YAP Gənclər Birliyiİşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolumövzusunda görüş keçirib

 

Mayın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyiİşğaldan azad olunmuş ərazilərdə vəziyyətin bərpasında gənclərin rolumövzusunda görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov iştirak edib.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbiri giriş nitqi ilə açaraq belə görüşlərin əsas məqsədinin YAP Gənclər Birliyi üzvlərinin bilik təcrübələrinin artırılması olduğunu vurğulayıb. Bəxtiyar İslamov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılması əsas vəzifələrdən biridir. O qeyd edib ki, “İşğaldan azad olunmuş ərazilərdə vəziyyətin bərpasında gənclərin rolumövzusunda keçirilən görüş gənclər üçün olduqca faydalı olacaq.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov əvvəlcə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə yüksək diqqət, qayğı göstərib həmin siyasi kurs ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: Ulu Öndərin həyat fəlsəfəsinin, Onun müstəqil dövlətçilik azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyinin əsas prioritetlərindəndir. Ulu Öndər Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirib. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir”.

Sadiq Qurbanov qeyd edib ki, ərazilərimizin işğaldan azad olunmasında hazırkı bərpa-yenidənqurma prosesində gənclərin yaradıcı düşüncələrinə, kreativ ideyalarına geniş ehtiyac duyulur: “Qarabağın bərpasında cəmiyyətin hərəkətverici qüvvəsi kimi gənclərin üzərinə vacib vəzifələr düşür. Qarabağa Böyük Qayıdış prosesində gənclərin rolu isə xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunan əraziləriYaşıl zonaelan edib. OradaAğıllı kənd”, “Ağıllı şəhərlayihələrinin icrasına başlanılıb. Bu istiqamətdə gənclərin üzərinə böyük vəzifələr düşür”.

Daha sonra komitə sədri gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.

 

Yeni Azəbaycan.- 2021.- 7 may.- S.5.