Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

 

Heydər Əliyev FondununRegional İnkişafİctimai Birliyinin (RİİB) elan etdiyiSosial layihələrmüsabiqəsinin qaliblərindən olanDoğma jest dililayihəsi çərçivəsindəNAR”ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb səhifədə jestlərin şəkilləri, videoları, eyni zamanda jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb saytın digər üstünlükləri insanlar üçün daha əlçatan olması sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində tərcüməsi göstəriləcək. Qeyd edək ki, “Doğma jest dililüğətinin elektron variantı eşitmə nitq məhdudiyyəti olanlar onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim loqopedlər üçün əvəzedilməz vasait olacaq. Bundan başqa, saytın mobil versiyası da hazırlanacaq.

Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, jest lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb.Doğma jest dililüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan uşaqların valideynləri onların yaxınları daha çox söz toplusu əldə edə biləcək ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Veb səhifədə sözlərin şəkillər videolarla izahı ilə yanaşı, jest dilinin mimika ilə ifadə edilən işarələrini görmək mümkün olacaq. Layihənin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə RİİB-ə Nar”a təşəkkür edirik”.

Xatırladaq ki, “Karlara Dəstəkİctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilənDoğma jest dililayihəsinin əsas məqsədi eşitmə nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır. Qeyd edək ki, “Narbundan əvvəl eşitmə nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda regionlardaTəlim məktəbitəşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verənSəssiz dünyaya körpüadlı kitabı nəşr etdirib.

 

Yeni Azərbaycan.- 2021.- 6 mart.- S.7.