BERNAMA agentliyi
AZƏRTAC-ın 101-ci ildönümü
ilə bağlı xüsusi məqalə yayıb
Malayziyanın
BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasının 101-ci
ildönümü ilə əlaqədar xüsusi məqalə
yayıb.
AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri xəbər verir ki, “Azərbaycanın
ilk informasiya agentliyi AZƏRTAC 101 yaşını
qeyd edir” adlı məqalədə
martın 1-nin AZƏRTAC-ın
yarandığı gün
kimi qeyd edildiyi əksini tapıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan
agentlik tezliklə yeni inşa edilmiş, müasir binaya köçməyə
hazırlaşır.
Qeyd edilir
ki, ötən 101 il ərzində AZƏRTAC
çətin, lakin şərəfli yol keçib. Agentlik ötən dövrdə bir çox uğurlara imza atıb.
Xatırladılır ki, AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycanın
ilk xəbər agentliyi olaraq fəaliyyətə başlayıb.
Onun ilk xəbərləri martın
2-də “Azərbaycan” qəzetində
dərc olunub.
Vurğulanır ki, 24 saat fasiləsiz
olaraq çalışan
AZƏRTAC 8 dildə - Azərbaycan,
ingilis, fransız, rus, alman, ispan,
ərəb və Çin dillərində xəbərlər hazırlayır.
Agentlik tərəfindən
hər gün video və foto
materiallar da daxil olmaqla 500-dən çox informasiya yayımlanır.
Qeyd edilir
ki, beynəlxalq informasiya məkanının
nüfuzlu fiqurlarından
birinə çevrilən
agentlik OANA, EANA, Dünya
Xəbər Agentlikləri
Konqresi, ANİA, BSANNA, TKA və
İİNA kimi beynəlxalq
və regional informasiya təşkilatlarının
üzvüdür.
Məqalədə bildirilir ki, 2016-cı ildən 2019-cu ilədək
AZƏRTAC Dünya Xəbər
Agentlikləri Konqresinə
və OANA-ya sədrlik edib. Bundan əlavə, məqalədə agentliyin
2011-2013-cü illərdə Qara dəniz Milli Xəbər Agentlikləri Birliyinə rəhbərlik etdiyi də əksini tapıb. AZƏRTAC-ın hazırda Türkdilli Xəbər Agentlikləri
Birliyinə sədrlik
etdiyi qeyd olunub.
Yazıda AZƏRTAC-ın dünyanın
müxtəlif ölkələrində
fəaliyyət göstərən
nüfuzlu xəbər
agentlikləri ilə sıx əlaqələr qurduğu, 50-dək agentliklə
ikitərəfli əməkdaşlıq
barədə müqaviləyə
malik olduğu da bildirilir. Hazırda agentliyin xüsusi müxbirlərinin
22 ölkədə fəaliyyət
göstərdiyi, ölkənin
daxilində isə bütün bölgələrdə
müxbir məntəqəsinə
malik olduğu qeyd edilir.
Ötən ilin payızında
Azərbaycan Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Ermənistan
silahlı qüvvələrinin
30 ilə yaxın bir dövrdə işğal altında saxlanan torpaqların azad edilməsi barədə ilk xəbərlərin də
bütün dünyaya
məhz AZƏRTAC tərəfindən
çatdırıldığı xüsusi vurğulanır.
Bildirilir ki,
agentliyin kollektivi müasir dövrün çağırışlarına operativ reaksiya vermək və qabaqcıl texnologiyalara yiyələnmək üçün
əzmlə çalışır.
Vurğulanır ki, sosial media bumunun
yaşandığı bir
dövrdə ənənəvi
medianın qabaqcıl
mövqeyinin saxlaması
üçün AZƏRTAC kifayət qədər güclü yaradıcı
və texniki potensiala malikdir.
Yeni Azərbaycan.- 2021.- 2 mart.- S.7.