Ali təhsil müəssisələrində tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm işlər görülür

 

 

Sevinc İsgəndərova: Tələbələrimizin təhsillərini dondurub Vətən uğrunda döyüşə getmələri Azərbaycan Texniki Universitetində vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsidir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Bu tarixi Zəfərdə ən böyük pay sahibi olanlar isə vətənpərvər gənclərimizdir. Belə ki, Vətən müharibəsində Azərbaycan gəncləri yüksək iradə, əzm, milli ruh vətənpərvərlik nümayiş etdirdilər. Onların arasında Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə məzunları da var. Daha dəqiq desək, bu ali məktəbin tələbə məzunları da Vətən qarşısında öz şərəfli borclarını ləyaqətlə yerinə yetirərək qəhrəmanlıq nümunələri göstəriblər.

Bununla bağlı qəzetimizə açıqlama verən AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova öncə onu bildirib ki, universitetin tələbələri torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüblər: “44 günlük Vətən müharibəsində iştirak edən hər bir gəncimiz kimi Azərbaycan Texniki Universitetinin kolleclərinin tələbə məzunları da yüksək döyüş ruhu nümayiş etdiriblər. Onlardan 28 nəfəri şəhidlik zirvəsinə ucalıb. Bu da həm xalqımızın, həm universitetimizin tarixinə şərəfli səhifə kimi yazılıb. Tələbələrimizin təhsillərini dondurub Vətən uğrunda döyüşə getmələri isə universitetdə vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsidir”.

Ümumiyyətlə, bütün gənclərimizdə olduğu kimi, AzTU tələbələri arasında da vətənpərvərlik ruhu yüksəkdir. Torpağa bağlılıq, xalqa sevgi hissləri çox güclüdür, milli-mənəvi dəyərlərimizə hər zaman ehtiram duyulur. Tələbələrimizin ideya baxımdan mətin, siyasi cəhətdən yetkin, əsl azərbaycançılıq məfkurəsində, hərbi vətənpərvərlik ruhunda formalaşması üçün kifayət qədər ciddi işlər görülür, ictimai-siyasi ədəbi-bədii tədbirlərə geniş yer verilir. Təbii ki, bütün bunlar da öz bəhrəsini vermiş oldu. Vətən müharibəsində AzTU-nun 200-dən çox tələbə məzunu iştirak edib”, - deyə mətbuat katibi vurğulayıb.

Sevinc İsgəndərova onu da bildirib ki, müharibədən öncə olduğu kimi, müharibə dövründə sonra da AzTU-da tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzindədir: “Universitetimizdə Vətən müharibəsində əldə edilən şanlı Zəfərlə əlaqədar onlayn tədbirlər, görüşlər təşkil edilib, tələbələrə əsgər zabitlərimizin qəhrəmanlıqlarından söz açılıb. Məsələn, “Zəfər torpağıadlı onlayn tədbir çərçivəsində Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı Laçın uğrunda döyüşlərdə iştirak edən AzTU-nun tələbələri - qazi Zahir Əvəzli, müharibə iştirakçıları Növrəs İbadov Adil Minayev ilə görüş keçirilib. Eləcə 2 fevral - Gənclər Günündə universitetin Vətən müharibəsində iştirak edən tələbələri ilə görüş keçirilib”.

Müsahibimiz qeyd edib ki, Vətən müharibəsində iştirak edən tələbə məzunlar üçün AzTU-da Kompleks Qayğı Proqramı hazırlanıb universitetin Elmi Şurasında təsdiqlənib: “Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçirilir. Kompleks Qayğı Proqramı çərçivəsində universitet tərəfindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış hər bir tələbə məzunun xalça üzərinə həkk olunmuş portreti hazırlanıb onların ailələrinə təqdim olunub. Eləcə AzTU-nun bir qrup tələbə əməkdaşının 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə universitetin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunlarının övladlarını ziyarət etməsi Kompleks Qayğı Proqramının tərkib hissəsidir”.

