“İMZA” İctimai Birliyinin kollektivi və könüllüləri Horadiz
şəhərində şəhid
ailələrini ziyarət
edib
“İMZA”- İlhamla Mehribanla Zirvələrə
Azərbaycan Sosial İnkişafa Dəstək
İctimai Birliyinin rəhbər heyəti, kollektivi və könüllüləri Füzuli
rayonu Horadiz şəhərində şəhid
ailələrini ziyarət
edib.
Bu barədə
AZƏRTAC-a İctimai Birliyin
beynəlxalq və ictimaiyyətlə əlaqələr
departamentinin direktoru Elnar Məmmədli məlumat verib.
Bildirilib ki,
əvvəlcə Füzuli
Rayon İcra Hakimiyyətində görüş
keçirilib. Görüşdə “İMZA”nın sədri Xəyyam Əsgərov qeyd edib ki,
İctimai Birliyin yaradılmasının məqsədlərindən
biri Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi
diqqət və qayğı, eyni zamanda, icra etdiyi
sosialyönümlü layihələrə
dəstək verməkdir.
Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında vurğulayır
və bütün məmurlara da tövsiyə edir ki, ilk növbədə,
Azərbaycan vətəndaşının
mənafeyi bizim üçün prioritet təşkil etməlidir. Şəhid ailələri,
aztəminatlı insanlarımız,
cəmiyyətin
sosial cəhətdən
həssas olan təbəqəsi daim bu qayğını hiss etməlidirlər. Bu baxımdan “İMZA”çılar da xalqımıza məhz xidmətçi olmağı
qarşılarına əsas
məqsəd qoyublar. Xeyirxah layihə çərçivəsində
reallaşan bu səfərin əsas məqsədi ölkəmizə
və xalqımıza
müzəffər dövlət
və millət olmaq qürurunu yaşatmış şəhidlərimizin
ailələrini ziyarət
edib, onlara diqqət və qayğı göstərməkdir.
Sonra rayon icra hakimiyyətinin başçısı
Alı Alıyev bildirib ki, vaxtilə
Azərbaycanın dilbər
guşələrindən, inkişaf
etmiş bölgələrindən
biri sayılan və böyük şairimizin adını daşıyan bu rayonun əhalisi indi doğma torpaqlarının işğaldan
qurtulması sevincini və qürurunu yaşayır. Bütün füzulililər 44 günlük
Vətən müharibəsi
vaxtı dövlətimizin
ətrafında bir yumruq kimi birləşib,
doğma yurdlarının
azadlığı uğrunda
böyük səy göstərib, rayonun qəhrəman igidləri döyüşlərdə mərdliklə
vuruşublar. Bu gün Füzuli azaddır. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi kimi, Füzuli
yenidən dirçələcək,
Azərbaycanın ən
inkişaf etmiş bölgələrindən biri
statusunu özünə
qaytaracaq. Buna həm dövlətimizin, həm də xalqımızın, o cümlədən
də bütün füzulililərin iradəsi
və əzmi imkan verir. Hətta
işğal dönəmində
belə Füzuli camaatı bir an da olsun
öz doğma yurd yerlərinin mənfur erməni işğalçılarından azad ediləcəyinə inamlarını itirmədilər.
Son 27 ildə rayonun işğalda olmayan torpaqlarında qurdular, yaratdılar və yaşadıqları
Füzuli torpağını
nümunəvi bir məkana çevirdilər.
Azərbaycanın Birinci vitse-prezidenti
xanım Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun məhz xeyriyyə aksiyaları sayəsində
cəmiyyətimizdə böyük
nüfuz qazandığını,
bu gözəl nümunənin və təcrübənin Azərbaycanda
xeyriyyəçi olmaq
istəyən bütün
qurumlar üçün
əsl örnək
təşkil etdiyi diqqətə çatdırılıb.
