Nərimanov rayonunda Vətən Müharibəsi
şəhidi Kamran Hüseynovun doğum günü qeyd edilib.
Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli
rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44
günlük Vətən Müharibəsində fədakarlıq
göstərən igid şəhid oğullarımızdan biri
olan Kamran Hüseynovun 14 avqust 2021-ci il tarixində doğum
günü – 25 yaşı qeyd olunmuşdur.
Şəhidin əziz xatirəsini
yad etmək məqsədilə onun məzarı şəhidin
ailə üzvləri,
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev və
Rayon İcra Hakimiyyətinin əməkdaşları,
Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının
sədri Təmraz Tağıyev, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin Nərimanov
rayon İdarəsinin rəisi Aqşin Əliyev, rayonun fəal könüllüləri
və gənclər tərəfindən ziyarət
edilib və döyüşlərdə şücaət
göstərən igid
Vətən oğlunun
unudulmaz xatirəsi
dərin ehtiramla yad olunub. O cümlədən
II Şəhidlər Xiyabanında
əbədiyyata qovuşan
digər şəhidlər
də ziyarət olunmuş, məzarlarına
gül qoyulub. Daha sonra Nərimanov
Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev tərəfindən şəhidin
yağlı boya ilə çəkilmiş
portreti xatirə olaraq ailəsinə hədiyyə olunub.
Vətən Müharibəsi şəhidi,
“Vətən uğrunda”
və “Füzulinin azad olunmasına görə” medalları ilə ölümündən
sonra təltif olunmuş Kamran Hüseynovun xatirəsinə
həsr olunmuş gənclər arasında futbol turnirinin final oyunu keçirilib.
Turnirin sonunda qalib və iştirakçı
komandalara şəhid
ailəsinin iştirakı
ilə müvafiq dərəcəli diplom və medallar, şəhid atası Bəhman Hüseynova isə turnirin xatirə diplomu və Azərbaycan Bayrağı təqdim edilib.
Şəhid ailəsi dövlət
tərəfindən onlara
göstərilən diqqət
və qayğını
hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevə və Azərbaycan Respublikasının
Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını
bildirmişlər.
N. Bayramlı
Yeni Azərbaycan.-
2021.- 2 oktyabr.- S.4