Mənsum İbrahimov:
32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi
festivalında iştirak
etmək mənim üçün böyük
xoşbəxtlik idi
“Azərbaycanın mədəniyyət paytaxtı
Şuşada “Xarıbülbül”
musiqi festivalının
keçirilməsi tarixi
hadisə idi. Mayın 12-13-də keçirilən
“Xarıbülbül” musiqi
festivalının şəhidlərimizin
əziz xatirəsinə
həsr olunması böyük əhəmiyyətə
malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış
Zəfərin mədəniyyət
sahəsində davamıdır”.
Bu fikirləri
Xalq artisti Mənsum İbrahimov qəzetimizə açıqlamasında
deyib.
Xalq artisti bildirib
ki, Heydər Əliyev Fondunun təşkil etdiyi festivalın yüksək səviyyədə keçirilməsi
bir daha Azərbaycan xalqının
öz tarixinə, milli-mənəvi dəyərlərinə
böyük önəm
verdiyini göstərir:
“32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi
festivalında iştirak
etmək mənim üçün böyük
xoşbəxtlik idi. Mən Ağdam şəhərində doğulmuşam,
amma məktəbdə
oxuyan illərdə biz hər yay
Şuşada dincəlirdik.
Şuşanın hər
bir cığırı,
bulağı mənim
əzbərimdədir. Azad
olunandan sonra yenidən Şuşaya daxil olmaq çox
qürurverici bir hadisə idi. Sanki, Şuşa da bizi gördüyünə
sevinirdi. Çünki
torpağın sahibləri
qayıtmışdı. Şuşada
reallaşdırılan infrastruktur
layihələri və
tədbirlər bir daha onu sübut
edir ki, bu müqəddəs şəhər yenidən
dirçəlir və
Böyük Qayıdışa
hazırlaşır”.
“Xarıbülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin
rəmzinə çevrildi.
Burada müxtəlif xalqların
mədəniyyətini, musiqi
və rəqs ənənələrini nümayiş
etdirən çıxışlar
bir daha Azərbaycanda tolerantlığın
mövcudluğunun və
bu birliyin, vəhdətin İkinci Qarabağ müharibəsində
tarixi qələbəmizi
şərtləndirməsinin təsdiqi idi”, - deyə M.İbrahimov vurğulayıb.
MÜŞFİQƏ
Yeni Azərbaycan.- 2021.- 18 may.- S.3.