Ermənistanın müharibə cinayətləri
barədə həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində hər bir azərbaycanlı fəal olmalıdır
Minəvvər Vahabova: Səfər iştirakçıları
işğaldan azad edilmiş ərazilərimizdə
ermənilər tərəfindən
törədilən dağıntıları
öz gözləri ilə gördülər
Ötən il sentyabrın
27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan
tarixinə qızıl
hərflərlə yazıldı.
44 günlük müharibə
zamanı Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
ordumuz tarixi Zəfər qazandı. Məhz bu Zəfər nəticəsində torpaqlarımızın
işğalına son
qoyuldu və ərazi bütövlüyümüz
bərpa edildi. Bu müharibədən sonra, eyni zamanda,
beynəlxalq aləm işğalçı Ermənistanın
30 il ərzində həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin, vəhşiliklərin
əyani şəkildə
şahidi oldu.
Daha dəqiq desək,
müharibədən sonra
işğaldan azad olunmuş ərazilərə
səfər edən xarici ölkələrin təmsilçiləri, diplomatlar,
mətbuat nümayəndələri
bədnam qonşularımızın
törətdikləri vəhşiliklərin
nəticələrini öz
gözləri ilə
gördülər. Lakin təbii
ki, Ermənistanın bu cinayətləri barədə daha çox ölkələrin
və xalqların məlumatlı olması üçün işlər
davamlı xarakter daşımalıdır. Ötən
yazılarımızda vurğuladığımız
kimi, heç şübhəsiz, bu işdə xarici ölkələrdəki diaspor
təmsilçilərimizin
də üzərinə
mühüm vəzifə
düşür. Bunu nəzərə alan Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təmsilçilərimizin Şuşaya
səfərini təşkil
edir.
Məlumat üçün bildirək ki, avqust ayında Şuşaya səfər edən diaspor təmsilçilərimiz arasında
Nyu-York Azərbaycan-Amerika
Qadın Cəmiyyətinin
yaradıcısı və
rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya
Şurasının İdarə
Heyətinin üzvü
Minəvvər Vahabova
da olub.
Qəzetimizə açıqlamasında M.Vahabova
öncə “səfər
iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə
ermənilər tərəfindən
törədilən dağıntıları,
vandalizm aktlarını
öz gözləri ilə gördülər.
Bir daha bildirildi ki, mənfur düşmən
üç onillik ərzində öz nəzarətində saxladığı
ərazilərimizdə böyük
dağıntılar törətməklə
yanaşı, həm də şəhər və kəndlərimizi, yolları kütləvi şəkildə minalayıb.
Təbii ki, dünya birliyi bu cinayətlər barədə məlumatlı
olmalıdır. Bu baxımdan, hesab edirəm ki, Ermənistanın müharibə
cinayətləri barədə
həqiqətlərin dünya
birliyinə çatdırılması
üçün hər
bir azərbaycanlı fəal olmalıdır”, -
deyib.
Onun sözlərinə
görə, bu məsələdə xaricdəki
diaspor təmsilçilərinin
də üzərinə
mühüm vəzifə
düşür: “Elə
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə iyul və avqust aylarında Azərbaycanın
diaspor nümayəndələrinin
Şuşaya səfərinin
təşkil olunmasında
da məqsədlərdən
biri bu idi.
Yəni Ermənistanın
müharibə cinayətləri
barədə həqiqətlərin
yaşadıqları ölkələrin
cəmiyyətinə çatdırılması
diaspor təmsilçilərimizin
yeni dövrdə əsas vəzifələrindən
biri olmalıdır”.
Açıqlamasında avqustun 17-də Şuşaya
səfəri barədə
təəssüratlarını da bölüşən M.Vahabova bildirib ki, Şuşa işğaldan azad olunandan bəri bu gözəl diyara səfər etmək arzusu olub: “Planlaşdırılmamış
halda Azərbaycana gəlməli oldum və təsadüf nəticəsində Diasporla
İş üzrə
Dövlət Komitəsi
həmin ərəfədə
Şuşaya gözəl
bir səfər təşkil etdi. Beləliklə, möcüzə
baş tutdu və mən avqust ayının 17-də
dillərə dastan olan, cəsur əsgərlərimizin qanı
bahasına azad olunan Şuşada olmaq xoşbəxtliyini yaşadım. Bu səfərin mənim üçün ikinci bir önəmi də vardı. Belə ki, qardaşım
Nəsib Kaşiyev
1992-ci ildə Şuşada
şəhid olub və artıq onun ruhu şaddır”.
