Bəşəriyyət
dəhşətli iqlim köçlərinin astanasında
İnsana yeni
məskən lazım – Yerdən başqa evimiz yox
Dünya
koronavirus pandemiyası səbəbiylə birillik fasilədən
sonra yenidən canlanır, istixana effekti verən qazlar yenidən
atmosferimizi doldurmaqla məşğuldur. Kanadanın Baş
naziri Castin Trüdo bu ilin noyabr ayında dünya liderlərinin
iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq
konfransında çıxışı zamanı “Dərhal hərəkətə
keçməliyik. Planetin çirklənməsinə
qarşı peyvənd yoxdur” şəklində maraqlı bir
fikir səsləndirmişdi. BMT-nin Baş katibi Antonio
Quterreş Dünya Meteorologiya Təşkilatının
hesabatını dinlədikdən sonra “Dünya uçurumun kənarındadır”
bəyanatını verib.
Fəlakət
proqnozları
Yaxın
onilliklərdə bəşəriyyət üçün əsas
təhlükə qlobal istiləşmədir. Dünya problemə
məhəl qoymasa, planet 2040-cı ildən sonra geri
dönüşü olmayan həddi keçəcək. Alimlər
həyəcan təbili çalır. İnsan
israfçılığının nəticəsində
bütöv ölkələr yer üzündən silinəcək,
daşqınlar, dözülməz istilər və digər təbii
fəlakətlərdən milyonlarla insan həlak olacaq. Yüz
milyonlarla insanı acından ölmək təhlükəsi
gözləyir.
Antarktika
buz təbəqəsinin həcm itkisi 1979-cu ildən 2017-ci ilə
qədər ən az altı dəfə artıb. Əgər
1997-ci ildən 2006-cı ilə qədər dəniz səviyyəsi
hər il orta hesabla 3 mm qalxırdısa, növbəti onillikdə
okeanın irəliləmə sürəti artıq ildə 4
mm olub. Səbəb, dəniz suyunun temperaturunun yüksəlməsi,
Qrenlandiya və Qərbi Antarktida buzlaqlarının əriməsidir.
Okeanların turşuluq səviyyəsi sənaye
dövrünün əvvəlinə nisbətən 26 faiz
artıb.
Dünya
Meteorologiya Təşkilatının hesabatında deyilir ki, son
onillik tarixdə ən qaynar il olub və bəşəriyyətin
nə etməsindən asılı olmayaraq, bu tendensiya
yaxın onilliklərdə geri qaytarıla bilməz - yalnız
onun nəticələrini yüngülləşdirmək
imkanına malikik. Bir qədər də geciksək, bu
imkanı da itirəcəyik.
Meteoroloqlar
təsdiqləyiblər ki, 2020-ci il tarixdə ən isti
üç ildən biri olub. Belə isti yay sənaye
inqilabından öncə, 1850 və 1900-cü illərdə
qeydə alınmışdı.
Qlobal
istiləşmənin qarşısını nisbətən
ala bilmək, planetin temperatur artımını sənayedən
əvvəlki səviyyədən 1,5 dərəcə
yuxarı saxlamaq məqsədilə dünya dövlətləri
atmosferə buraxılan yanmış qazlarının həcmini
azaltmaq barədə razılığa gəliblər. Bu məsələ
Paris Sazişində öz əksini tapıb, lakin ekoloqlar yenə
də rahatlıq tapmır, bu göstəricilərin köhnəlməsi
barədə xəbərdarlıq edirlər.
