ADA Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının
təqdim edilməsi mərasimi olub
ADA Universitetində məşhur xeyriyyəçinin
adını daşıyan
mükafat tələbə
icmasının “ən
sosial məsuliyyətli
vətəndaşları”na təqdim edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, qalib layihələr ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və tədbirin xüsusi qonağı Hacı Zeynalabdin Tağıyevin nəticəsi
Nazim Abdullayev tərəfindən açıqlanıb.
Təqdim
edilən on iki layihə arasından beş layihə
mükafatlandırılıb. Birinci yeri iki layihə
-”Go girl” və “Gizli Azərbaycan” layihələri
bölüşüblər.
“Go girl” layihəsinin məqsədi
qızları “STEM” (Science - Elm, Technology -
Texnologiya, Engineering - Mühəndislik,
Math - Riyaziyyat) sahəsi
üzrə karyera qurmağa həvəsləndirmək
və qızların İnformasiya Texnologiyaları
üzrə biliklərini
artırmaqdır.
“Gizli Azərbaycan” layihəsinin məqsədi
isə Azərbaycanın
görməli, lakin az ziyarət
edilən məkanlarını
tanıtmaq və daxili turizmin inkişafını dəstəkləməkdir.
İkinci yeri “Shape of future” və
“Thriving artist” layihələri paylaşıblar. “Shape of future” layihəsinin əsas məqsədi məktəblilərin
bilik və bacarıqlarını artırmaq,
şagirdləri düzgün
peşə seçimi
mövzusunda məlumatlandırmaq
və onların ingilis dili biliklərini
artırmaq üçün
ödənişsiz kurslar
təşkil etməkdir.
“Thriving artist” layihəsi isə rəssamlıqla məşğul olan gənclər üçün
xüsusi onlayn platforma təqdim edir. Bu platforma onlara öz əsərlərini tanıtmaq
fürsəti verir.
Üçüncü yerin qalibi “Bir
kitab, bir xatirə” layihəsidir. Layihənin əsas
məqsədi gənclər
arasında oxumağa marağı artırmaqdır.
Layihə çərçivəsində
Vətən müharibəsi
şəhidi Məhəmmədəli
İbrahimli adına
kitab guşəsinin əsası qoyulub.
“Gizli Azərbaycan” layihəsinin komanda üzvü Əli Məmmədov deyib: “Layihəmizi Şuşada davam etdirmək və Şuşanı - öz doğma torpağımızı dünyaya
tanıtmaq əsas hədəflərimizdəndir”.
Birinci yeri bölüşən
“Go girl” layihəsinin komanda
üzvlərindən Məsudə
Ömərova deyib: “Layihə vasitəsilə qadınları da İKT sahəsində
karyera qurmağa və bu sahədə
daha fəal rol oynamağa səslədik”.
Birinci yerə
layiq görülən
hər iki layihənin komandasına ayrılıqda 1750 manat, ikinci yeri bölüşən
komandalara 1050 manat,
3-cü yerə çıxan
layihə komandasına
isə 700 manat pul mükafatı təqdim edilib.
Yeni
Azərbaycan.- 2021.- 4 may.-S.4.