Aqrar sektorun inkişafı yeni mərhələdə

 

 

 

Regionlarda aqroparkların yaradılması məhsuldarlığın yüksəlməsinə, keyfiyyət göstəricilərinin yaxşılaşmasına əhalinin məşğulluq imkanlarının artmasına geniş perspektivlər açır

 

Son 18 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin bütün regionlarının tarazlı inkişafının təmin olunması Azərbaycanın daxili siyasətinin prioritetlərindən birini təşkil edib ki, bu da təsadüfi deyil. Məlumdur ki, Azərbaycanın iqtisadi potensialının böyük bir qismi məhz regionlarda cəmləşib. Digər tərəfdən, ölkə əhalisinin təxminən yarısı bölgələrdə yaşayır. Azərbaycan regionların potensialından səmərəli istifadə etməklə bölgələrdə iqtisadi inkişaf əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması kimi mühüm məsələlərin kompleks şəkildə həllinə nail olmağı hədəfləyib. Ölkəmizdə bu məqsədlə 2003-cü ildən bəri Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlarla təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları uğurla reallaşdırılır. Qeyd edək ki, indiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla  Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramıtəsdiqlənib hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.

 

Ötən 18 ildə regional inkişaf proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi sayəsində bütün ölkə üzrə müsbət reallıqlar yaranıb. Bu kontekstdə bölgələrdə iqtisadi fəallığın artması üçün yeni imkanların yaranmasının aktuallığını xüsusi olaraq vurğulaya bilərik. Bəhs olunan Dövlət proqramları çərçivəsində bütün ölkə üzrə müasir infrastruktur quruculuğu, o cümlədən elektrik enerjisi, su, “mavi yanacaqtəchizatının möhkəmləndirilməsi, çəkilən rahat yollar bölgələrdə fermerlərin müxtəlif sahələrə böyük həcmlərdə investisiyalar yönəltmələri ilə nəticələnib. Hazırda regionlarda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını deyə bilərik. Regionlarda müasir infrastruktur quruculuğu dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. Fermerlər isə yaradılan müasir infrastrukturdan bəhrələnməklə müxtəlif sahələrə investisiyalar yönəldirlər. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, yaradılan şəraitdən hərtərəfli dövlət dəstəyindən bəhrələnən fermerlər öz təsərrüfatlarında qabaqcıl dünya təcrübəsinin, yeni yanaşmaların tətbiqinə böyük önəm verirlər. Məsələn, son illərdə respublikamızın bölgələrində aqroparkların yaradılması geniş vüsət alıb. Aqroparklar bir qayda olaraq yüksək infrastruktur təminatına malik bölgələrdə yaradılan iri ixtisaslaşmış təsərrüfat subyektləridir. Onların timsalında iqtisadi sosial məsələlərin eyni bir məkanda öz həllini tapdığının şahidi oluruq.

 

Sirr deyil ki, xırda təsərrüfatlarda məhsuldarlığın artırılması, rentabelliyin təmin olunması, hazır məhsulun bazarlara çıxardılması ilə bağlı həmişə ciddi problemlər yaşanır. Aqroparklar kimi iri təsərrüfatlarda isə bu kimi problemlər istisnadır. Belə təsərrüfatlarda bir-birini tamamlayan istehsal-satış həlqəsi yaradılır   dəyər zəncirinin bütün mərhələlərində yüksək səmərəlilik təmin olunur.

 

Respublikamızın müxtəlif bölgələrində pilot layihələr kimi aqroparkların yaradılmasına bir neçə il bundan qabaq başlanıb. Qısa müddətdə gözləntilər özünü doğruldub. Belə ki, yeni yaradılan təsərrüfatlarda məhsuldarlıq keyfiyyət göstəriciləri yüksək olub. Həmçinin fermerlərin onların cəlb etdikləri işçilərin qazanc imkanları artıb. Hazırda ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi aqrar-sənaye kompleksinin modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Belə ki, respublikanın 32 rayonu üzrə 240 min hektar ərazidə 51 aqropark iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə işlər layihələndirmə mərhələsindədir.

 

Qeyd edək ki, ölkəmizdə aqroparkların yaradılması həm geniş şəkildə təşviq olunur, həm buna dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin müvafiq qurumu tərəfindən 173 mln. manat güzəştli kredit, 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. Fermerlər prosesdə yüksək fəallıq nümayiş etdirirlər. Bu günədək aqroparklara 1,2 mlrd. manat həcmində özəl investisiya yönəldilməsi bunu əyani şəkildə təsdiqləyir.

 

Aqroparklarda məhsuldarlıq səviyyəsinin artırılması üçün müasir suvarma sistemlərindən geniş istifadə edilir. Hazırda fəaliyyət göstərən 43 aqroparkda ümumilikdə suvarılan 80 min hektar torpaq sahəsindən 40 min hektarı pivot, 7 min hektarı damcı, 2 min hektarı sprinkler suvarma sistemi vasitəsilə, 31 min hektarı isə ənənəvi üsullarla suvarılır.

 

Regionlarda aqroparkların yaradılması həmçinin insanların əmək bazarına daha fəal inteqrasiyasını təmin edir. Hazırda fəaliyyət göstərən aqroparklarda ümumilikdə 4750-dək işçi daimi, 4800-dən çox işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə aqroparklarda əlavə 4500-dən çox yerinin yaradılması nəzərdə tutulub bu, tam real hədəfdir.

 

İndi isə fəaliyyətdə olan aqroparkların məhsuldarlıq göstəricilərinə nəzər salaq. 2020-ci ildə aqroparklarda 124,3 min ton buğda, 64,6 min ton arpa, 121,6 min ton dən qarğıdalı, 90,4 min ton şəkər çuğunduru, 45,5 min ton silos üçün qarğıdalı, 18,5 min ton pambıq, 5,9 min ton soya, 32,3 min ton yonca, 27,4 min ton süd 3,3 min ton ət istehsal olunub. 2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb. Bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393,5 ton zeytun, 183 ton badam, 200,7 ton nar, 165,7 ton üzüm s. məhsullar yığılıb. Aqroparklarda yetişdirilən yüksək keyfiyyətli məhsullar əsasən daxili tələbatın ödənilməsinə yönəldilir. Eyni zamanda, yüksək keyfiyyətli məhsullarımız xarici istehlak bazarlarına çıxarılır respublikamız bundan valyuta qazanır.

 

Mübariz ABDULLAYEV

 

 Yeni Azərbaycan .- 2021.- 20 oktyabr.- S.5.