Milli Məclisdə ilk dəfə

 

Xalqın 30 ildir gözlədiyi Zəfər bəyanatı

 

Tarix 5 noyabr, saatlar isə 11:00-ı göstərirdi. Milli Məclisdə payız sessiyasının növbəti plenar iclası başlamışdı.

Gündəliyə daxil olan 10 məsələdən biri bu iclası əvvəlkilərdən fərqləndirirdi. Bu, Milli Məclisin 8 noyabr - Zəfər Günü ilə əlaqədar bəyanatı idi.

Monitor qarşısında əyləşən media nümayəndələri deputatların iclasa hazırlıq prosesini izləyirdilər.

Prezidentə Birinci vitse-prezidentə təbrik məktubu

Sahibə Qafarova əlamətdar gün münasibətilə xalqımızı, Zəfəri bizlərə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı qazilərimizi təbrik etdi. Təklif etdi ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclisin üzvləri tərəfindən təbrik məktubu ünvanlansın.

Deputatlar spikerin bu təklifini alqışlarla qarşıladılar.

Sonra Vətən müharibəsi I Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sükut bitəndən sonra sözə başlayan sədr Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu diqqətə çatdıraraq bildirdi ki, bu gün Azərbaycan Bayrağı Qarabağda Şərqi Zəngəzurda qürurla dalğalanır.

S.Qafarova Zəfər Günü ilə bağlı parlamentə daxil olan saysız-hesabsız təbrik məktublarından da söz açdı.

I məsələ - 8 noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı

Ardınca Milli Məclis 8 noyabr - Zəfər Günü bəyanatının hazırlanması üçün komissiya yaratdı. Komissiyanın sədri vəzifəsinə Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin namizədliyi irəli sürüldü təsdiqləndi.

Nəhayət xalqın 30 ildir gözlədiyi həmin bəyanat ilk dəfə Milli Məclisdə qəbul edildi.

Bəyanatın mətnini Milli Məclisin deputatı Cavid Osmanov səsləndirdi.

Bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizin bu il ilk ildönümü qeyd ediləcək. Azərbaycan dövlətinin xalqının qeyrət rəmzinə çevrilmiş bu Qələbə ilə son 200 ilə yaxın dövrdə erməni şovinizminə sarsıdıcı zərbələr vurulmuş xalqımız üçün mühüm taleyüklü məsələ öz həllini tapmışdır. Ermənilərdənizdən-dənizəsiyasətini yürüdərək müxtəlif illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Sovet hakimiyyəti illərində azərbaycanlılara qarşı düşmənçilik siyasəti davam etdirilib. Ermənilərin havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb, qərbi azərbaycanlılar öz yurd-yuvalarından qovulublar. 1988-ci ildə başladıqları 1992-ci ildə yekunlaşdırdıqları işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt olunub. İşğal nəticəsində 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb, XX əsrin ən dəhşətli qətliamı - Xocalı faciəsi törədilib. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışsa da, Ermənistan bununla heç vaxt razılaşmayıb, ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürərək yeni müharibə niyyətində olduğunu bildirib. Nəhayət, Azərbaycan 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarına riayət edərək əks-hücum əməliyyatına başlayıb 44 gün ərzində öz ərazi bütövlüyünü bərpa edib. Noyabrın 10-da Azərbaycan, Rusiya Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb. Azərbaycan Zəfərdən sonra regionda yeni reallıq yaradıb.

Zəfər Bəyanatı qədər möhtəşəm, ən boyük amnistiya aktı

II məsələ - 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi

Amnistiya haqqında qərar layihəsini təqdim edən Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu qərar minlərlə şəxsin azadlığa qovuşmasına şərait yaradacaq.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin dünənki iclasında müzakirəyə çıxarıldı. Parlamentin sədri Sahibə Qafarova 2003-cü ildən bu vaxta qədər müxtəlif amnistiya əfv sərəncamları verilməsi haqda danışdı. Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli qərarın şəhid ailələrinə qohumlarına da şamil olunacağını qeyd etdi. Bununla bağlı onlar Əfv Komissiyasının parlamentdən olan deputatlarına müraciət edə bilərlər.

Sədrin birinci müavininin sözlərinə görə, 4 hissədən ibarət olan bu sənəd olduqca dürüst hazırlanıb. Həmçinin, preambulada 8 noyabr - Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyəti xüsusi qeyd olunub. Təxminən 16-17 min, bəlkə daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənildiyi diqqətə çatdırıldı.

Amnistiya qərarlarının ənənəvi olaraq bayram günləri ilə bağlı qəbul olunduğu vurğulandı. Qeyd edək ki, akta əsasən, təxminən, 3 min məhkum azadlığa buraxılacaq. Ehtiyatsızlıqdan cinayət törətmiş 1000-dən çox şəxs, himayəsində uşağı olan, təxminən, 600 nəfər təxminən, 100 qadın amnistiyaya düşəcək.

Deputat Kamal Cəfərovun sözlərinə görə, amnistiya aktı həm əhatə dairəsinə, həm mahiyyətinə görə qarşıdan gələn Zəfər gününə layiq bir aktdır. Bu akt həm Prezidentin xalqa hədiyyəsidir.

Müzakirələrdən sonra qərar layihəsi səsverməyə qoyularaq qəbul edildi.

İclasda üçüncü oxunuşda olanDövlət rüsumu haqqındaqanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Dövlət əmlakının özəlləşdirilməsi haqqındaqanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Təhsil haqqındaqanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Peşə təhsili haqqındaqanunda dəyişiklik edilməsi barədə layihə qəbul edildi.

İclasın sonuna yaxın Milli Məclisin deputatı Aydın Hüseynov şəhid ailələri ilə bağlı yaranan bir sıra problemləri spikerin diqqətinə çatdırdı.

Milli Məclis iki yeni medalın təsis olunması barədə qərar layihəsini qəbul etdi

Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaqanuna dəyişiklik təklif edildi. Bu dəyişiklikləAzərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)”, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görəAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis olunması nəzərdə tutulur.

Deputatlar öz çıxışlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin ölkəmizin təhsilindəki önəmindən söz açdılar.

Milli Məclisin sədrinin I müavini Əli Hüseynli Müdafiə Sənayəsi Nazirliyinin 15 illik fəaliyyətinin təqdirəlayiq olduğunu vurğuladı.

Dəyişiklik layihələri səsvermə əsasında qəbul olundu.

Sonda Milli Məclisin sədri Azərbaycan xalqını, dövlətimizin başçısını Milli Məclisin üzvlərini bir daha 8 noyabr - Zəfər Günü münasibətilə təbrik etdi.

 

Günel Abbas

 

Yeni Azərbaycan.- 2021.- 6 noyabr.- S.3.