YAP Mərkəzi Aparatında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən
zəfərə” adlı
gənc rəssamların
sənət sərgisi
keçirilib
İyunun 14-də Yeni Azərbaycan
Partiyasının (YAP) Mərkəzi
Aparatında partiyanın
Gənclər Birliyinin
təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən
zəfərə” adlı
gənc rəssamların
sənət sərgisi
keçirilib.
Sərginin açılışında
çıxış edən
YAP Sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov tədbir iştirakçılarını
15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik
edib. Milli Qurtuluş Gününün
tarixi əhəmiyyətindən
bəhs edən Tahir Budaqov bildirib
ki, Azərbaycan 1991-ci
ildə müstəqilliyini
bərpa etsə də, onu itirmək
təhlükəsi ilə
üz-üzə qalmışdı.
Ozamankı hakimiyyət
isə respublikanı idarə etmək iqtidarında deyildi. Bu səbəbdən də, respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə
Ermənistan tərəfindən
işğalı davam
edirdi. Belə bir şəraitdə xalqımız, o cümlədən
dəyərli ziyalılarımız
bu ağır durumdan çıxış
yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında
görürdü.
YAP Sədrinin
müavini qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə Azərbaycanın
tarixində yeni mərhələ başlandı.
Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna
qədəm qoyduğunu,
respublikamızda mühüm
siyasi və iqtisadi islahatların həyata keçirildiyini,
neft strategiyasının
reallaşdırıldığını,
cəbhədə atəşkəsin
əldə olunduğunu,
nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı
üçün fundamental
əsasların yaradıldığını bildirib.
Onun sözlərinə
görə, bu gün milli qurtuluş ideologiyasının
təntənəsi müstəqil
respublikamızın davamlı
inkişafında özünü
büruzə verir, regionda və dünyada Azərbaycanın
nüfuzu daha da artır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə müstəqil
Azərbaycan beynəlxalq
müstəvidə güclü,
qüdrətli dövlətə
çevrilib. YAP Mərkəzi Aparatının
rəhbəri diqqətə
çatdırıb ki,
“Dəmir yumruq” əməliyyatı ilə
qazanılan tarixi zəfərin əsasında
Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın
siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları
və xalq-iqtidar birliyi dayanır.
Tahir Budaqov
əminliklə bildirib
ki, Ulu Öndərin
dediyi kimi, Azərbaycanın müstəqilliyi
əbədi olacaq və ölkəmizin qüdrəti daha da artacaq. O, təşkil olunmuş sərginin Milli Qurtuluş Gününə
həsr edildiyini vurğulayıb: “Düşünürəm ki,
gənclərimizin də
bu sərgidə iştirakı, zəngin əsərlərlə tanış
olması həm onların bədii-estetik zövqünün inkişafına
təkan verir, həm də biz burada bu
tədbir vasitəsilə
Ulu Öndərin xilaskarlıq salnaməsini
yada salır, Azərbaycanın milli
qurtuluşunun tariximizdə,
dövlətimizin həyatındakı
rolunu bir daha gənclərimizin diqqətinə çatdırırıq”.
YAP Sədrinin
müavini-Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov sərginin ərsəyə gəlməsində
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
rolunu vurğulayıb
və Akademiyanın rektoru, akademik Ömər Eldarova təşəkkürnamə və
“Zəfər salnaməsi”
kitabını təqdim
edib.
Çıxış edən Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru,
akademik Ömər Eldarov Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs
edib. O, qeyd edib ki, hər
il Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş sərgilər təşkil olunur və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının yetirmələri
bu prosesdə böyük ruh yüksəkliyi ilə iştirak edirlər.
Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri
Arif Rəhimzadə isə bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna
yer tutur. Çünki Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı
ilə, ilk növbədə, Azərbaycan
məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Qanunsuz silahlı birləşmələr
ləğv edildi, vətəndaş müharibəsinin
qarşısı alındı,
güclü ordu yaradıldı.
Onun sözlərinə görə, Ulu Öndərin tarixi qayıdışından sonra
respublikada bütün
sahələr üzrə
dirçəliş dövrü,
Azərbaycanın dünya
birliyinə fəal inteqrasiyası başlandı,
siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil
dövlətimizin yeni
Konstitusiyası qəbul
olundu. Bütövlükdə,
bu gün Azərbaycan dünyanın
nüfuzlu dövlətləri
sırasındadır. Xüsusilə
əlamətdar haldır
ki, Müzəffər
Ali Baş Komandanımız, Prezident
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni
işğalından azad
etdi. Biz bu il Milli
Qurtuluş Gününü
qələbə əhval-ruhiyyəsi
ilə qeyd edirik. Qazanılan bütün nailiyyətlərin
əsasında isə
qurtuluş məfkurəsi
dayanır.
YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamov da çıxışında
15 İyun - Milli Qurtuluş Gününün
tariximizdəki rolundan
danışaraq, müstəqil
Azərbaycanın qurulması
və inkişafında
Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən
söz açıb.
O, bildirib ki, müasir Azərbaycan gəncliyinin inkişafının
əsası da məhz qurtuluşdan sonra qoyulub. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər
siyasəti cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. “Dövlətimizin
gənclərə yüksək
diqqət və qayğısı gənclərimizin
üzərinə məsuliyyət
qoyur. Biz gənclər öz fəaliyyətimizlə göstərilən
yüksək etimadı
hər zaman doğrultmağa çalışacağıq”,
- deyə B.İslamov vurğulayıb.
Daha sonra
tədbir iştirakçıları
sərgi ilə tanış olublar.
Yeni Azərbaycan.-
2021.- 15 iyun.- S.5.