MEDİA-nın imza atdığı yeniliklər - medianın inkişafına stimul kimi

 

 

Müvafiq qurumlar tərəfindən ölkədə medianın inkişafı üçün daha real addımlar atılması qaçılmazdır

 

 

 

Azərbaycan müstəqillik əldə etdikdən bir neçə ay sonra ölkəmizdə insan hüquq azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində mühüm addımlar atılıb. Belə ki, ötən müddət ərzində ölkəmizdə medianın inkişafı üçün, qanunvericilik sahəsi başda olmaqla, müxtəlif istiqamətlərdə işlər görülüb. Həyata keçirilmiş ciddi islahatlar nəticəsində ölkədə senzura, söz məlumat azadlığını məhdudlaşdıran maneələr aradan götürülüb.

 

Heç şübhəsiz, son 30 il ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin respublikamız haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bununla belə, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulub. Məhz bu baxımdan, milli-tarixi ənənələr modern çağırışlar, habelə müasir medianın özəllikləri nəzərə alınmaqla hazırda KİV- yeni islahatların reallaşdırılması prosesi gedir. Azərbaycan mediasının fəaliyyətində fərqli tənzimləmə mexanizminin yaradılması ilə bu sahənin daha da inkişafı isə təbii olaraq ölkəmizdə söz ifadə azadlığının durumuna öz təsirini göstərəcək.

 

 

 

Yuxarıda qeyd edilən məsələlərlə bağlıYeni Azərbaycanqəzetinə açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika informasiya siyasəti kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova əvvəlcə əsas diqqəti media sahəsində aparılan islahatlara yönəldib: “Ümumiyyətlə, hazırda ölkəmizdə medianın inkişafı ilə əlaqədar bir çox addımlar atılır. Buna misal olaraq öz yarıtmaz fəaliyyətləri ilə yadda qalan bəzi qurumların ləğv edilməsi, bu sahədə inkişafa nail olmaq üçün yenilərinin yaradılması, ölkəmizin jurnalist ixtisası üzrə kadrlar hazırlayan dövlət ali məktəblərinin müvafiq fakültələrində yeni istiqamətlərin və ixtisaslaşmaların yaradılmasını göstərmək olar. Bu baxımdan, son dövrlərdə media sahəsində islahatların aparılmasında xüsusi rol oynaya biləcək addımın atılması - bu ilin əvvəlində dövlət başçısı tərəfindən Azərabycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması da mühüm hadisədir. Belə ki, yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, MEDİA-nın imza atdığı yeniliklər, həyata keçirdiyi intensiv fəaliyyət ümümi işimizə xüsusi töhfəsi ilə seçilir. Məsələn, Agentliyin xətti ilə peşəkar jurnalistlər, baş redaktorlar, dövlət orqanlarının ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri digər dövlət qurumları üçün keçirilən seminarlar, beynəlxalq miqyaslı təlimlər, sosial aksiyalar, eyni zamanda, hazırda reallaşdırılması şübhə doğurmayan jurnalistika ixtisası üzrə təhsil alan, habelə bu sahə ilə maraqlanan tələbələr üçünMedia könüllülərilayihəsi təqdirəlayiq addımlardandır. Həmçinin müxtəlif beynəlxalq təşkilatlar, təhsil müəssisələrinin dövlət qurumlarının təşkil etdiyi ölkələrarası təcrübə proqramları, elmi seminarları da qeyd etmək yerinə düşər. Bu günlərdə MEDİA-nın təşəbbüsü iləLazarus Trainingtəşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilasolma ilkin tibbi yardım mövzularında təlimlər keçirilməsini bu qəbildən hesab etmək olar. Bununla yanaşı, ümid edirəm ki, müvafiq qurumlar tərəfindən ölkədə medianın inkişafı üçün daha real addımlar atılacaq”.

 

 

 

Bir qədər şablon ifadə kimi səslənsə , media cəmiyyətin güzgüsüdür. Ona görə dördüncü hakimiyyətkimi digər dövlət orqanlarının ictimai qurumların diqqət mərkəzində olması, bir çox məsələlərdə xüsusi rol oynaması üçün medianın cəmiyyətdə nüfuzunun artırılmasına ehtiyac var. Bu mənada ölkəmizdə kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinin tənzimlənməsi onun inkişafı son dövrlərdə prioritet məsələlərdən birinə çevrilib. Eyni zamanda, 44 günlük İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbədə medianın, peşəkar jurnalistlərin oynadığı rol danılmazdır. Bu baxımdan, Vətən müharibəsi dövründə xarici media təmsilçiləri ilə çiyin-çiyinə çalışan jurnalistlərimizin fəaliyyətində diqqətəlayiq məqamlar xüsusi önəm daşıyır. Buna görə mediada çalışan jurnalist kadrların peşəkarlığının daha da artırılmasına dəstəyi, bu sahə ilə bağlı qanunvericilikdə aparılan islahatları beynəlxalq əməkdaşlıqları yüksək qiymətləndirmək olar”, - deyə V.İsgəndərova bildirib.

 

 

 

Hazırda Medianın İnkişafı Agentliyi, mütxtəlif media qurumları, jurnalistlər ekspertlərin geniş müzakirəsinə təqdim olunanMedia haqqındaqanun layihəsinə münasibət bildirən filologiya üzrə fəlsəfə doktoru deyib ki, media sahəsi elm texnologiyanın inkişafından asılı olduğu üçün daim dəyişir yenilənir: “Buna görə media ilə bağlı qanunvericilikdə yeniliklər olmalıdır. Jurnalistlərin, ümumiyyətlə, media cameəsinin yeni islahatlardan qanunvericilik nizamlamalarından gözləntiləri çoxdur. Məsələn, bir çox jurnalistlər, onlayn media vasitələrinin əməkdaşları etik kodekslərə əməl etmirlər. Gözləntilərimiz əsasən jurnalistlərin davranış kodekslərinin nizamlanması, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti, reklam bazarı, söz mətbuat azadlığının inkişaf etdirilməsi ilə bağlıdır. Hesab edirəm ki, ayrı-ayrı KİV orqanlarının özlərinin ümumi kodekslərə əsaslanan peşə davranış normaları olmalıdır. Eyni zamanda, kütləvi informasiya vasitələrinin azad fəaliyyət göstərmələri üçün ən mühüm amil maliyyə baxımından asılılıqlarının aradan qaldırılması olduğundan media subyektlərinin gəlir əldə etmələrinə şərait yaradılmalıdır”.

 

 

 

Azərbaycan milli informasiya məkanında mövcud olan reallıqları ümumiləşdirən V.İsgəndərovanın sözlərinə görə, bu sahədə inkişafın əldə edilməsi üçün ən mühüm amillərdən biri media subyektlərinin iqtisadi müstəqilliyinin stimullaşdırılması mətbuat sahəsində şəffaflığın təmin edilməsidir: Buna nail olsaq, media orqanlarının səmərəli maneəsiz fəaliyyətinə əlverişli zəmin yarada, son illərdə mətbuatımızı nüfuzdan salan qeyri-peşəkarların fəaliyyəti nəticəsində müşahidə edilən neqativ halların aradan qaldırılması, mətbuatın özünü yeniləməsi tənzimləməsini uğurla başa çatdıra bilərik”.

 

 

 

Qaşqay ZİYƏDDİNOĞLU

 

 Yeni Azərbaycan.- 2021.- 12 oktyabr.- S.5.