Xalq artisti Ramiz Quliyev: Ağdamın dağlarına
baxanda ürəyim dağa dönür
İnsanlar vətənlərinə, yurdlarına - viran qalmış, dağıdılmış Ağdama necə sevgi-məhəbbətlə gəlirlər. Mən bu günü böyük sevinc və qürurla yaşayıram. Ağdamın dağlarına baxanda ürəyim dağa dönür.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə 28 ildən sonra Ağdam şəhərinə səfər etmiş respublikanın xalq artisti, professor Ramiz Quliyev söyləyib.
O, deyib: “Biz böyük Qələbənin şahidi olduq. İşğal altında olan torpaqlarımız 44 gündə azad edildi. Qarabağın işğaldan azad olmasından sonra biz daha qüvvətliyik, daha xoşbəxtik. May ayının 28-də Prezident İlham Əliyevin Ağdam şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə mən də iştirak edirdim. İnanıram ki, biz qısa müddətdə Ağdamda hər tərəfdə gül-çiçəyin şahidi olacağıq. Ağdamın xoşbəxt günlərini görəcəyik. Şəhidlərimizə rəhmət diləyir, onların valideynlərinə, qazilərə, ordumuza “var olun” deyirik. Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Qarabağ Azərbaycandır!”.
Yeni
Azərbaycan.- 2021.- 14 sentyabr.- S.8.