“Sizi tanıyaq”
layihəsi çərçivəsində
növbəti görüş
keçirilib
İyunun 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin nəzdində
fəaliyyət göstərən
Şüvəlan Uşaq
və Ailələrə
Dəstək Mərkəzində
istedadlı uşaqlar
və gənclərlə
görüşüb.
AZƏRTAC xəbər verir ki, 15 İyun
- Milli Qurtuluş Gününə həsr olunmuş görüş
“Sizi tanıyaq” layihəsi çərçivəsində
baş tutub.
Tədbirdə iştirak edən uşaqlar və gənclər əvvəlcə
Şüvəlan Uşaq
və Ailələrə
Dəstək Mərkəzində
Vətən müharibəsi
şəhidlərinin xatirəsinə
yaradılmış guşəni
ziyarət ediblər.
Tədbir iştirakçılarına
mərkəzin fəaliyyəti
və burada yaradılan şərait barədə də məlumat verilib.
Görüşdə çıxış edən
komitə sədri Bahar Muradova belə görüşlərin
istedadlı və bacarıqlı gəncləri
daha yaxından tanımağa, onların fikir və düşüncələrini
öz dillərindən
eşitməyə imkan
yaratdığını bildirib.
Qeyd edib ki, bu
gün ölkəmizdə
uşaqların hərtərəfli
inkişafı, onların
qayğılarının həlli
və maraqlarının
qorunması, milli-mənəvi
dəyərlər ruhunda
yetişdirilməsi istiqamətində
lazımi tədbirlər
həyata keçirilir.
“Azərbaycanda ailə, uşaq və qadın məsələləri daim
dövlətin diqqəti
mərkəzindədir. Ölkəmizdə
bu sahədə siyasətin banisi Ulu Öndər Heydər Əliyevdir. Müstəqillik illərində
bu sahədə xeyli iş görülüb.
Müstəqilliyimizin ilk
illərindən etibarən
Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, uşaqların sağlam, təhlükəsiz, rahat şəraitdə böyüməsi
üçün bütün
zəruri addımları
atıb. Azərbaycan hər zaman
istedadlı övladları
ilə fərqlənib.
Ölkəmiz müstəqilliyini
bərpa etdikdən sonra həyata keçirilən siyasət
müasir Azərbaycan
gəncliyinin inkişafı,
onların yaradıcılıq
qabiliyyətinin formalaşdırılması
və peşəkar yetişməsi üçün
baza rolunu oynayıb. Bu siyasətin, dövlət proqramlarının nəticəsidir
ki, hazırda Azərbaycanda bütün
istiqamətlərdə istedadlı
gənclər fəaliyyət
göstərirlər”, - deyə
komitə sədri qeyd edib.
Layihə rəhbəri
Vüsalə Qələndərli
“Sizi tanıyaq” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi istedadlı uşaqları, gəncləri
cəmiyyətə tanıtmaq,
onlara vətənpərvərlik
və dövlətçilik
ruhu aşılamaq, müstəqil özünüifadəetmə
bacarıqlarını formalaşdırmaqdır.
Tədbir uşaqların
vətənpərvərlik mövzusunda hazırladıqları
proqramla və əl işlərindən
ibarət sərginin nümayişi ilə davam edib.
Sonda tədbirdə
iştirak edən gənclər və uşaqlar mükafatlandırılıb.
Uşaq və
gənclərə mükafatları
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova təqdim edib.
Yeni Azərbaycan.-
2021.- 12 iyun.- S.3.