İnanmaq
bir dərddi, inanmamaq başqa dərd
Qlobal
istiləşmə bəşəriyyətdən getdikcə
daha çox fəaliyyət və pul tələb edir, lakin bəziləri
hələ də gözlənilən fəlakətin
reallığına şübhə edirlər. Bununla
bağlı hətta “İqlim skeptsizmi” termini yaranıb. Bu,
iqlim dəyişikliyi ilə bağlı elmi fikirlərə
inamsızlıq, hətta onları inkar edəcək dərəcədə
inamsızlıq kimi qələmə verilir. Oxşar ictimai əhval-ruhiyyə
artıq dünyanın bir çox ölkələrində
güclənib və hökumətlərin qlobal temperaturun
yüksəlməsini yavaşlatmaq üçün hərəkətlərinə
mane olur. Məlumatların saxtalaşdırılması
konsepsiyası bəzi rus alimləri tərəfindən də
dəstəklənir. Məsələn, okeanoloq, Rusiya Elmlər
Akademiyasının üzvü Gennadi Matişov ABŞ-ın
keçmiş vitse-prezidenti Al Qorun Nobel Sülh
Mükafatını almaq üçün qlobal istiləşməni
icad etdiyini dəfələrlə bəyan edib.
İqlim
dəyişikliyinin inkarı ən çox karbon
tullantılarına səbəb olan neft və qaz şirkətləri
tərəfindən təşviq edilir. Əldə edilmiş
məlumatlara görə, neft emalı da daxil olmaqla təbii sərvətlərin
istismarı ilə məşğul olan şirkətlər
1997-2018-ci illər arasında iqlim skeptiklərini dəstəkləmək
üçün təxminən 145 milyon dollar xərcləyiblər.
Neft nəhəngi “Exxon Mobil” son vaxtlara qədər ictimai bəyanatlarında
iqlim dəyişikliyinin əhəmiyyətini sistematik şəkildə
aşağı salırdı və yalan məlumatlar
üçün tədqiqatçılara pul ödəyirdi.
Kardiff və Kanberra Universitetlərinin birgə
araşdırması göstərir ki, əksər hallarda
iqlim dəyişikliyinə görə insan məsuliyyətini
inkar edirlər.
Bir
çox skeptiklər isə qlobal istiləşmə nəzəriyyəsinin
ortaya çıxmasını dünya hökumətinin sui-qəsdi
ilə əlaqələndirirlər. “Dünyanın sirli
hökmdarları” ideyası sui-qəsd nəzəriyyələrinin
pərəstişkarları arasında populyardır. Bu
versiyanın tərəfdarlarına dünyanın hər
yerində rast gəlmək olar. Çox vaxt Birləşmiş
Millətlər Təşkilatı sui-qəsd nəzəriyyəsində
ittiham olunur, çünki Kioto Protokolu və Paris Sazişi
kimi iqlim dəyişikliyini ehtiva edən ən mühüm sənədlər
BMT-nin təşəbbüsü ilə imzalanıb.
Başqa
bir nəzəriyyəyə görə, Yaşıl Enerji
İnvestorları Neft Sənayesini məhv etmək qərarına
gəliblər, ona görə bütün gün
“yaşıl enerji”nin təbliği aparılır.
Daha
bir sui-qəsd nəzəriyyəsi, bərpa olunan enerji və
nüvə enerjisi şirkətlərinin rəqabət
aparması yönündədir. Sui-qəsd ideyasının tərəfdarları
hesab edirlər ki, “yaşıl enerji” istehsalçıları
və onların investorları gəlirlərini itirməmək
üçün planetin əhalisini aldadır, həmçinin
alimlərdən onlara lazım olan tədqiqat nəticələrini
“satın alırlar”.
Hətta
məşhur sovet fiziki, Nobel mükafatı laureatı Pyotr
Kapitsanın oğlu, coğrafiyaşünas Andrey Kapitsa da bu
fikri dəstəklədiyini bildirib: “İki enerji qrupu var: biri
qaz, neft və kömür sənayesi ilə
bağlıdır. Digəri isə atomdur. Buna görə də
öz aralarında döyüşürlər”. Bu,
Kapitsanın elmi konsensusa etiraz etdiyi yeganə hal deyil. Alim insan
fəaliyyətinin ozon dəliklərinin yaranmasına kömək
etdiyinə də şübhə ilə yanaşır və
bu prosesi təbii amillərlə izah edir.