Qeyd olunub ki, bundan başqa, AzTU-nun əməkdaşları tələbələri universitetin tələbəsi, Milli Qəhrəman, şəhid Şövqiyar Abdullayevin, Anar Məmmədzadənin, Mahmud Cavadovun, Elçin Əzizovun doğum günündə onların məzarlarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlərin ailə üzvləri ilə keçirilən görüşlərdə bildirilib ki, AzTU öz qəhrəmanları şəhidləri ilə fəxr edir bundan sonra da onların əziz xatirəsi universitetdə yaşadılacaq: “Öz növbəsində, Azərbaycanın bir qrup fəal gənci ermənilərin törətdiyi soyqırımıları işğalçılıq siyasətini, eyni zamanda, Tovuz döyüşləri ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçünTwitter”də aksiyaya başladılar. 3000-ə yaxın gəncin qoşulduğu aksiyada Azərbaycan Texniki Universitetinin tələbələri iştirak etdilər. Məlum olduğu kimi, müharibə təkcə ön cəbhədə getmirdi. İnformasiya müharibəsində üstünlüyü ələ almaq əsgərlərimizə dəstək olmaq məqsədilə erməni vandalizmi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün tələbələrimiz bu işdə yaxından iştirak etdilər”.

Bildirilib ki, AzTU-da Vətən müharibəsində Qələbənin 100-cü gününə həsr olunmuş ağacəkmə aksiyası da keçirilib. Aksiyada Azərbaycan Texniki Universitetinin tələbə-rektoru, tələbə birliklərinin rəhbərləri fəal tələbələri iştirak ediblər: AzTU-nun tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş tələbə məzunlara həsr olunanVətən sağ olsunanimasiyası da onların əziz xatirəsinə hörmət ehtiramın ifadəsidir. Rəssam Naqiyə Rzayevanın qumla yaratdığı animasiyanı Emin Hüseynov AzTU-nun məzunu Nazim Şərbətov lentə alıb. 10 dəqiqəlik videoda qəhrəmanların universitetə daxil olduqları ildən şəhid olduqları dövrədək bütün məqamlar əks olunub. Qeyd edək ki, AzTU-da şəhid tələbə məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək”.

O da vurğulanıb ki, ali məktəbdə, həmçinin Aprel döyüşlərinin 5 illiyinə həsr olunanZəfər yoluadlı onlayn tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri şəhid ailələri iştirak ediblər. Tədbirdə Aprel döyüşlərində AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov Elvin Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı bildirilib. AzTU tələbələri arasında vətənpərvərlik hissinin hər zaman yüksək olduğu diqqətə çatdırılıb. Tədbirdə AzTU tələbələrinin Aprel döyüşləri ilə bağlı hazırladıqları videoçarx nümayiş olunub, tələbələrin ifasında şeirlər səsləndirilib.

Eyni zamanda, bu möhtəşəm qələbəmiz haqqında həqiqətlərin təbliği diqqət mərkəzindədir. Belə ki, AzTU-da təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli Cəbrayıl rayonlarına səfəri təşkil edilib. Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədiləNargisjurnalının Qarabağ mədəniyyətinə tarixinə həsr olunmuşKarabakh is Azerbaijanadlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib. Həmçinin Təhsil Nazirliyinin təşkilatçılığı ilə əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib”, - deyə S.İsgəndərova əlavə edib.

Universitetdə 20 Yanvar faciəsinin, Xocalı soyqırımının ildönümləri, 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü, həmçinin milli dövlət bayramları ilə bağlı da müxtəlif tədbirlərin keçirildiyini deyən S.İsgəndərova sonda qeyd edib ki, AzTU Vətən uğrunda canından keçən tələbə məzunlarının xatirəsini hər zaman əziz tutur, bundan sonra da belə olacaq.

 

 

Müşfiqə BAYRAMLI

 

 Yeni Azərbaycan.- 2021.- 1 sentyabr.-S.4.