Azərbaycanın yeni hədəfi: regional sənaye quruculuğu

 

Azərbaycan ardıcıl siyasətini özünün zəngin iqtisadi potensialına zamanın dəyişən tələblərinə uyğun quran ölkədir. Belə rasional yanaşma isə son nəticədə respublikamızın dinamik iqtisadi inkişafını şərtləndirir. Bu kontekstdə son vaxtlarda regional sənaye quruculuğunun ölkəmizin yeni hədəflərindən biri kimi müəyyənləşdirilməsi bu hədəfə çatması üçün praktiki müstəvidə bir sıra tədbirlərin görülməsi təqdirəlayiq haldır. Bütövlükdə ölkə üzrə Bakı, Sumqayıt, Gəncə Mingəçevirdə olmaqla 4 sənaye mərkəzinin yaradılması nəzərdə tutulub. Bundan başqa, Prezident İlham Əliyev ölkənin bütün regionlarında sənaye məhəllələrinin yaradılması ilə bağlı öz göstərişlərini verib. Respublikamızda ilk sənaye məhəlləsinin açılışı 24 sentyabr 2017-ci il tarixində dövlət başçısının iştirakı ilə Neftçalada baş tutub. Sözügedən Sənaye Məhəlləsinin inşası Prezident İlham Əliyevin 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.

 

Respublikada yaradılan ilk sənaye məhəlləsinin uğurlu fəaliyyəti ölkəmizin yeni inkişaf mərhələsində bu təcrübənin daha da genişləndirilməsinə rəvac verib. Ölkəmizdə fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər. Regional sənaye quruculuğu ölkəmizdə 2021-ci ildən 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə diqqət mərkəzində saxlanılır. Bunu belə bir fakt da təsdiqləyir ki, Prezident İlham Əliyev cari ilin əvvəlindən bəri ölkənin müxtəlif bölgələrində yeni sənaye müəssisələrinin açılışına qatılıb Özünün dəyərli tövsiyələrini verib. Dövlətimizin başçısı cari ilin iyul ayında Daşkəsən rayonuna səfəri çərçivəsindəAzerGold” QSC-ninÇovdarİnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub Mərəhqızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. Dövlət başçımızın fəaliyyəti ilə tanış olduğuÇovdarqızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanılıb. Həmin vaxtdan etibarən bu mədəndə mühüm yenidənqurma infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.

 

Prezident İlham Əliyev 2021-ci ilin aprelində Hacıqabul Sənaye Məhəlləsinin açılışına qatılıb. Burada yaradılanAzərmaşzavodu 1500 ədəd yük xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri Elbergtikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Müəssisə il ərzində iki zavoduaçar-təhvilprinsipi ilə qurmaq imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsinin digər rezidentiPlasstechzavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir. Sənaye Məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olanAzAgromilamüəssisəsidir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.

 

Ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə oxşar model əsasında sənaye inkişafına start verilib. Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək”, - deyə Prezident İlham Əliyev Qarabağa səfərlərinin birində bildirib.

 

Sözügedən ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada 167 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sənaye məhəllələrinin yaradılmasına start verilib. Bu il may ayında Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Sənaye Məhəlləsinin təməlqoyma mərasimi keçirilib. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal xidmət müəssisəsi, iri sənaye qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

 

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə son səfəri çərçivəsində oktyabrın əvvəlində Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaqAraz Vadisi İqtisadi ZonasıSənaye Parkının Cəbrayıl rayonundaKamAZ” ASC iləGəncə Avtomobil Zavoduİstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimlərinə qatılıb. Dövlətimizin başçısı, həmçinin 4 oktyabr 2021-ci il tarixindəAraz Vadisi İqtisadi ZonasıSənaye Parkının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Sənəddə vurğulanıb ki, nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara yaşıl enerjikonsepsiyasına əsaslanan rəqabətqabiliyyətli innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür. Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial texniki zonalara bölünəcək. Burada müxtəlif təyinatlı məhsullar istehsal olunacaq. Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq.

 

Göründüyü kimi, respublikamızda regional sənaye quruculuğuna güclü siyasi iradə göstərilir. Ölkəmizdə yeni trend olan regional sənaye inkişafı bölgələrin əmək ehtiyatlarına zəngin xammal potensialına əsaslanır. Məlum olduğu kimi, ölkə əhalisinin təxminən yarısı bölgələrdə yaşayır. Sənaye məhəllələrinin yaradılması regionlarda insanların əmək bazarına inteqrasiyasına yeni imkanlar yaradır. Belə ki, əmək qabiliyyətli insanlar elə yaşadıqları bölgələrdəcə layiqli yerləri ilə təmin olunurlar. Bu, ölkədə miqrasiya proseslərinin tənzimləməsinə öz müsbət təsirini göstərir. Yüksək maaşlı işlə təmin olunan gənclər gələcək həyatlarını doğma yerlərdə qurmağa qərar verirlər. Ölkəmizdə regional sənayenin inkişafı üçün xammal ehtiyatları da kifayət qədərdir. Regionlarımız faydalı qazıntılarla zəngin bir diyardır. Bölgələrdə kənd təsərrüfatı məhsullarının emalı sənayesinin geniş şəbəkəsini qurmaq mümkündür. Həmin məhsullara xarici bazarlarda böyük tələbat var.

 

Eyni zamanda, son 18 ildə bütün ölkə üzrə yaradılan güclü infrastruktur regional sənaye quruculuğuna güclü impuls verən amillər sırasında yer alır. Enerji, su, “mavi yanacaqtəminatının gücləndirilməsi, rahat yolların çəkilməsi regionlarda sənaye inkişafı üçün şərtləri yüksək səviyyədə təmin edir. Qeyd edək ki, son illərdə ölkə üzrə müasir infrastrukturun yaradılmasına dövlət büdcəsindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. İnvestorlar isə dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastrukturdan bəhrələnməklə müxtəlif təyinatlı istehsalatların yaradılmasına sərmayələr yönəldirlər.

 

Regional sənaye quruculuğu daşımaların səmərəliliyi baxımından da önəmlidir. Bölgələrdə yaradılan sənaye müəssisələri uzaq olmayan mənbələrdən gətirilən xammal hesabına fəaliyyət göstərirlər. Burada buraxılan müxtəlif növ məhsulları istehlakçılara çatdırmaq ucuz tez başa gəlir. Beləliklə, regionlarda yaradılan sənaye məhəllələri təchizatdakı çatdırılmadakı ləngimələrə, həmçinin izafi xərclərə son deməkdir.

 

Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, regionlarda sənaye müəssisələri yaradılarkən ən son innovativ həllərə, müasir texnologiyaların tətbiqinə üstünlük verilir, eləcə istehsal sırf tələbata yönəldilir. Xammal-istehsal təchizat zənciri regionlarda yeni yaradılan sənaye müəssisələrinin rentabelli fəaliyyətini müştəri məmnunluğunu təmin edir.

 

Mübariz ABDULLAYEV

 

 Yeni Azərbaycan.- 2021.- 12 oktyabr.- S.4.