Zəfərimiz Qurtuluşdan başlanan
yolun zirvəsidir
Yeni Azərbayan
Partiyasının Veretanlar Şurasının üzvü, tibb
elmləri doktoru, professor Sudeyf İmamverdiyev
- Sudeyf müəllim,
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət
kəsb edən, tariximizə qızıl hərflərlə
yazılan 15 İyun-Milli Qurtuluş Gününü qeyd
edirik. Hər bir tarixi gün özündə müəyyən
məqamları ehtiva edir. Qurtuluşa geden yolu necə xarakterizə
edərdiniz?
- Əbəs yerə zaman hadisələrə
ən böyük dəyəri vermək üçün zəngin
mənbə kimi dəyərləndirilmir. İllər
keçdikcə baş verən hadisələrin mahiyyəti
daha dərindən dərk olunur,
lazımı səviyyədə dəyərləndirilərək
bugünümüz və gələcəyimiz
üçün əhəmiyyəti geniş şəkildə
təbliğ edilir, nəsildən nəslə
ötürülür.
1993-cü ilin 15 iyun tarixi xalqımızın
yaddaşına əsl Qurtuluş tarixi kimi yazılıb. Bu
tarixi yaradan isə ulu öndər
Heydər Əliyevdir. “Müasir müstəqil Azərbaycan
Ümummilli Liderin şah əsəridir” tezisi də məhz həmin
dövrün reallıqları əsasında
förmalaşaraq bugünkü günümüzdə
atılan addımların əsasında dayanır.
Dahi şəxsiyyət Heydər
Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə,
xalqa xidmət nümunəsidir. Əgər hakimiyyətinin
birinci dövründə Azərbaycanı keçmiş
İttifaqın ən geridə qalmış ölkəsindən
ən qabaqcıl respublikasına çevirmişdisə,
1993-cü ildə xalqın təkidli tələbi ilə
hamiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə
yetirərək ölkəmizi
müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən
silinmək təhlükəsindən xilas etdi. Məlumdur ki,
XX əsrin sonlarında yenidən müstəqilliyinə
qovuşan Azərbaycanın, Azərbaycan xalqının sevinci
uzun sürmədi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi
ilə üzləşdi. Müstəqilliyimizin
ilk illərində ölkəmizə rəhbərlik edənlərin
səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin
yoxluğu, hakimiyyət hərisliyi, ən əsası şəxsi
ambisiyalarını dövlət maraqlarından üstün
tutmaları ölkədə
hakimiyyət böhranını kulminasiya həddinə
çatdıdı, xaos,
anarxiya, özbaşınalıqlar, iqtisadi böhran respublikanı
bürüdü. Vətəndaş müharibəsi
yaşanaraq qarşıdurmalar nəinki
dövlət müstəqilliyimizi,
milli varlığımızı belə hədəfə
aldı. 1991-ci ildən 1993-cü ilin iyununadək olan
dövr Azərbaycanın müasir tarixində hərc-mərclik,
xaos, özbaşınalıq
dövrü kimi xarakterizə olunur. Azərbaycanın
xilaskarı kimi tanınan və nüfuz qazanan ulu öndər Heydər Əliyev müstəqilliyimizin
həmin illərini belə
xarakterizə etmişdir: “Azərbaycan
böyük təhlükə qarşısında idi.
Çünki Azərbaycanın müstəqil
yaşamasının əleyhinə olan həm daxildəki
qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin
təbii sərvətlərə malik olan ölkənin
tam müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın Azərbaycana
etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın
zəifləməsi, məğlubiyyətə uğraması,
ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi
1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri
bir ildən sonra hakimiyyətdən saldı, xalq
özü saldı”.