Qeyd edək
ki, 1965-ci ildə Şəkidə anadan olan Minəvvər Vahabova 2007-ci ildə
ABŞ-ın Nyu-York ştatına köçüb.
Hazırda Nyu-Cersi ştatında yaşayan M.Vahabova Nyu-York Azərbaycan Amerika Qadın Cəmiyyətinin
və Nyu-York Azərbaycan Evinin yaradıcısı və
rəhbəri, həmçinin
Amerika Azərbaycanlıları
Koordinasiya Şurasının
İdarə Heyətinin
üzvüdür. Artıq
14 ildir diaspor fəaliyyəti ilə məşğul olan müsahibimiz deyib ki, Nyu-York Azərbaycan
Amerika Qadın Cəmiyyəti 2013-cü ildə
Nyu-York ştatında
rəsmi olaraq qeydiyyatdan keçib:
“ABŞ-da 6 il yaşadıqdan sonra bir qadın və ana olaraq
hiss etdim ki, qadınların bir cəmiyyətdə toplanmasına ehtiyac var. Bu təşkilatda
biz, Vətəndən
uzaqda yaşayan qadınlar toplaşaraq ümumi problemlərimizi həll edə, yeni gələn ailələrin inteqrasiyası
üçün müvafiq
köməklik göstərə
bilərik. Onu da deyim ki,
Cəmiyyətimizdə azərbaycanlı
qadınlarla yanaşı,
müxtəlif millətlərdən
olan qadınlar da var”.
“Bizə bu
tarixi Zəfəri yaşatdıqları üçün
Ali Baş Komandan İlham Əliyevə, rəşadətli
ordumuza minnətdarlıq
edirəm”, - deyən M.Vahabova daha sonra bildirib: “Torpaqlarımız işğal
altında olan zamanlar biz mütəmadi
olaraq haqq səsimizi dünyaya çatdırmağa çalışırdıq.
Hər il Xocalı faciəsinin ildönümündə
Ermənistanın BMT-də
nümayəndəliyi və
BMT-nin Baş Qərargahı qarşısında
mitinqlər təşkil
edir, məktublar, “email”lər, görüşlər
vasitəsilə Azərbaycanın
başına gətirilən
müsibətləri dünya
ictimaiyyətinə çatdırırdıq. Vətən müharibəsi zamanı da xaricdə yaşayan həmvətənlərimiz
bir can, bir ürək oldular. Amerikadakı diaspor təşkilatları
da bir gün
belə usanmadan Vətənin haqq səsini, həqiqətləri
Amerika ictimaiyyətinə,
konqresmenlərə, senatorlara,
yerli icra nümayəndələrinə, həqiqətləri təkzib
edən media nümayəndələrinə çatdırdılar. Vətən
müharibəsi günlərində
sosial mediada: “facebook”, “Instagram”, “Twitter” səhifələrindən
əsl savaşa başlamışdıq. Ali
Baş Komandanımızın
çıxışlarını səbirsizliklə ğözləyir
və baş verənlərə uyğun
birlikdə fəaliyyət
göstərirdik. Onu da deyim ki, 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində
tətbiq edilən yeniliklər, xarici ölkələrdə, o cümlədən
Amerikada diaspor təşkilatlarımızın fəaliyyətinə əlavə
stimul verib. 2018-ci ildə komitə sədri Fuad Muradov Nyu-York şəhərinə səfər
edərək Amerikada fəaliyyət göstərən
diaspor fəallarını
bir yerə topladı və böyük səs çoxluğu ilə Amerika Azərbaycanlıları
Koordinasiya Şurası
yaradıldı. Elə
müharibə dövründə
Amerikadakı azərbaycanlıların
daha fəal olmasında da bu səfərin və yaradılan Şuranın mühüm
rolu oldu. Postmüharibə dövründə
isə qarşımızda
yeni vəzifələr
dayanır. Yuxarıda
vurğulandığı kimi,
Ermənistanın müharibə
cinayətləri barədə
həqiqətlərin dünya
birliyinə çatdırılması
da bu vəzifələr
sırasındadır. Bu
baxımdan, dövlətimizin
diaspor quruculuğu siyasətinə verdiyi dəstəkdən güc
alaraq yenə ön sıralardayıq. Yəni bundan sonra da yeni
dövrün tələblərinə
uyğun olaraq fəaliyyətimizi uğurla
davam etdirəcəyik”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2021.- 2 sentyabr.-
S.4.