Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsi kifayət qədər genişdir

 

 

Dünyanın ayrı-ayrı qabaqcıl ölkələri yüksək inkişaf səviyyəsinə liberal iqtisadiyyatın davamlı olaraq dəstəklənməsi sayəsində çatıblar. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan da məhz bu təcrübədən bəhrələnməklə ölkədə azad sahibkarlıq mühitinin daha da optimallaşdırılmasına nail olmağa çalışır. Respublikamızda sıraları getdikcə genişlənən sahibkarlar ordusu dövlət tərəfindən dəstəklənirlər. Son illərdə dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan islahatların böyük qismi sosial-iqtisadi məzmunludur. Həyata keçirilən islahatlar sayəsində ölkəmizdə şəffaflıq artıb, ixracın investisiyaların səmərəli təşviq mexanizmləri işə salınıb, vergitutma bazasının genişləndirilməsi yolu ilə vergi yükü azaldılıb, daxili istehsalın dəstəklənməsinə hədəflənən çoxsaylı tədbirlər görülüb ki, bütün bunlar da sahibkarların marağında olan məsələlərdir.

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı iləAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərsənədi təsdiqlənib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması hədəflənib. Yeni strateji dövr üçün müəyyənləşdirilən prioritetlərdən biri ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu ilə bağlıdır. Sənəddə bildirilir ki, iqtisadi artım qabaqcıl effektiv özəl təşəbbüslərə söykənməli, dövlət özəl sektor əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Sənəddə vurğulanıb: “Özəl sektorun, xüsusilə kiçik orta sahibkarlığın iqtisadi artımın məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir”.

 

Bəhs olunan sənədlə müəyyənləşdirilən dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat prioriteti ilə ölkəmizdə liberal iqtisadiyyatın təşviq edilməsinə sahibkarlıq mühitinin daha da optimallaşdırılmasına hesablanaraq ardıcıl şəkildə reallaşdırılan tədbirlər bir-birini tamamlayır. Bunu son vaxtlarda sahibkarlara praktiki müstəvidə göstərilən dəstək tədbirlərinin əhatə dairəsinin genişlənməsi bir daha təsdiqləyir. Qeyd edək ki, indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən respublika üzrə 38320 sahibkara ümumi dəyəri 5990732000 manat olan layihələrin maliyyələşdirilməsinə 2571638000 manat məbləğində dövlət güzəştli krediti ayrılıb.

 

Bütövlükdə, Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsi kifayət qədər genişdir.  Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 9 avqust 2021-ci il tarixində “e-KOB eviportalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə  Fərman imzalayıb. Sənəddə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyinə müvafiq qurumlarla birlikdə portalın formalaşdırılması, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası, “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. Ekspertlərin bildirdikləri kimi, “e-KOB eviportalının formalaşdırılması ölkəmizdə sahibkarlığın, xüsusilə kiçik orta biznesin inkişafına yeni təkan verəcək. Portal, ilk növbədə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə olunmasını asanlaşdıracaq sahibkarlıq subyektlərinə digər xidmətlərin göstərilməsini təmin edəcək. Bəhs olunan platforma üzərindən sahibkarlarelektron hökumətportalına inteqrasiya olunmuş dövlət qurumlarına müraciət ünvanlamaq imkanı qazanacaqlar. Eyni zamanda, “e-KOB evivasitəsilə bizneslərarası münasibətlər qurmaq mümkün olacaq. Bütün bunlar isə ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması şəffaflığın artırılması, neqativ halların aradan qaldırılması istiqamətində atılan çox mühüm addımlardır.

 

Respublikamızda liberal iqtisadiyyatın inkişafının ardıcıl şəkildə təşviq edilməsi özəl sektorun qeyri-neft iqtisadiyyatının drayverinə çevrilməsini hədəfləyən siyasətin həyata keçirilməsi öz müsbət nəticələrini verir. Hazırda ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 80 faizədək artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Eyni zamanda, bu gün sahibkarlıq subyektləri ölkə vətəndaşlarının əmək bazarına inteqrasiyasının genişlənməsinə mühüm töhfələr verir. Yeri gəlmişkən, sahibkarlıq subyektləri Vətən müharibəsi qazilərinin şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə keçirilənMəşğulluq marafonu”na məmnuniyyətlə qoşulublar. İndiyədək Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant yeri təklif olunub. Artıq 28 sahibkarlıq subyekti tərəfindən 60 nəfər işlə təmin edilib. Qeyd edək ki, KOBİA-nın ölkənin 20-dən çox şəhər rayonunda fəaliyyət göstərən “KOB dostlarıtərəfindənMəşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlıq subyektlərinə müvafiq vakant yerlərinin elektron sistemə daxil edilməsi üçün dəstək göstərilir.

 

Göstərilən davamlı dövlət dəstəyinin məntiqi nəticəsi olaraq sahibkarlıq subyektlərinin rəqabət imkanlarının artması da mühüm əhəmiyyətə malikdir. Sevindirici haldır ki, son vaxtlarda milli şirkətlərimiz beynəlxalq sərgilərdə uğurla təmsil olunurlar öz məhsullarını sərbəst şəkildə xarici bazarlara çıxardırlar. Təkcə 2021-ci ilin əvvəlindən bəri milli şirkətlərimiz bir neçə beynəlxalq sərgiyə qatılıblar. Cari ilin sonunadək Azərbaycan şirkətlərinin məhsullarının daha üç beynəlxalq sərgidə nümayiş olunacağı gözlənilir. Bunlar Çinin Şanxay şəhərində təşkil olunacaqÇin Beynəlxalq İdxal Sərgisi” (CIIE), həmçinin  Rusiyanın Moskva şəhərində keçiriləcəkHeimtextil Russia 2021” WorldFood 2021” sərgiləridir. Azərbaycan şirkətləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə öz məhsullarını bəhs olunan beynəlxalq sərgilərdəMade in Azerbaijanvahid ölkə stendində nümayiş etdirəcəklər.

 

 

 

Qaşqay RAMAZANOV

 

 Yeni Azərbaycan.- 2021.- 4 sentyabr.- S. 6.