Reallıqlar
isə fərqlidir
Nəzəriyyələr
bir yana, elmi faktlar bir yana.
Yer
kürəsində orta temperatur son 2000 ildə heç vaxt
olmadığı qədər sürətlə yüksəlir,
klimatoloqlar bunun bəşəriyyətin günahı
olduğunu deyirlər.
Nəqliyyat,
sənaye və enerji hər il atmosferə təxminən 40
milyard ton karbon qazı buraxır. Qlobal istiləşmə
okeanların qida zəncirlərinin səmərəliliyini
azaltmaq, iri heyvanların sağ qalmasına təhlükə
yaratmaq və ərzaq təhlükəsizliyinə zərər
vurmaq potensialına malikdir.
Qlobal
orta temperatur 19-cu əsrin sonları ilə müqayisədə
təxminən 1,1 dərəcə yüksəkdir və
yaxın 20 ildə orta qiymət 1,5 dərəcəni keçəcək.
Artan temperatur buzlaqların əriməsinə, dəniz səviyyəsinin
yüksəlməsinə və orta rütubətə səbəb
olur ki, bu da istiləri daha da gücləndirəcək və
məsələn, Hindistan və Yaxın Şərqdə
insan həyatını qeyri-mümkün edəcək.
Avropanı bundan da qorxulu gələcək gözləyir.
Əriyən Qrenlandiya buzlaqları artıq geri
dönüşü olmayan nöqtəyə
yaxınlaşıb. Avropada ekstremal hava hadisələri artan
qış fırtınaları, yay quraqlıqları və
istilik dalğaları riski ilə müşayiət olunacaq. Bəzi
ölkələr hətta tamamilə yox ola bilər: dəniz
səviyyəsinin qalxması səbəbilə onlarla
kiçik ada dövləti suyun altına düşmək
riski ilə üzləşəcək. Sakit okeanda üç
alçaq arxipelaqdan ibarət Kiribati xüsusilə təhlükəli
vəziyyətdədir. Alimlərin hesablamalarına görə,
suyun cəmi 0,9 metr qalxması əsrin sonuna qədər
ölkə ərazisinin üçdə ikisinin subasması ilə
nəticələnəcək.
Üstəlik,
qlobal istiləşmə artıq demoqrafik vəziyyətə
də təsir edib. Morgan Stanley agentliyinin analitikləri belə
qənaətə gəliblər ki, evli cütlüklər
iqlim dəyişikliyinin nəticələrindən qorxaraq
uşaq sahibi olmaq istəmirlər, bir çoxları
uşaqların qarşıdan gələn hava dəyişikliklərinə
tab gətirə bilməyəcəyindən qorxurlar. Bəzi gələcək
valideynlər planetə zərər verməmək
üçün uşaq sahibi olmağı
planlaşdırmırlar. Bir uşağın doğulması
inkişaf etmiş ölkələrdə atmosferə ildə
təxminən 60 ton karbon qazının atılması ilə
nəticələnir.
Yer
kürəsi “can çəkir”
Böyük
ehtimalla qiyamət günü ssenarisi reallaşmaqdadır. Yox,
bu əsla oxucunu qorxutmaq və ya marağını çəkmək
üçün işlədilən cümlə deyil. Bu nə
nəzəriyyədir, nə də iddia. Geoloq, alim Yelizaveta
Xromovanın araşdırmalarına görə, 1998-ci ildə
Yer kürəsinin daxili nüvəsində silkələnmə
olub.
“Planetin
dəmir nüvəsi şimala doğru sürüşüb.
O, yerin fırlanması nəticəsində ürək kimi
döyünür. Planetin daxilində maqnit sahəsi azalır,
şimal maqnit qütbünün anomaliyaları da bununla əlaqəlidir.
