ADA Universiteti
yeni təhsil proqramına başlayıb
ADA Universiteti “Bir
müəllimin manifesti”
ixtisasartırma proqramına
başlayıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın
1-də ADA Universiteti milli
təhsil sistemimizin başlanğıc nöqtəsi
hesab olunan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında
tədbir keçirib.
Tədbirdə Universitet “Bir müəllimin manifesti” ixtisasartırma proqramına
hazırlıqların tamamlandığını
və bu gündən etibarən Proqramın öz fəaliyyətinə başladığını
elan edib.
Rektorların, Proqrama seçilən
və regionlarımızı
təmsil edən 40 iştirakçının, bölgələrimizdəki
orta məktəb müəllimləri və
direktorlarının iştirakı
ilə keçirilən
tədbirdə Qazax
Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb
Babaşov və ADA Universitetinin ABŞ-dakı
Mərkəzinin prezidenti
Qalib Məmməd çıxış ediblər.
Mərasim çərçivəsində ADA Universitetinin Fondu və tərəfdaşları
arasında Qazax Müəllimlər Seminariyasının
bərpa və yenidənqurma işlərini
birgə həyata keçirmək məqsədilə
Niyyət sazişi imzalanıb.
Sənədi Heydər Əliyev
Fondunun “Regional İnkişaf”
İctimai Birliyinin sədri Məhəmməd
Abdullayev, “NEQSOL Holding”in
baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar.
Sazişi imzalamaqla tərəflər
Seminariyanın təlim-tədris
ənənələrini yaşatmaq
üçün onun binasının bərpasını
öz üzərlərinə
götürdüklərini bəyan ediblər.
Sonra “ADA Məclisi
Qazaxda” mövzusunda
panel müzakirə keçirilib. Müzakirədə
ADA Universitetinin rektoru,
səfir Hafiz Paşayev,
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Xəzər
Universitetinin təsisçisi
Hamlet İsaxanlı, Milli
Məclisin deputatı
Nizami Cəfərov çıxış ediblər.
Rektor Hafiz Paşayev
növbəti ilin sentyabr ayından etibarən Qazax Müəllimlər Seminariyasında
dərslərin başlayacağını
bildirib.
ADA Universitetinin Akademik
işlər üzrə
prorektoru Vəfa Kazdalın moderatorluğu ilə keçirilən
panel müzakirə sual-cavab
sessiyası ilə başa çatıb.
Seminariya binasının önündə
başlayan tədbir Bakı Dövlət Universitetinin Qazax filialında yekunlaşıb.
Burada “Bir müəllimin manifesti” proqramının iştirakçılarının
təlim keçməsi
üçün nəzərdə
tutulan və yeni təmir edilmiş sinif otaqları ilə tanışlıq olub.
Sözügedən birillik təhsil Proqramının əyani formatı Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində
və ADA Universitetinin
Vaşinqton Mərkəzində
təşkil olunacaq.
ADA Universiteti bu il “Bir
müəllimin manifesti”
təşəbbüsü ilə çıxış
edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi
hesab olunan Qazax Müəllimlər Seminariyasının təhsil
missiyasını davam
etdirəcəyini elan
edib. Artıq memarlıq-tikinti işlərinə
başlanılıb.
Yeni Azərbaycan.- 2021.-
2 oktyabr.- S.3.