YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib

 

İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib.

 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək  ona  möhkəm cansağlığı, elmi-pedaqoji ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, təhsilimizin inkişafında xüsusi xidmətləri olan, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasında özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli ziyalı dəyərli alimimiz olaraq Şahlar Əsgərov uzun illərdir ki, Azərbaycan elminin tərəqqisinə sanballı töhfələr verir, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.

 

Tahir Budaqov qeyd edib ki, Şahlar Əsgərovun  Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyi danılmazdır. Belə ki, o, xalqımızın, dövlətimizin müqəddəratının həll olunduğu bir dövrdə Ulu Öndər Heydər Əliyevə tarixi müraciət edən 91 ziyalımızdan biridir. Şahlar Əsgərov, həmçinin Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşkilatlanma prosesində fəallıq göstərib, bir ziyalı kimi üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib. Uzun müddət YAP Siyasi Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, parlamentin Elm təhsil məsələləri daimi komissiyasının sədri kimi uğurlu fəaliyyət göstərib, hazırda isə YAP Veteranlar Şurasının üzvü olaraq partiyamızın həyatında yaxından iştirak edir.

 

Qeyd olunub ki, Şahlar Əsgərovun çoxşaxəli zəngin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, 1999-cu ildəŞöhrətordeninə, 2001-ci ildəƏməkdar elm xadimifəxri adına layiq görülüb.

 

Yubilyarı doğum günü münasibəti ilə təbrik edən YAP-ın Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə professor Şahlar Əsgərovu hər zaman öz sözü dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.

 

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən  professor Şahlar Əsgərov partiyanın VII qurultayında ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy bacarığını əsirgəməyəcəyini bildirib.

 

 Yeni Azərbaycan.- 2021.- 15 iyun.- S.5.