80 illik yubiley mənim üçün Qarabağın azad olmasını görmək deməkdir

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovdur:

- Şahlar müəllim, bir neçə gün öncə 80 yaşınız tamam oldu. Bu münasibətlə Sizi ürəkdən təbrik edirik. 80 illik zirvə sizin üçün deməkdir yubileyinizi hansı əhval-ruhiyyədə qeyd edirsiniz?

- Təbrik üçün təşəkkür edirəm. Yubileyimi yüksək əhval-ruhiyyədə qarşılayıram. 80 illik yubiley mənim üçün Qarabağın azad olmasını görmək deməkdir. Şanlı qələbəni, Şuşanı görmək deməkdir. Kəlbəcəri görmək arzusu ilə yaşamaq deməkdir.

- Həyat fəaliyyətinizdə qarşınıza qoyduğunuz hədəflərə, məqsədlər çata bilmisinizmi?

- İnsanın bu dünyaya gəlişinin mənası məqsədi vardır. Deylənlərə görə məna - nəsli artırmaq, məqsəd - xoşbəxt yaşamaqdır. Nəvələrim orta məktəblərdə təhsil alır. Qız övladım yoxdur. Amma iki gəlinim var ki, onlar da mənə qız övladlarıdır. Bakı Dövlət Universitetinin professoruyam, prorektoru olmuşam. YAP-ın yaradıcılarından biriyəm. Hesabatlara görə, 35 rayonda partiyanın təsis konfranslarını Ağabəy Əsgərovla mən təşkil etmişəm. Ulu Öndər Heydər Əliyevlə yaddan çıxmaz, unudulmaz söhbətlərim olub. Ulu Öndər əməyimi layiqincə mükafatlandırıb.

- Həyatınız daha çox elmi-pedaqoji faəliyyətlə bağlı olub. Bu sahələrdə qazandığınız nailiyyətlər haqqında məlumat verməyinizi xahiş edirik.

- Bakı Dövlət Universitetini bitirmişəm. Fizikanı dərindən öyrənmək üçün Sankt-Peterburqda, Moskvada, Kiyevdə adlı-sanlı professorların laboratoriyalarında işləmişəm. Danimarkada (Danimarka Texniki Universitetində), Finlandiyada (Helsinki Universitetində) tədqiqatlar aparmışam. Ale Kormax, Məhəmməd Yunis, Əziz Sancar kimi Nobel mükafatı almış alimlərlə həmsöhbət olmuşam. 20-dən çox gəncin elmi rəhbəri olmuşam. Fəxr etdiyim çoxlu tələbələrim var. 80 illik yubileyimdə onlardan da təbriklər almışam.

- Elmi-pedaqoji fəaliyyətlə yanaşı, ölkəmizin ictimai-siyasi proseslərində fəal iştirak etmisiniz. Xüsusilə, Azərbaycanın taleyüklü bir dönəmində bir ziyalı olaraq öz mövqeyinizi ortaya qoymusunuz. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biri Yeni Azərbaycan Partiyasının təşkilatlanması prosesində iştirak etmiş şəxslərdənsiniz. 80 yaşın zirvəsindən dönüb arxaya baxarkən, o zaman verdiyiniz qərar mövqeyiniz barədə düşünürsünüz?

- Əvvəlla qeyd edim ki, mən təkcə imza atmamışam, həm imzaları toplayanlardan biriyəm. 1000-dən çox müəllimi olan doğma universitetimizdən bu sənədə cəmi 18 nəfər qol çəkmişdi. Bəzi ziyalıların evlərinə gedib imza alanlardan biriyəm. Biz o zaman Ulu Öndər Heydər Əliyevə tarixi məktub yazmışdıq.

Qeyd etmək lazımdır ki, 91-lər, xalqın mənafeyini düşünərək bu məktubu yazmışdı. Tarix subut etdi ki, biz düzgün qərar qəbul etmişik. 91-ləri Ulu Ondər Heydər Əliyev YAP-ınqızıl fondu”, cənab Prezident İlham Əliyev isəcəsarətli insanlaradlandırıb.

- Şahlar müəllim, Azərbaycan gənclərinə tövsiyələriniz nədir?

- Gənclərə üç tövsiyəm var: Birincisi, zamanı idarə edin, imkan verməyin ki, zaman sizi idarə etsin. İkincisi, Azərbaycanın müstəqilliyinin qədrini bilin qoruyun. Üçüncüsü, dövət mənafeyini bütun digər mənafelərdən üstün tutun.

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.-2021.-19 iyun.-S.4