Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub

 

Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın nüfuzluLe Mondeqəzetinin müxbiri Emmanuel Qrinzpam ilə görüşüb müsahibə verib.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, Qafqaz, Azərbaycan müsəlmanlarının dini lideri ilə görüş imkanını yüksək dəyərləndirən fransız jurnalist onu maraqlandıran sualları Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlayıb. Fransalı jurnalistin sualları sırasında Azərbaycanın dini modeli, ölkədə hökm sürən dinlərarası harmoniyanın təməlində duran dəyərlər, bunun tarixi aspekti bugünkü reallıqları, dövlət-din münasibətlərinin səviyyəsi, Avropa üçün örnək ola biləcək dinlər konfessiyalararası münasibətlər nümunəsi, məzhəblərarası anlaşma mühitini şərtləndirən səbəblər, sekulyar cəmiyyətlərdə dinin yeri, rolu bu kimi digər məsələlər yer alıb. Fransalı jurnalist üçün xüsusi önəm kəsb edən məqamlar Azərbaycanın, Qafqazın müsəlman dini liderinin uzun onilliklər ərzində beynəlxalq miqyasda tanınan, mövqeyi dəyərləndirilən mənəvi xadim, ağsaqqal statusunda qəbul edilməsi kontekstində şeyxülislamın şəxsiyyəti, formalaşdığı mühit ilə bağlı suallarda əksini tapıb. Tanınmış müxbir müsahibə zamanı Fransada dinlərarası münasibətlər nümunəsindən bəhs edərək, Azərbaycanla müqayisəli şəkildə, paralellər apararaq da bəzi suallar səsləndirib.

Erməni kilsəsi ilə dinlərarası əlaqələrin səviyyəsi, indiyədək baş tutmuş görüşlər, habelə 44 günlük İkinci Qarabağ müharibəsi dövrünə dair məsələlər fransalı media təmsilçisini maraqlandıran suallar sırasında olub.

QMİ sədri sualları geniş şəkildə cavablandırıb. Azərbaycan xalqının öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qazandığı Zəfərin mənəvi önəmi, bu zəfərin qazanılmasında Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan vətəndaşlarımızın dövlət ətrafında sıx birləşməsindən, Vətənin ərazi bütövlüyünün bərpa olunmasında azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər, ukraynalılar arasından şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayan şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlətinin hər zaman sülh, bölgədə dinc qonşuluq, iqtisadi əməkdaşlıq tərəfdarı olduğunu qeyd edib. QMİ sədri Azərbaycan Prezidentinin bu yaxınlarda yerli xarici media ilə keçirdiyi, böyük beynəlxalq rezonans doğurmuş press-konfransda erməni tərəfinə ünvanlı səsləndirilmiş dinc birgəyaşayış ismarıclarının ermənilər tərəfindən lazımınca dəyərləndirilməsinin vacibliyinə diqqəti çəkib.

Şeyxülislam dinlər konfessiyalar arasında qarşılıqlı anlaşma əməkdaşlıq mühitinin formalaşmasında təkcə din xadimlərinin səylərinin kifayət etmədiyini, bunun üçün dövləti iradənin, siyasi xəttin vacib əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Dünyada sülh əmin-amanlığın təmin olunmasında dini liderlərin səylərinin önəm kəsb etdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə bu istiqamətdə özünün hər zaman fəal şəkildə çalışdığını, istər Sovetlər dönəmində, istər Azərbaycanın müstəqillik illərində dinlərarası dialoq müstəvisində səylərini əsirgəmədiyini faktlarla fransalı müxbirin diqqətinə çatdırıb. Bir insanın həyatının xilasını bütün bəşərin xilası ilə eyni dəyərdə qiymətləndirən İslam dininin hökmlərini rəhbər tutaraq 30 ildən artıq müddətdə erməni kilsəsinin dini liderləri ilə apardığı dialoqlardan, münaqişənin dini müstəviyə keçməməsi üçün səylərindən bəhs edib. QMİ sədri təəssüflə bildirib ki, erməni kilsəsi dinin sülhyaratma missiyasını rəhbər tutmaq əvəzinə hərbə, işğala haqq qazandırma mövqeyindən çıxış edərək, öz xalqını müharibəyə sövq edir, dünyada, o cümlədən Avropa miqyasında yalan təbliğatlar aparır, işğal dövründə Qarabağdakı dini məbədləri məhv edən, məscidləri talan edib, həqarətə məruz qoyan, qədim alban, pravoslav kilsələrini qriqoryanlaşdırdıqları halda, Azərbaycanın dini məbədlərə münasibətinə dair qarayaxmalar yayır. Azərbaycanın haqq mübarizəsinin əsl həqiqətlərini dünya ictimaiyyətinə geniş yaymaq üçün bütün müstəvilərdən, o cümlədən üzvü olduğu beynəlxalq regional qurumların xitabət kürsülərindən istifadə etdiyini, onları mütəmadi məlumatlandırdığını qeyd edən QMİ sədri erməni kilsəsinin qonşu xalqlar olan Azərbaycan Ermənistan arasında sülhün gələcək əlaqələrin qurulmasını deyil, qarşıdurmanı təşviq edən mövqeyini qınadığını bildirib.

Şeyxülislam Fransaya səfərlərini xatırlayaraq, orada müsəlman din xadimləri ilə görüşlərindən söhbət açıb, əslən fransalı xristian din xadimləri ilə birgə beynəlxalq dinlərarası dialoq müstəvisində əməkdaşlıq nümunələrindən bəhs edib. O, Qarabağda Azərbaycana qarşı döyüşən terrorçuların Fransada mühakimə ediləcəyi ilə bağlı xəbərləri müsbət dəyərləndirdiyini bildirib.

Dünyada bölgəmizdə sülh anlaşmanın bərqərar olması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirən şeyxülislam Allahşükür Paşazadə Fransanın nüfuzlu nəşrinin Azərbaycan barədə həqiqətləri yaymaq istəyini yüksək qiymətləndirdiyini qeyd edib.

 

Yeni Azərbaycan.- 2021.- 3 mart.- S.3.