Müstəqilliyimizin ilk illərində
digər sahələr kimi ordu quruculuğunda da
uğursuzluqlar, pərakəndəlik böyük faciələrə
yol açdı. Həmin
dövrdə Azərbaycan Silahlı Qüvvələri
torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin
maraqlarının müdafiəçisinə
çevrilmişdi. Bu səbəbdən torpaqlarımızın Ermənistan silahlı qüvvələri
tərəfindən davamlı işğalı, həmçinin getdikcə gərginləşən siyasi vəziyyət, iqtisadi böhranın dərinləşməsi
fonunda əhalinin sosial durumunun
günbəgün ağırlaşması, ümumiyyətlə, xalqın
sabaha ümidlərinin tamamilə itməsi ölkəni bu bəlalardan xilas edə
biləcək, xalqı öz arxasınca aparmağa qadir Liderə
ehtiyac olduğunu şərtləndirirdi. Bu
gün ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli
rol oynayan, milyonların partiyası imicini qazanan Yeni Azərbaycan
Partiyasının “qızıl fondu” kimi dəyərləndirilən
“91-lər”in üzvü kimi onu da qeyd etməliyəm ki, həmin
dövrün reallıqları dahi şəxsiyyətə Yeni
Azərbaycan Partiyasının
yaradılması ilə bağlı ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir”
müraciətində də öz əksini tapmış və
qeyd edilmişdir ki, xalqımızı bu çətin vəziyyətdən
Sizin kimi zəngin idarəçilik təcrübəsinə
malik şəxs xilas edə bilər. Ümummilli Liderin həmin
müraciətə cavabında
Azərbaycanın müstəqilliyi tarixi nailiyyətimiz
kimi dəyərləndirilərək onun qorunması hər kəsin
vətəndaşlıq borcu kimi diqqətə
çatdırılmışdı.
1993-cü ilin iyununda ölkəmizin
başı üzərini qara buludlar alanda cəmiyyətin
bütün təbəqələri
tam əmin idi ki, müstəqilliyini yenicə bərpa
etmiş ölkəni düşdüyü ağır və
dözülməz vəziyyətdən çıxarmağa
qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Ümummilli
Liderin ətrafında sıx
birləşməklə öz gələcək taleyini
özü həll etmək niyyətində idi. Beləliklə,
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev
xalqın çağırışına səs verərək
Bakıya qayıtdı, ölkəmizi bəlalardan, çətinliklərdən xilas etdi. Həmin
gün, sözün həqiqi mənasında, ölkəmizin
taleyində dönüş anı oldu, böyük
qurtuluşa doğru mühüm addım atıldı.
Xalqımızı uğurlu gələcəyə aparan yol bilavasitə həmin
gündən başlandı. İyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan
Ali Sovetinin sədri seçildi, Azərbaycanın
xilaskarlıq missiyasını böyük cəsarətlə öz üzərinə
götürərək bugünkü uğurların,
güclü, qüdrətli Azərbaycanın möhkəm təməlini
yaratdı.
- 30 ilə yaxın müstəqillik tariximizi
hansı mərhələlərə bölmək olar?
Qurtuluş Azərbaycana hansı uğurları
qazandırdı və nələri vəd etdi?
- Müstəqillik yollarında
ilk addımlarını atan hər bir dövlətin
qarşısında dayanan əsas vəzifələrdən
biri ictimai-siyasi sabitliyin qorunması, iqtisadiyyatın
inkişafı və bu fonda beynəlxalq təqdimatın
yüksək səviyyədə həyata keçirilməsi təsdiqidir. Ümummilli lider Heydər
Əliyevin də irəli sürdüyü əsas tezislərdən
biri bu oldu ki, əgər respublikada ictimai-siyasi sabitlik,
sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi
proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət
gedə bilməz.
Ulu Öndərin
düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində ölkəmizdə sabitlik
yarandı, malik olduğumuz təbii resurslardan səmərəli
istifadənin təmin edilməsi üçün mühüm
addımlar atıldı. Dahi şəxsiyyətin iqtisadiyyatın
inkişafında neft amilinə
önəm verməsi uzaqgörən siyasətinin nəticəsi
idi. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri
nəticəsində 1994-cü il mayın 12-də cəbhə
xəttində atəşkəs əldə olundu. Bu
mühüm addım ölkədə sabitliyin
yaradılmasında mühüm amilə çevrildi. Elə həmin
il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi”
kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın
dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə
inteqrasiyasının əsası qoyuldu. Bu gün Azərbaycan
ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının
uğurlarını yaşayır.
