ADA UniversitetindəAzərbaycanın Avratlantik məkanın sülh təhlükəsizliyə töhfəsimövzusunda konfrans keçirilir

 

ADA UniversitetindəAzərbaycanın Avratlantik məkanın sülh təhlükəsizliyə töhfəsimövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfrans Latviyanın Azərbaycanda səfirliyi, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi ADA Universiteti tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Latviyanın Azərbaycandakı səfiri Dainis Qarants, NATO-nun Cənubi Qafqaz Mərkəzi Asiyada xüsusi nümayəndəsi Ceyms Apaturay, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Latviyanın sabiq müdafiə naziri Latviyanın NATO parlament assambleyasında nümayəndə heyətinin üzvü Raymonds Bergmanis, İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornell digərləri çıxış ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib. Azərbaycanla NATO arasında siyasi dialoq ən səmərəli mexanizmlərdəndir. Ölkəmiz təşkilatla əməkdaşlıq dialoqun daha da genişlənməsini istəyir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan NATO-nun regional sabitliyi, təhlükəsizliyi diqqətlə izləməsini birbaşa müdaxilə etməməsini yüksək qiymətləndirir. Azərbaycan postmünaqişə dövründə regional əməkdaşlıqda maraqlıdır Zəngəzur dəhlizi regionda əməkdaşlığın uğurlu nümunəsinə çevrilə bilər.

Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu alqışladığını vurğulayan Hikmət Hacıyev bildirib ki, ölkəmiz təşkilatla mövcud sazişlərin tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir. “Azərbaycan Qoşulmama Hərəkatından beynəlxalq sülh təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk”, - deyə Hikmət Hacıyev əlavə edib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri Örl Litzenberqer çıxışında ölkənin Əfqanıstandakı fəaliyyəti üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Litzenberqer qeyd edib ki, bu məsələdə ABŞ Azərbaycana logistik dəstək göstərmək, həmçinin təcrübə mübadiləsi aparmağa hazırdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Qarabağ münaqişəsinə toxunaraq vurğulayıb ki, tərəflər sülh danışıqlarına tezliklə başlamalıdır. O, əfqan azərbaycanlı qaçqınların oxşar talelərinin olmasını, hər iki ölkənin vətəndaşlarının müharibə zonasındakı dağıntılardan əziyyət çəkdiyini bildirib.

Konfransda çıxış edənlər Əfqanıstanda sülhməramlı fəaliyyətinə görə Azərbaycana təşəkkür ediblər.

Tədbir çərçivəsində Azərbaycanda yaşayan əfqan qaçqınların əl işlərindən ibarət sərgi təşkil olunub.

 

Yeni Azərbaycan.- 2021.- 17 iyun.- S.10.