İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib

 

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatının qoşun xidmətinin təşkili, eləcə şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili, eləcə məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.

 

Açılış mərasimində çıxış edən hərbi birlik komandiri general-mayor Mais Bərxudarov bildirib ki, hərbi qulluqçuların zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğularda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə hamam-sanitar qovşağı mövcuddur. Eyni zamanda, kompleksdə zabit gizirlər üçün xidməti otaqlar, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, dizel yanacağı ilə işləyən elektrik generatorlar, qazanxana, qurutma otağı, o cümlədən döyüş növbətçiliyinin qoşun xidmətinin yüksək səviyyədə təşkili aparılması üçün bütün imkanlar yaradılıb.

 

Qeyd edilib ki, yeni alınan səyyar avadanlıq sayəsində şəxsi heyət daim isti yemək məişət xidmətləri ilə təmin ediləcək. Azad olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe postlara yeni yolların çəkilməsi, elektrik, su qaz xətlərinin quraşdırılması, eləcə döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq işlər modul tipli yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

 

Yeni Azərbaycan.-2021.-24 iyun.-S.8.