlidir. Bütün dünya bu torpaqları Azərbaycan əraziləri kimi tanıyıb”, - deyə o əlavə edib.

 

Yeni Azərbaycan.- 2021.- 10 iyun.- S.3.