Bu anomaliya Yer kürəsinin fırlanma sürətini
artırıb. Hesablayıcı qurğular Yer kürəsinin
ekvator üzrə genişlənməsi faktını qeydə
alıblar. Yer kürəsi getdikcə daha çox armudabənzər
forma almağa başlayıb. Planetin mərkəzdənqaçma
qüvvəsi artıb, su yoxa çıxmağa
başlayır, baxmayaraq ki, yağışlar, daşqınlar
heç də az deyil. Bu, nüvədəki çat səbəbi
ilə baş verir. Maqnit sahəsinin azalması atmosfer təzyqini
azaldır. Məhz maqnit sahəsi bizim atmosferimizi qoruyur, o
olmadan Yer kürəsi oksigendən məhrum olardı.
Yerin
dəmir nüvəsinin mikrodəyişimi böyük təbii
fəlakətlərə səbəb ola bilər. Günəş
minimumu dövrünün yaşanması ilə əlaqədar
onun Yerə təsir gücü azalıb. Nüvənin ürək
kimi döyünməsi zərbə dalğası yaradır.
Mikroseysmik fəallıq, nüvədə gərginlik və
çatlar artır. Maqma daha çox yer qabığına tərəf
qalxmağa başlayır. Bu da nöz növbəsində yer
qabığının daha çox isinməsinə səbəb
olur. Vulkanik aktivlik çoxalır”, - deyə alim bildirib. O
vurğulayıb ki, yerin daxilində su yer səthindəkindən
qat-qat çoxdur.
“İndi
Yer planetinin tərkibindəki qaynar qatqılar üstə
çıxmağa başlayır. Bu isinmə yerin su
ehtiyatlarının buxarlanmasına, azalmasına səbəb
olacaq. Biz artıq bu istixana effektini hiss etməyə
başlamışıq. Ötən 10 ildə
daşqınların səviyyəsinin artması bununla əlaqədar
idi. Yer qabığındakı suyun buxarlanmağa
başlaması bizə fəlakətli leysanlar və uzun
müddət dayanmayan yağmurlar şəklində geri
dönəcək. Nuhun növbəti tufanı
qaçılmaz olacaq. Yer kürəsi hər 12000 ildən bir
fəsil dəyişirmiş kimi, yeni dövrünə qədəm
qoyur. Yer kürəsinin 4 zaman sikli mövcuddur. Sati yuqa, Treta
yuqa, Davapara yuqa, Kali yuqa. Hazırda Kali yuqa dövrünün
12000 illiyinin sonlarındayıq. Bu dövr 2025-ci ildə
başa çatacaq”, - deyə alim xəbərdarlıq edib.
Xromovanın bu bəyanatı barədə bir öncəki
yazımda da məlumat vermişdim, təkrarlamaqda məqsədim
bu çox önəmli fakta diqqət çəkməkdir.
Alimin
sözlərinə görə, hər 12 min ildən bir bizim
Günəş sistemimiz qalaktikada kiçik
qarşılıqlı təsir məkanına daxil olur.
Böyük təsir məkanına daxilolma müddəti 24
min ildən bir baş verir və bu, daha böyük fəlakətlərlə
nəticələnir. Yəni Yer kürəsində baş verən
bu hərəkətlənmələr, kosmik, qalaktik təsirlər
nəticəsində yaranır. İndiki mərhələdə
biz bunun qarşısını almağa qadir deyilik.
Ekoloji
transformasiya iqtisadi bəlalar gətirəcək
Digər
tərəfdən “yaşıl enerji”yə keçidlə
problem bitmiş sayılmır. Ekoloji transformasiya cəmiyyətə
çox baha başa gələ bilər. Analitiklərin fikrincə,
bəşəriyyətin ətraf mühit və ekologiya
uğrunda mübarizəsi bütün dünyada demək olar
ki, bütün malların qiymətlərinin artmasına -
“yaşıl inflyasiya” adlandırılan qiymət
artımına gətirib çıxaracaq. Artıq bu problemin
həlli ilə bağlı dünyanın “varlı” dövlətləri
“kasıb” dövlətlərə yardım planları üzərində
işləyiblər.