Dövlətçiliyimizin əsasları
yaradıldı. 1995-ci il noyabr ayının 12-də Milli
Konstitusiyamız qəbul olundu. Azərbaycanda
demokratik cəmiyyətin varlığını təsdiqləyən
bütün atributlar-insan hüquqlarının qorunması,
azad mətbuatın yaranması, çoxpartiyalı sistemin
förmalaşması, seçkilərin demokratik, azad və
beynəlxalq standartlara uyğun keçirilməsi və sair
kimi amillər bərqərar oldu.
Ümummilli Liderin
düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycanın ətrafında
yaradılan informasiya blokadası yarıldı. Müstəqilliyimizin
ilk illərində Azərbaycan haqqında məlumatsızlıq
ucbatından ayaq tutub yerimək imkanı qazanan erməni
yalanları faktlar əsasında ifşa edildi, ölkəmizlə
bağlı həqiqətlər beynəlxalq
ictimaiyyətə çatdırıldı. Dağlıq
Qarabağ münaqişəsinin həlli Azərbaycanın
xarici siyasətinin əsas məsələsi kimi öndə
dayandı. Məsələnin sülh
danışıqları əsasında həllinə səy
göstərən ulu öndər Heydər Əliyev bu
tezisi də irəli sürdü ki, sülh
danışıqlarını cəsarətlə aparmaq
üçün güclü, qüdrətli ordunun olması əsasdır.
Bu məqamı da xüsusi qeyd etmək yerinə
düşər ki, Ümummilli Lider hələ hakimiyyətinin
birinci dövründə Azərbaycanı gələcəkdə
müstəqil görmək istəyini nümayiş etdirərək
bunun üçün zəruri addımlar atmışdı. Həmin
illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasının qoyulması,
öıkəmizin gələcəkdə kadr potensialının
artırılması üçün gənclərin
keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərilməsi də bu addımlar
sırasındadır.
Bir sözlə,
bugünkü uğurlarımızın
başlanğıcı kimi dəyərləndirilən Milli
Qurtuluş Günü Azərbaycana böyük uğurlar
qazandırdı və bu gün də qazandırmaqdadır.
“Qurtuluş Azərbaycana nə verdi” sualının ümumiləşdirilmiş
cavabı budur ki, Azərbaycanın dövlət müstəqilliyinin
daimiliyi, sarsılmazlığı təmin edildi. Bu reallıq
inkaredilməzdir ki, müstəqilliyi əldə etmək nə
qədər çətindirsə, onu qorumaq, daimi və əbədi
etmək ondan da çətindir. Bu fikirlər ulu öndər
Heydər Əliyevin aforizmə çevrilən tezislərində
də öz əksini tapıb. Azərbaycanın müstəqillik
tarixinə baxış, tarixi paralellər fonunda
ayrı-ayrı dövrlərin təhlilini aparmaq hər
birimizin gündəlik fəaliyyətimizin əsasında
dayanmalıdır. Hazırkı və gələcək nəsil
müstəqillik yolumuzun çətinlikləri barədə
dolğun məlumata malik olmalı, uğurlarımızın
böyük səylərin, qətiyyətin nəticəsi
olduğunu bilməlidirlər.
- Sudeyf müəllim, Qurtuluşun
qazandırdığı uğurlar fonunda böyük fəxr
hissi ilə bəhs etdiyimiz müstəqillik tariximizin
2003-cü ildən başlanan dövrünü səciyyələndirən
əsas amillər hansılardır?
- Ümummilli Lider 2003-cü ildə
xalqa müraciətində bu məqamı böyük inam
hissi ilə qeyd etmişdir ki, İlham Əliyev onun sona
çatdıra bilmədiyi işləri xalqın dəstəyi
ilə həyata keçirəcək. 2003-cü ildə
keçirilən prezident seçkilərində xalqın
böyük əksəriyyətinin səsini qazanan cənab
İlham Əliyev bildirmişdir ki, Azərbaycanın daha da
qüdrətli dövlətə çevrilməsi
üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.
