“Media etikası
- jurnalist peşəkarlığının
əsas prinsipidir”
12 oktyabr 2021-ci il
tarixində Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyində
“Media etikası - jurnalist
peşəkarlığının əsas prinsipidir” mövzusunda Zoom platforması
üzərindən onlayn
konfrans keçirilib. SİA-nın məlumatına
görə, Medianın
İnkişafı Agentliyinin
İcraçı direktoru
Əhməd İsmayılov
konfransın Azərbaycanın
bütün media subyektlərini
əhatə etdiyini, o
cümlədən region mediasının
da prosesə cəlb olunduğunu bildirib.
O qeyd edib ki,
doğru, obyektiv informasiyanın yayılması
ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə
etdiyini göstərir.
Əhməd İsmayılov vurğulayıb
ki, düzgün informasiya vermək jurnalistin özünün
və çalışdığı
medianın nüfuzunu
qaldırır və daha etibarlı sayılır. Bu isə
onun gələcəkdə
biznes inkişafı baxımdan da kömək ola bilər.
Konfransda çıxış edən
Milli Televiziya və Radio Şurasının
sədri İsmət Səttarov diqqətə çatdırıb ki,
media etikası - jurnalist
peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir.
Sonra Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsinin
dekanı Vüqar Zifəroğlu “Beynəlxalq
jurnalistikada peşə
etikası” mövzusunda
təqdimatla çıxış
edib.
MTRŞ-nin Aparat
rəhbəri Fazil Novruzov jurnalistlərin qarşılıqlı etik
davranış qaydalarına
riayət etməsinin vacibliyini vurğulayıb. MEDİA Agentliyinin media savadlılığı
sahəsində həyata
keçirdiyi layihələrin
əhəmiyyəti qeyd
olunub.
“Kür” qəzetinin
baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı
media etikasının- milli
mənəvi dəyərlərin
tərkib hissəsi olduğunu deyib.
MEDİA Agentliyinin şöbə
müdiri Natiq Məmmədli bildirib ki, cəmiyyət qarşısında məsuliyyət
daşıyan jurnalist
işinə hörmətlə
yanaşmalı, təmsil
etdiyi orqanı təhlükə qarşısında
qoymamalı, etik normaları gözləməlidir.
Onlayn konfrans
geniş müzakirələrlə
davam edib, bir sıra təkliflər
dinlənilib.
Yeni Azərbaycan.-
2021.- 13 oktyabr.- S.4.