2009-cu
ildə inkişaf etmiş ölkələr xüsusilə
qlobal istiləşmənin təsirlərinə həssas olan,
inkişaf etməmiş ölkələrə kömək etmək
barədə razılığa gəliblər. İri
iqtisadiyyatlar hər il 100 milyard dollar dəstək verəcəklərinə
dair öhdəlik götürüblər. Lakin faktiki məbləğlərin
vəd ediləndən xeyli az olduğu ortaya
çıxdı.
Alimlərin
qorxulu proqnozları fonunda dünyada ekoloji transformasiya sürətlənməlidir
ki, bu da hökumətin daha sərt tədbirlərinə,
istehsal müəssisələrinin modernləşdirilməsi
üçün xərclərin və karbon vergilərinin
artmasına və yenə də malların qiymətlərinin
artmasına gətirib çıxaracaq. Üstəlik, aparıcı
dövlətlər, o cümlədən Avropa ölkələri
artıq belə siyasəti həyata keçirməyə
başlayıblar.
Bəzi
yaşıl layihələrin ləğv edilməsi və ya təxirə
salınması ilə bağlı narahatlıqlar var ki, bu da
iqlim problemlərini həll etməyi çətinləşdirir.
Beynəlxalq Enerji Agentliyinin açıqlamasına görə,
2020-ci ildən 2050-ci ilə qədər temperaturun 1,5 dərəcə
Selsiyə qədər yüksəlməsini məhdudlaşdırmaq
üçün külək və günəş enerjisinin
gücünü beş dəfə artırmaq lazımdır.
Bundan əlavə, təbiət özü “yaşıl
enerji”yə keçidə mane olur: şiddətli
quraqlıqlar əslində hidroenergetikanı məhv edir.
ABŞ, Çin və Braziliya artıq oxşar problemlərlə
üzləşirlər.
ALLATRA
- Yaradanın Sevgisi dünyanı qurtarmaq üçün
çağırış edir
Bu qədər
qorxunc proqnozlar verdikdən sonra təbii ki, sual yaranır. Yerdə
həyatı necə qorumaq olar? Cavab var.
“Hazırda
mövcud, amma tətbiq oluna bilməyən texnologiyalar
yaradıcı cəmiyyət formatında bütün
insanların rifahı üçün istifadə
olunmalıdır. Biz baş verən və qarşıdan gələn
böyükmiqyaslı təbii fəlakətlərin
qarşısını ala bilməsək də, baş verəcək
fəsadları minimallaşdıra bilərik. Birlikdə hər
bir insanın həyatının qayğısına qala, təhlükəsiz
şəraiti təmin edə bilərik. Çətin dönəmlərdə
insanları tez bir zamanda təhlükəli ərazilərdən
daha təhlükəsiz ərazilərə köçürmək
və yaşayışı üçün bütün
infrastrukturu qura bilərik. Yaradıcı cəmiyyətin
minimum hədəfi sağ qalmağımız, maksimum isə
yeni təkamül sıçrayışı edərək mənəvi
azad insanların ideal cəmiyyətini qurmaqdır”. ALLATRA Beynəlxalq
ictimai hərəkatının bəyanatında belə bildirilir.
Allatra kəlməsi Yaradanın məhəbbəti mənasını
verir.
ALLATRA
Beynəlxalq ictimai hərəkatı dünyanın müxtəlif
ölkələrindən, müxtəlif millətlərə
və dinlərə məxsus olan ictimai fəal, təşəbbüskar,
vicdanlı insanların səyləri ilə yaradılıb. Hərəkatın
mahiyyəti ümumbəşəridir, bütün cəmiyyətin
xeyrinədir və kiminsə şəxsi mənafelərinə
xidmət etmir. Hərəkatın məqsədi
yaradıcı cəmiyyət qurmaqdır.
“ALLATRA
Hərəkatının yaradılmasının zəruriliyi bəşəriyyətin
sağ qalması məsələsi ilə bağlıdır.
