Rusiyanın elmi
jurnalında “Tarixi kontekstdə siyasi liderin imici. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin nümunəsində” sərlövhəli
məqalə dərc edilib
Rusiyanın “Voprosı politologii” elmi jurnalının fevral nömrəsində tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının baş
müəllimi Ülkər
Mehdiyevanın “Tarixi kontekstdə siyasi liderin imici. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin nümunəsində”
sərlövhəli məqaləsi
dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə
İkinci Qarabağ müharibəsində Azərbaycanın
qazandığı qələbədə
İlham Əliyev şəxsiyyətinin rolu
ətraflı tədqiq
edilib. Prezidentin xarici KİV-lərə
verdiyi müsahibələrə
xüsusi diqqət ayrılıb. Bu müsahibələrdə
Prezident öz ölkəsinin mövqeyini
ən yüksək səviyyədə müdafiə
etməyə və tarixi həqiqətləri
dünya ictimaiyyətinə
çatdırmağa nail olub.
Qeyd edilib ki, Prezidentin xalqa müraciəti zamanı və xarici jurnalistlərə müsahibələrində bəzi
mülahizələri kütlənin
şüurunda İlham
Əliyevin obrazını
Müzəffər Ali Baş
Komandan kimi təsdiqləyib, həm Azərbaycanın daxilində,
həm onun hüdudlarından kənarda,
diasporun yaşadığı
ölkələrdə xalqın
vətənpərvərlik ruhunun yüksəlməsinə,
onun həmrəyliyinə
kömək olub. Müəllif yazır: “Bu
gün Azərbaycan Respublikasının əhalisinin
mütləq əksəriyyəti
Prezidenti dəstəkləyir.
Müharibə Azərbaycan xalqını
Azərbaycanın müstəqillik
əldə etdikdən
sonra uzun illər ərzində, düşmən rejiminin işğalçı siyasətinə
müqavimət göstərməyə
qadir olan güclü dövlətə
çevrilməsini bütün
dünyaya təkcə
sözdə deyil, əməldə də sübut edən Ali Baş Komandanın rəhbərliyi altında
birləşdirdi”.
Qeyd edək ki, “Voprosı politologii” jurnalı “Ulrich's Periodicals Directory” dövri nəşrlərin
beynəlxalq məlumat
bazasına, Rusiya Elmi Sitatlar İndeksinə,
həmçinin Rusiya
Federasiyasının Ali Attestasiya
Komissiyası tərəfindən
resenziyalaşdırılan nəşrlərin siyahısına
daxil edilib.
Məqalənin müəllifi Ülkər
Mehdiyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
(MDU) məzunudur. 2015-ci ildə
MDU-nun Tarix fakültəsində “Rusiya
və Azərbaycan arasında sosiomədəni
əlaqələrin inkişafında
Azərbaycan diasporunun
rolu (2003-2010-cu illər)”
mövzusunda namizədlik
dissertasiyası müdafiə
edib. Ü.Mehdiyeva
Rusiya Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər
Federasiyasının üzvüdür
Yeni
Azərbaycan.-2021.- 5 mart.- S.7.