Azərbaycanda regional sənaye quruculuğunun əhatə
dairəsi genişlənir
Azərbaycanda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların
sosial-iqtisadi inkişafına
dair müvafiq Dövlət proqramlarının
uğurla icra edilməsi ölkəmizin
yeni inkişaf modelini formalaşdırıb.
Bu modelin ən səciyyəvi cəhətlərindən biri
ondan ibarətdir ki, ölkəmizdə bölgələr də iqtisadi güc mərkəzlərinə çevriliblər.
Xüsusilə də bütün ölkə üzrə yüksəksəviyyəli
müasir infrastrukturun
yaradılması istisnasız
olaraq respublikanın əksər bölgələrində
iqtisadi fəallığın
artmasını şərtləndirib.
Bütün ölkə üzrə yeni generasiya güclərinin yaradılması,
müasir yolların çəkilməsi, su, qaz təchizatının yüksək səviyyədə
təmin olunması bölgələrdə, həmçinin
sənaye quruculuğuna
güclü impuls verib. Məlum olduğu kimi, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda güclü sənayeləşmə
prosesi gedir. Təsadüfi deyildir ki, son illərdə
milli iqtisadiyyatımızda
ən yaxşı inkişaf göstəriciləri
məhz qeyri-neft sənayesində qeyd alınır. Cari ilin arxada qalan
dövrü ərzində
qeyri-neft sənayesində
təxminən 16 faiz artıma nail olunub ki, bu
da Azərbaycanın məqsədyönlü siyasətinin
nəticəsidir.
Son illərdə ölkəmizdə
neftdənkənar iqtisadiyyat
üzrə yeni sənaye müəssisələrinin
yaradılması, həmçinin
güclü infrastruktur
təminatına malik bölgələrdə də
geniş vüsət alıb. Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlarda yeni istifadəyə verilən əksər sənaye müəssisələrinin açılış
mərasimlərində şəxsən
iştirak edib və Özünün dəyərli tövsiyələrini
verib. Bu ənənə postmüharibə
dövründə də
davam edir. Dövlətimizin başçısı cari ilin iyul
ayında Daşkəsən
rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş
Regional Emal Sahəsinin fəaliyyəti
ilə tanış olub və “Mərəh”
qızıl mədənində
süxurların ilk partlayış prosesini izləyib. Dövlət
başçımızın fəaliyyəti ilə tanış olduğu “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən
başlanılıb. Həmin
vaxtdan etibarən bu mədəndə mühüm yenidənqurma
və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə
isə əlavə
338 min unsiya qızılın istehsalı
planlaşdırılır.
Son illərdə
ölkəmizin regional
sənaye quruculuğu
siyasəti çərçivəsində
bölgələrdə sənaye
məhəllələrinin yaradılması da geniş vüsət alıb. İndiyədək
Prezident İlham Əliyev ayrı-ayrı bölgələrdə sənaye
məhəllələrinin yaradılması ilə bağlı bir neçə Sərəncam
imzalayıb. Respublikamızda
ilk Sənaye Məhəlləsinin açılışı
24 sentyabr 2017-ci il tarixində dövlət başçımızın iştirakı
ilə Neftçalada baş tutub. Sözügedən Sənaye
Məhəlləsinin inşası
Prezident İlham Əliyevin 2015-ci ilin fevralında imzaladığı
müvafiq Sərəncama
əsasən həyata
keçirilib. Sənaye
Məhəlləsinin iştirakçıları
tərəfindən istehsal
sahələrinin yaradılmasına
45,3 milyon manat investisiya yatırılıb.
Cari ilin
aprelində isə Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul Sənaye Məhəlləsinin
açılışı olub. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verərək bildirib ki, ölkəmizdə
fəaliyyətdə olan
sənaye məhəllələrinə
indiyədək 73 milyon
manatdan çox sərmayə yatırılıb,
286 iş yeri açılıb. Rezidentlər
96 milyon manatdan çox məhsul satışını həyata
keçiriblər. Hacıqabul
Sənaye Məhəlləsində
yaradılan “Azərmaş”
zavodu 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsində
yaradılan müəssisələrdən
biri də “Elberg” tikinti materialları üçün
avadanlıqların istehsalı
zavodudur. Müəssisə
il ərzində iki zavodu “açar-təhvil”
prinsipi ilə qurmaq imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsinin
digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə
600-900 ton yüngül
tara istehsal etmək gücündədir.
Sənaye Məhəlləsində
istifadəyə verilən
müəssisələrdən biri isə gübrə
istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir.
Müəssisədə ildə
600 min ton gübrə istehsal olunacaq. Görülən işlərdən razılığını
bildirən dövlətimizin
başçısı “Qarabağ
zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir.
Qarabağ zonasında
mütləq belə müəssisələr yaradılmalıdır
ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın
potensialından maksimum
dərəcədə istifadə
edək”, - deyə vurğulayıb.
Yeri gəlmişkən,
müharibənin başa
çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli
istifadə edilməsi
üçün zəruri
tədbirlər görülür.
Hazırda burada müasir infrastruktur quruculuğu intensiv şəkildə davam etdirilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında
iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə
iqtisadi rayonların sayı artırılaraq
14-ə çatdırılıb və respublikamızın
iqtisadi rayonlarının
sırasına Qarabağ,
Şərqi Zəngəzur
iqtisadi rayonlarının
adları da daxil edilib. İşğaldan
azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi
sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara
əsaslanır. İşğaldan
azad edilmiş ərazilərdə iqtisadiyyatın
inkişaf etdirilməsi
üçün nəzərdə
tutulan istiqamətlər
sırasında dağ-mədən
sənayesi də yer alır ki,
bu da təsadüfi
deyil. Sözügedən
ərazilərdə dağ-mədən
sənayesi üçün
böyük potensial var. Burada 167 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin
inkişafı planlaşdırılır.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə
də sənaye məhəllələrinin yaradılmasına
start verilib. İşğaldan azad edilmiş ərazilərdə
Prezident İlham Əliyevin iştirakı ilə ilk olaraq
Ağdam Sənaye Parkının təməlqoyma
mərasimi keçirilib.
Ağdamda yaradılacaq
sənaye mərkəzində
ilkin müraciətlər
əsasında 33 kiçik
istehsal və xidmət müəssisəsi,
iri sənaye və qida sənayesi
müəssisələri fəaliyyət
göstərəcək. Buraya
110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış
imkanları rayonun gələcəkdə Qarabağın
sənaye mərkəzinə
çevrilməsi imkanlarını
genişləndirir.
Mübariz ABDULLAYEV
Yeni
Azərbaycan.- 2021.- 3 sentyabr.- S.4