Biz dünyada gedən proseslərə ayıq şəkildə
baxırıq və görürük ki, dünya ictimaiyyətinin
bütün sektorlarında dərin böhran mövcuddur. Mənəvi,
sosial, iqtisadi və siyasi böhran cəmiyyətdə
mövcud olan istehlakçı münasibətlər
formatının nəticəsidir. Ən dəhşətlisi də
bütün bunların üstünə Yer üzündə
iqlim vəziyyəti ilə əlaqəli böhranın da əlavə
olunmasıdır. Əgər bu gün birlikdə aktiv fəaliyyətə
keçməsək, bütün bunlar insanlığın məhv
olmasına gətirib çıxarar”- deyə hərəkatın
nizamnaməsində qeyd edilir.
Hərəkatın
iştirakçıları, asudə vaxtlarında çoxlu
sosial layihələr həyata keçirən və
dünyanın hər yerindən olan könüllülərdir.
Bütün layihələr ortaq məqsəddə birləşir
- bu, Yer üzündəki bütün insanlara nə baş
verdiyini, niyə baş verdiyini və bu vəziyyətdə nə
etmək lazım olduğunu doğru şəkildə
çatdırmaqdır.
“Həqiqəti
insanlara çatdırmağın vaxtı yetişib. Buna
görə də, müxtəlif layihələrlə, tarix,
elm, arxeologiya, dinşünaslıq vasitəsilə istiqaməti
dəyişməsək, insanlığı hansı acı həqiqətlərin
gözlədiyini çatdırmaq zərurəti yaranıb. Bəşəriyyət
istehlakçı cəmiyyətdən qurtulub, yaradıcı
cəmiyyət olmaq istiqamətində irəliləməlidir”,
- deyə hərəkatın nizamnaməsində qeyd olunur.
Xatırladım ki, ALLATRA Hərəkatının Azərbaycanda
da yüzlərlə iştirakçısı var. Bu hərəkat
millətlərə, dövlətlərə qarşı
deyil, o sadəcə bəşəriyyəti fəlakətdən
qorumaq naminə maarifləndirmək kimi bir öhdəliyi
üzərinə götürüb.
Yuxarıda
deyilənlər hamıya toxunur, hamımızı əhatə
edir. Bir çox dövlətlər artıq gizli şəkildə
özlərinə yeni torpaqlar, yeni ərazilər tapmaq barədə
ciddi-ciddi iş aparırlar. Bir neçə il öncə
“Çin özünə yeni vətən axtarır və bu vətəni
Afrikada tapacaq” tipli bir məqalə sensasiya
yaratmışdı, bu fikrə qarşı skeptik
yanaşmalar oldu. Təkcə Çinmi? Qlobal təbii fəlakət
hər bir dövləti təhdid edir. Bəlkə də
böyük köçə çox az qalıb. Hətta
Marsda insan koloniyalarının yerləşdirilməsi
ideyasının da ən dərinlərində Yerdə həyatın
bir gün fəlakətli bir şəkildə sona
çatacağına dair nəzəriyyələr
dayanmırmı? Yoxsa, nə üçün insan onun
üçün ən ideal şəkildə
yaradılmış bir planeti səmalardakı “cəhənnəmə”
dəyişmək fikrinə düşsün?
Vaxt
azdır və Yerdən başqa köçəcək yerimiz
yoxdur. Göylərdə özümüzə yer aramaqdansa,
Yerdəki yerimizi qorumalıyıq. Qənaətlə, təmizliklə,
israfçılıq etməməklə. Məşhur əfsanədə
deyildiyi kimi, hər kəs əlindən gələni etməklə
öz mövqeyini sərgiləməlidir. İbrahim peyğəmbəri
odlardan qorumaq üçün dimdiyində bir damla su gətirən
qaranquş kimi.
İlhamə Rəsulova
Yeni Azərbaycan.- 2021.- 23 noyabr. S. 8.