Yazıçı-dramaturq,
jurnalist, şair, ictimai xadim Aqşin Babayev 2020-ci ilin iyun
ayında vəfat edib. Ən ümdə arzusu
Qarabağı azad görmək idi. Bu Günün gələcəyinə
inanır, Zəfər sevincini bütün xalqımızla
birlikdə bayram etməyə hazırlaşırdı. Lakin
ona Böyük Zəfəri görmək qismət
olmadı...
Vəfatından
sonra həyat yoldaşı Müzəyyən xanım
(artıq o da, təəssüf ki, aramızda yoxdur) və
oğlu Gündüz Babayev ailə arxivində maraqlı bir əlyazma
tapdılar. Qarabağın mütləq azad olacağına
sidqi-ürəkdən inanan Aqşin Babayev, sən demə,
2016-cı ildə Böyük Zəfərə həsr
olunmuş bir şeir yazıbmış... Yazıb
saxlayıbmış ki, o Gün gələndə, dərc
etsin.
Onun
yazılmamış, dilə gətirilməmiş vəsiyyətini
yerinə yetirmək bu günə qismət imiş.
Gözün aydın, Ulu öndər
Gözün aydın, Ulu Öndər!
Azad oldu torpağımız.
Gözün aydın, Ulu Öndər!
Əbədidir növrağımız.
* * *
Şəhidlərin ruhu dindi,
Məzar
daşları sevindi,
Əsir
torpaq da dirildi,
Gözün
aydın, Ulu Öndər!
* * *
Oğul
Ata arzusuna
Zər ələdi.
Ata
Oğul əməlinə
“Əhsən” dedi.
Qoşa
qanad
Səmalara ucaldıqca,
Göydən
yerə nur səpildi,
Nəğmələr
oxudu səhər...
Gözün
aydın, Ulu Öndər!
* * *
Qarabağın
sabahıydı qətiyyətin,
Gözümüzün
önündədir dağ qamətin.
İgid-igid
oğulların Qorxmaz, mətin!
Gözün
aydın, Ulu Öndər!
* * *
Vətənində
qaçqın olan gün gələr ki,
Öz
yurduna dönər! - dedin.
Gün gələr ki,
“Yağı
düşmənin çırağı zülmət olar,
Sönər!” - Dedin.
“Xalqım
İlhamlı günləri
Görər!” - dedin.
* * *
Kəlamların
bircə-bircə
İşıq
saçdı yolumuza,
Qüvvət
verdi qəlbimizə,
Qüdrət
verdi qolumuza!
Qalib gəldi
cürət, hünər!
Gözün
aydın, Ulu Öndər!
* * *
Qəlbimizdə
səsin ölməz,
Arzun
ölməz, sözün ölməz,
Qarabağda
izin ölməz,
Gözün
aydın, Ulu Öndər!
* * *
Sən
ellərin haqq səsisən,
Həyatısan,
nəfəsisən,
Dünya
kimi əbədisən,
Gözün
aydın, Ulu Öndər!
Gözün
aydın, Ulu Öndər!
Aqşin Babayev,
2016-cı il
Yeni Azərbaycan.- 2021.- 12 noyabr.- S.8.