Ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub” - ADA Universitetində şeir gecəsi keçirilib

 

ADA Universitetinin parkındaƏdəbiyyat bu gün onun milli dirçəlişdəki rolumövzusunda şeir gecəsi keçirilib.

 

Universitetdən AZƏRTAC-a bildirilib ki, gecə ADA Universitetinin “Baku Book Center”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

 

Mərkəzin direktoru Günel Anarqızı ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşün qonaqları Xalq yazıçısı Anar Rzayev Xalq şairi Sabir Rüstəmxanlı olub.

 

Milli Qurtuluş Günündə keçirilən gecədə ADA Universitetinin rəhbərliyi, tələbələr məzunlar, dövlət özəl qurumların təmsilçiləri, eləcə Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak ediblər.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev bu cür tədbirlərin tələbələrin mənəvi inkişafının gücləndirilməsinə töhfə verdiyini ənənəvi olmasının vacibliyini diqqətə çatdırıb.

 

Ümummilli lider Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasındakı rolunu vurğulayan Anar Sabir Rüstəmxanlı qeyd ediblər ki, insanlar bütün zamanlarda azadlıq düşüncələrini sözlə ifadə edib məhz ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub. 44 günlük Vətən müharibəsinə, Qarabağ mövzusuna toxunarkən, qonaqlar bu mövzunun Azərbaycan ədəbiyyatının, söz-sənət adamlarının daim diqqətdə saxladığı məsələ olduğunu bildirdilər.

 

Qonaqlar qeyd ediblər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

 

Ədəbi hissə ilə davam edən tədbirdə ADA Universitetinin tələbələri Azərbaycan, ingilis rus dillərində yazdıqları Vətənə həsr etdiyi şeirlərini söylədilər.

 

Yeni Azərbaycan.- 2021.- 17 iyun.- S.10.