Sonra Füzuli
rayonunun Horadiz şəhərində yerləşən
Heydər Əliyev muzeyi ziyarət olunub. Burada Ulu Öndərin həyatı və fəaliyyəti barəsində
danışılıb. “İMZA”çılar Ümummilli Liderimizin güclü Azərbaycan dövlətinin qurulmasında
və inkişafındakı
xidmətləri, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərlik
etdiyi “Dəmir yumruq” əməliyyatı
nəticəsində Vətən
müharibəsində qazanılmış
Zəfərimiz ilə
bağlı ürək
sözlərini muzeyin
xatirə kitabına yazıblar. Qeyd olunub ki, dövlətimiz
artıq Füzulinin və azad edilmiş
digər torpaqlarımızın
planlı şəkildə
bərpası prosesinə
start verib. Bu istiqamətdə ciddi və əhəmiyyətli
qərarlar qəbul edilib. Ona görə
də Füzulinin tezliklə Azərbaycanın
cənnət guşələrindən,
gözəl turizm məkanlarından birinə
çevriləcəyinə şübhə yoxdur.
Daha sonra “İMZA”çılar
səfərin məqsədinin
əsas hissəsinə
uyğun olaraq 44 günlük qəhrəmanlıq
salnaməsinin yaradıcıları,
doğma torpaqlarımızın
azadlığı uğrunda
canlarından keçmiş
əziz şəhidlərimizin
yadigarları olan ailələrini ziyarət
ediblər. Görüşlərdə
vurğulanıb ki, Azərbaycan xalqı əsrlərboyu dövlət
və dövlətçilik
ənənəsi yaratmış
millətdir. Dövlətimizi
var edən, onu qoruyan və
bu yolda canından keçən şəhidlərimizin sayəsində
bu gün müstəqil Vətənə
sahibik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva haqsızlığa
qarşı milli mübarizəmizin rəmzi
olan 44 günlük Vətən müharibəsi
Azərbaycan xalqının
əsl qəhrəmanlıq
dastanı, milli mübarizə salnaməsi
adlandırıblar. Prezident
İlham Əliyev deyib ki, əlbəttə,
biz hərbi-texniki təchizat baxımından
düşməndən xeyli
üstün idik. Amma şəhərlərimizi,
kəndlərimizi qəhrəman
əsgər və zabitlərimiz misli görünməmiş şücaətləri,
dillərə dastan olan igidlikləri ilə azad ediblər.
Onlardan bəziləri
bu müqəddəs yolda şəhidlik zirvəsinə yüksəliblər.
Bu dastan Azərbaycan xalqına dünya şöhrəti qazandırdı.
Bizim böyük millət olduğumuzu, əcdadımızın mirası
olan zəngin hərbi ənənələrimizin
əsasında bu gün müasir, XXI əsrin döyüş aparmaq fəlsəfəsini
yaratdığımızı sübut etdi. Bəli, bu yenilik
dünya hərb sənətində nümunə
və bizim üçün isə qürurla dinlədiyimiz və gördüyümüz
tarixi reallıqlardır.
Ona görə də bu Zəfər və onun nəticələri
Azərbaycan tarixinin şanlı səhifəsi
olaraq nəsillərdən
nəsillərə ötürüləcək
və gələcəkdə
hər bir azərbaycanlı tərəfindən
böyük fərəh
hissləri ilə öyrəniləcək.
Heç şübhəsiz
ki, işğalçı
və faşist dövlət olan Ermənistan üzərində
qazanılan bu Qələbənin memarı
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Azərbaycan
Ordusudur. Görüşlərdə
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid və qazi ailələrinə diqqət və qayğısından ətraflı
bəhs olundu. “İMZA”nın kollektivi də bu fəaliyyəti
özü üçün
nümunə hesab edir və bundan
sonrakı fəaliyyətində
məhz bu meyarları əsas götürəcək.
Şəhid ailələrinin problemləri
və qayğıları
ilə maraqlanan İctimai Birliyin üzvləri onlara sovqat təqdim ediblər.
Sonda şəhid
ailələrinin üzvləri
Azərbaycan dövlətinin
onları hər zaman diqqət və qayğı ilə əhatə etdiyini, problemlərinin həlli üçün lazımi tədbirləri gördüyünü bildiriblər.
Yeni Azərbaycan.-
2021.-5 mart.- S.5.