Son 18 ilə yaxın dövrün reallıqlarının təhlili
bu vədin konkret əməli işdə öz təsdiqini
tapdığını göstərir. Azərbaycan
bütün sahələrdə davamlı uğurlara imza
atır, xalq-iqtidar birliyi bütün uğurların təməlində
dayanır. Məhz bu amillər cənab İlham Əliyevin
2008, 2013 və 2018-ci illər prezident seşkilərində qələbəsini
təmin etməyə stimul oldu. Dövrün
reallıqlarına uyğun atılan addımlar, təkmilləşmə,
yeniləşmə, Azərbaycan brendi kimi dünyaya səs
salan layihələrin icrası, dayanıqlı iqtisadi
inkişafın təmin edilməsi, sosial müdafiənin
gücləndirilməsi, demokratik prinsiplərin qorunması,
diplomatik mübarizədə qələbələr, dünyanın ən güclü 50 ordusu
sırasında qərarlaşan Silahlı Qüvvələrimizin
formalaşdırılması, dünyanın inkişaf
etmiş ölkələri arasında olmaq istəyimizə
uyğun olaraq atılan addımlar və buna nail olunması,
yeni dostların, tərəfdaşların qazanılması və
sair kimi mühüm hadisələr son 18 ilə yaxın
dövrün reallıqları və uğurlarıdır.
Onların zirvəsində Azərbaycanın Zəfəri
dayanır. Məhz son 18 ilə yaxın dövrü Qələbəyə
hazırlıq dövrü kimi də xarakterizə etmək
olar.
Təbii ki, Milli Qurtuluşdan tarixi Zəfərimizə
qədər olan dövrün uğurlarını bir
müsahibədə əhatə etmək
qeyri-mümkündür. Bu reallığı
bir daha böyük qürur hissi ilə qeyd edirik ki, ulu öndər
Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin,
xalqımızın xilaskarı,
möhtərəm Prezidentimiz
İlham Əliyev qalib olkənin qalib Sərkərdəsi
kimi yazdı. Dövlətimizin başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Qarabağın
tacı Şuşanın işğaldan azad edilməsi
müjdəsini xalqa çatdırarkən söylədiyi bu
fikirləri bir daha qeyd etmək istərdim: "Mən bu
gün ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu
şaddır! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!"
- Sudeyf müəllim, bu il Milli Qurtuluş
Gününü zəfər sevincimizlə qeyd edilrik.
Postmüharibə dövrünün reallıqlarını necə
səciyyələndirirsiniz? Azərbaycanın
qarşısında hansı imkanlar yaranıb?
- Son 7 ayda Azərbaycan
həyatının yeni dövrünü-işğaldan azad edilmiş
torpaqlarımızda bərpa və quruculuq mərhələsini
yaşayır. Möhtərəm Prezidentimiz,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusu işğala son
qoydu, ərazi bütövlüyümüzü təmin etdi,
soydaşlarımızın Böyük
Qayıdışına yol aşdı. Bu gün
işğaldan azad edilmiş ərazilərimizin əvvəlki
həyatlarına qayıtmaları üçün
bütün zəruri işlər görülür,
Qarabağımızın cənnətməkana çevrilməsi
əsas hədəflərimizdəndir. Azərbaycanın hər
bir bölgəsi zəngin potensiala malikdir. Cənab
İlham Əliyevin 2003-cü ildən irəli
sürdüyü “Neft kapitalını insan kapitalına
çevirək” tezisinə uyğun olaraq regionların malik
olduğu potensialdan səmərəli
istifadə etmək məqsədilə icra edilən Dövlət
Proqramları çərçivəsində işğaldan
azad edilmiş ərazilərimizdə də lazımı işlər
görülməklə yanaşı, onların da
ehtiyatlarından istifadə olunacaq, Azərbaycanın
dayanıqlı inkişafı sürətlənəcək,
yeni-yeni hədəflər müəyyənləşdiriləcək.
Hər dövrün öz tələbi var. Postmüharibə
dövrünün hədəflərini özündə ehtiva
edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” gələcək inkişafın yol xəritəsidir.
Zəfərin mübarək, Azərbaycan! Qurtuluşun Azərbaycana vədləri
sırasında yer alan ərazi
bütövlüyümüzün təmin edilməsi vaxtilə
itirilmiş qürurumuzun
özümüzə qayıtması ilə yanaşı, gələcəyə
daha böyük inamla addımlamağımıza stimuldur.
Yeni Azərbaycan.- 2021.- 15 iyun.- S.6.