ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq
Memorandumu
İyunun 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ICESCO) və
Azərbaycan Dövlət
İnformasiya Agentliyi
(AZƏRTAC) media sahəsində
əməkdaşlıq üzrə
Anlaşma Memorandumu imzalayıblar. Sənəd
birgə layihələrin
və proqramların hazırlanıb reallaşdırılmasında,
ICESCO-ya üzv ölkələrin KİV nümayəndələri
üçün təcrübə
mübadiləsinin və
təlim kurslarının,
media üzrə beynəlxalq konfransların,
forumların və ixtisaslaşdırılmış seminarların təşkilində,
informasiyaların, foto
və video xəbərlərin hazırlanması
və yayımında
əməkdaşlığı nəzərdə tutur.
ICESCO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malik
imzalanma prosesindən sonra vurğulayıb ki, təşkilatımızla
AZƏRTAC agentliyi arasında
əməkdaşlığın qurulması üçün
başlanğıc olan
memorandum ICESCO ilə Azərbaycan
Respublikası arasında
hərtərəfli əlaqələrin
ruhuna uyğundur. Bu əməkdaşlığın əsas hədəfi jurnalistlərin və media
işçilərinin bilik
və bacarıqlarının
möhkəmləndirilməsinə yardım etmək, bu istiqamətdə birgə proqram və layihələr həyata keçirməkdir.
Dr. Salim əl-Malik əlavə
edib ki, gənclərin dəstəklənməsi
və təlimi, insan resurslarına investisiya ICESCO-nun dünyaya
açılımına əsaslanan
yeni baxışının
prioritetlərini təşkil
edir.
ICESCO ilə əməkdaşlığın
perspektivlərini yüksək
qiymətləndirən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, memorandum ikitərəfli əlaqələrin
dərinləşməsinə töhfə verməklə
yanaşı, İslam dünyasının
KİV nümayəndələrinin bilik və təcrübələrini
bölüşməsinə əlverişli imkan yaradacaq. İslam Əməkdaşlıq
Təşkilatı və
onun mühüm institutlarından biri olan ICESCO ilə ölkəmiz uzun illərdir ki, səmərəli, xoşniyyətli
əməkdaşlıq edir.
Əminəm ki, imzaladığımız sənəd
informasiya yayımçısı
olaraq bizə təşkilatın təhsil,
elm və mədəniyyət
sahəsində zəngin
təcrübəsindən bəhrələnmək
üçün yeni fürsət verəcək.
Xüsusən birgə
layihələr və
proqramlar, bilik mübadiləsi təşkilata
üzv ölkələrin
jurnalistləri üçün
faydalı olacaq.
Qeyd edək ki, memoranduma əsasən, tərəflər layihələrin
və proqramların hazırlanmasını və
yerinə yetirilməsini
nəzarətdə saxlamaq,
görülən işləri
qiymətləndirmək məqsədilə
müştərək işçi
qrupu yaradacaqlar.
Yeni Azərbaycan.-2021.-19
iyun.-S.4