Füzuli Beynəlxalq Hava Limanı hərbi strateji üstünlüyümüzdür

 

Azərbaycan regionun hava məkanına nəzarət imkanları qazanır

 

Dünən rəsmi açılış mərasimi keçirilən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan üçün yalnız iqtisadi əhəmiyyət daşımır, həm mühüm hərbi üstünlüklər vəd edir. Həttabeynəlxalqstatuslu hava limanının tikilməsi üçün məkan olaraq Füzuli rayonunun seçilməsi təsadüfi deyil. Azərbaycan həm regionun hava məkanına nəzarət imkanları qazanır. Burada iqtisadi faktorla yanaşı, təhlükəsizlik hərbi müdafiə məsələləri yer alır. Rəylərini öyrəndiyimiz hərbi ekspertlər bu fikirdədirlər.

 

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, istənilən aeroportun tikintisi planlaşdırılanda iqtisadi cəhətlərlə yanaşı, hərbi-siyasi önəmi nəzərə alınır. Bu nöqteyi-nəzərdən, Füzuli Beynəlxalq Hava Limanının tikintisi Azərbaycana təhlükəsizlik baxımından əlavə imkanlar yaradır: “Biz bu aeroportun imkanlarından həm regionun inkişafı, həm təhlükəsizliyi üçün rahat istifadə edə biləcəyik. Xatırladım ki, hələ bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu aeroportun əhəmiyyətindən danışmışdı. Ərdoğanın bu aeroportla bağlı mühüm fikirlər səsləndirməsi açılışda iştirak etməsi isə həm siyasi, həm də hərbi məna daşıyır. Sabah Azərbaycana Ermənistan ya digər bir ölkə tərəfindən təhdid yarandığı təqdirdə Türkiyə məhz bu aeroport vasitəsilə qısa zamanda özünü yetirəcək. Bunun hüquqi əsası isə Şuşa bəyannaməsidir. Qeyd edim ki, bəlkə bu gün Füzulidə beynəlxalq statuslu hava limanının tikilməsi kimlərəsə adi görünür. Füzuli aeroportunun iqtisadi, eləcə strateji hərbi əhəmiyyəti bir neçə ildən sonra daha dərindən anlaşılacaq. Aeroportun bizə verəcəyi faydaları görəndə bu infrastrukturun necə uzaqgörən məqsədyönlü bir qərarla tikildiyini başa düşəcəyik. bütün bunları yaxın zamanlarda görəcəyik”.

 

Ü.Cəfərov aeroportun Füzulidə tikilməsinin təsadüfi olmadığını deyib. Belə ki, yer seçimi məqsədyönlüdür: “Bu hava limanı digər ölkələrlə sərhəddə deyil. Aeroport elə bir yerdə tikilib ki, həm planlaşdırılan iqtisadi layihələr məhz bu yoldan keçir, həm digər rayonlara yaxın məsafədə yerləşir. Bu baxımdan da Füzuli Hava Limanının əhəmiyyəti böyükdür. Qeyd edim ki, Zəngilanda, Laçında tikiləcək hava limanları da həm yükdaşımalarda, həm digər fəaliyyətlərdə xüsusi əhəmiyyətə malik olacaq. Bu aeroportlar hər cəhətdən əlavə üstünlüklər verəcək, gəlirlər gətirəcək”.

 

Hərbi ekspert Şair Ramaldanov isə Füzuli Beynəlxalq Hava Limanının daha çox mülki status daşıdığını bildirib. Bununla belə, bu hava limanın?? həm hərbi əhəmiyyəti var: “İstər müharibə dövründə, istərsə hərbi təlimlər zamanı təminatın, silahların, şəxsi heyətin daşınmasında hava məkanından istifadə etmək daha rahatdır. Bu, həm zaman baxımından effektivdir, həm daşınmanı asanlaşdırır, hərbi yüklərin daşınmasında üstünlüklər qazandırır”.

 

Ş.Ramaldanovun fikrincə, Füzuli aeroportu mülki yük təyyarələri ilə yanaşı, hərbi təyinatlı təyyarələri qəbul etmək imkanındadır. Bu, olduqca mühüm məsələdir: “Azərbaycanın Ermənistan kimi etibarsız bir qonşusu var. Bu mənada, sərhəd bölgələrinə yaxın aeroportların çoxluğu bizə hərbi üstünlük verir. Eləcə , bu aeroportların sərhədə yaxınlığı sayının çoxluğu PUA-ların, hərbi təyyarələrin hədəfə doğru getmə yolunu zamanını azaldar. Bundan başqa, hava hücumundan müdafiə baxımından da onların əhəmiyyəti böyükdür”.

 

Pərviz Sadayoğlu

 

Yeni Azərbaycan.- 2021.- 28 oktyabr.- S.4.