Ölkəmizdə gənclərin sosial fəallığı yüksəkdir

 

 

 

 

Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlayıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin hərtərəfli yararlanmasına şərait yaradır. Bundan yararlanmaqla gənclər inteqrasiya, iştirakçılıq, mübadilə, faydalanma imkanı qazana bilərlər.

 

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Gənclər mərkəzləri, Uşaq yaradıcılıq mərkəzləri istifadəyə verilib, orta ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Bu gün ölkədə gənc nəslə diqqət qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan gənclərinin təşkilatlanması da əsas məqsədlərdəndir. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün onların ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq gənclərin qeyri-hökumət təşkilatları yaradılıb, onların fəaliyyətlərinin təşkili üçün hər cür şərait qurulub. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişaflarını təmin etmələri, həm dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmalarıdır.

 

Vacib məqamlardan biri gənclərin sosial fəallığının artırılması, eyni zamanda onların bu baxımdan aktivliyinə töhfə verməkdən ibarətdir. Bəs bu istiqamətdə  mövcud vəziyyət necədir? Bu barədə qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev bildirib ki, hər bir dövlətin əsas missiyasından biri gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir: Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi gənclərin dövlətin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətlərini yüksəltməkdir. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətin inkişafında olduqca mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri ölkəmizi gücləndirir. Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm digər sahələrdə nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Bir sözlə, gənclərimizin sosial fəallığı olduqca yüksəkdir”.

 

F.Nəbiyevin sözlərinə görə, Azərbaycanın bütün regionlarında da gənclərlə fəal aparılır. O, qeyd edib ki, görülən işlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait təminatların yaradılmasını sürətləndirir, onların ictimai-siyasi fəallığının artmasına köməklik edir:Bu gün gənclərin vətənpərvərlik dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir. Bölgələrdə gənclər üçün müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərin tikilib istifadəyə verilməsi bu məqsədə xidmət edir. Belə obyektlər sırasında Gənclərin İntellektual İnkişaf Yaradıcılıq Mərkəzləri xüsusi yer tutur. Həm azyaşlı uşaqların, həm yeniyetmələrin, həm gənclərin sosiallaşmasında, cəmiyyətə inteqrasiyasında bu mərkəzlərin sanballı xidmətləri var. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə vaxtaşırı həyata keçirilən layihələr öz səmərəsini verir”.

 

Həmsöhbətimiz vurğulayıb ki, sosial fəallıq təkcə gəncləri əhatə etmir: “Ölkəmizdə çoxlu sayda fəal gənclər təşkilatı var ki, onların həyata keçirdiyi müəyyən layihələr bu məqsədə xidmət edir. Bu layihələr vasitəsilə gənclər təşkilatları bütövlükdə vətəndaşların sosial fəallığının artırılmasına nail olurlar. Buna nümunə kimi pandemiya dövründə həyata keçirilən layihələri göstərə bilərik. Koronavirusdan qorunmaq, karantin qaydalarına əməl etmək, ahıl insanlara, aztəminatlı ailələrə dəstək s. bağlı atılan addımlar, gerçəkləşən layihələr sosial baxımdan vətəndaşların fəallığını artırıb. Bütövlükdə isə vətəndaşların sosial fəallığının artması cəmiyyətimizin inkişafına xidmət edir”.

 

MəqaləAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi iləİnsan hüquq azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial siyasi fəallığının artırılmasıistiqaməti üzrə hazırlanmışdır

 

Nardar BAYRAMLI

 

 Yeni Azərbaycan.- 29 oktyabr.- S.5.