Azərbaycan Türkiyə gənclərinin Zəfər Forumu keçirilib

 

İyunun 16-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə iki qardaş ölkə gənclərinin Zəfər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forum Türkiyə Azərbaycan prezidentlərinin tarixi Şuşa səfərindən sonra sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi hər iki ölkə gəncləri arasında sıx əməkdaşlığın dəstəklənməsi məqsədilə təşkil olunub.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Gənclər Fondu ilə Türkiyə Gənclər Fondu arasında sıx əməkdaşlıq mövcuddur. Məhz bu əməkdaşlığın nəticəsidir ki, ölkələrimiz arasında bu sahədə birgə tədbirlər layihələr həyata keçirilir: “Əməkdaşlığımız bütün münasibətlərimiz kimi artıq səmimi dostluğa çevrilib. Dünən dövlətlərimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Artıq Azərbaycan Türkiyə qardaş olmaqla yanaşı, həm müttəfiq dövlətlərdir. Şübhəsiz, gənclər sahəsində fəaliyyət göstərən hər kəsin üzərinə böyük məsuliyyət düşür. Belə ki, ortaq marağımızı bütün dünyaya çatdırmalıyıq”.

Fərid Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Zəfərə həsr olunan forumda hər iki ölkənin gənclər təşkilatları ilə yanaşı, Vətən müharibəsi qazilərinin iştirakı tədbirin əhəmiyyətini daha da artırır. O, Türkiyə ilə daha böyük layihələrin həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Türkiyə Gənclər Fondunun (TÜGVA) baş direktoru Enes Eminoğlu Azərbaycana Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gəldiyini ölkəmizdə bir çox görüşlər keçirdiklərini vurğulayıb:Bir çox görüşlərdə iştirak etmişik. Ötən gün Şuşada olduq. Bütün bunlar çox tarixi unudulmaz günlərdir. Biz Tərtər, Bərdə Gəncəyə səfər etdiyimiz zaman tezliklə Şuşaya, eyni zamanda, işğaldan azad olunmuş Qarabağa getmək arzularımızı ifadə etmişdik. Arzularımız həyata keçdi. Şuşa Bəyannaməsi ilə Şuşada Türkiyənin baş konsulluğu açılacaq. Azərbaycan üçün çox dəyərli olan Şuşa ümumilikdə türk dünyasının da mədəniyyət paytaxtı olacaq”.

Zəfər Forumunda iştirakdan məmnunluğunu bildirən Enes Eminoğlu forumun əhəmiyyətini xüsusi vurğulayıb.

Vətən müharibəsi qaziləri Mobil Əhmədzadə Elnur Ələkbərov, aparıcı gənclər təşkilatlarının rəhbərləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfərdə Türkiyə dövlətinin xalqının, o cümlədən gənclərinin fəal dəstəyinin postmünaqişə dövründə əməkdaşlığın əhəmiyyətindən danışıblar. Onlar ulu öndər Heydər Əliyevinbir millət, iki dövlətfəlsəfəsinə əsaslanan dostluq qardaşlıq münasibətlərinin gənclər sahəsində müxtəlif layihə proqramlarla daha da möhkəmləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Çıxış edənlər Azərbaycan Türkiyənin daim çətin anlarda bir-birinin yanında olduqlarını vurğulayaraq, xalqımızın Vətən müharibəsindəki Qələbəsinin həm Azərbaycan, həm Türkiyə gəncləri arasında sonsuz coşqu qürur hissi ilə qarşılandığını qeyd ediblər.

Forumda qardaş ölkələrimizin gəncləri ikitərəfli münasibətlərin sürətlə inkişaf etdirilməsinə görə dövlət başçılarına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin Azərbaycan Türkiyə gənclərinin qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda ortaq fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunub.

Dövlətlərimizin başçılarının ötən gün imzaladıqları tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edən natiqlər bununla bir milləti təmsil edən iki dövlətin qardaşlıq bağlarının daha da möhkəmləndiyini vurğulayıblar. Onlar bəyannamədə qeyd edildiyi kimi, gənclərimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün səylə çalışacaqlarını bildiriblər. Forum iştirakçıları Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya platformalarında təbliği məqsədilə iki ölkənin gənclərinin bundan sonra da birgə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəklərini vurğulayıblar.

Foruma Əskişəhər Gəncə şəhərlərindən onlayn qaydada fəal gənclərin səsləndirdikləri Yunus Əmrənin Nizami Gəncəvinin şeirləri, eləcə Əməkdar artist Zaur ƏmiraslanovunÇırpınırdın, Qara dənizmahnısını ifa etməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Minə yaxın gəncin iştirakı ilə hibrid şəkildə təşkil edilən forumda Azərbaycanın aparıcı gənclər təşkilatları, könüllülər, tələbələr fəal gənclərlə yanaşı, hər iki ölkənin fondları tərəfindən elan edilənQarabağ Zəfərimövzusunda rəsm müsabiqəsinin azərbaycanlı türkiyəli qalibləri, eləcə TÜGVA-nın Türkiyənin 81 vilayətindəki nümayəndəliklərinin təmsilçiləri canlı ya onlayn şəkildə qatılıblar.

 

Yeni Azərbaycan.- 2021.- 17 iyun.- S.11.