Ölkəmizdə yaşayan bütün xalqlar azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşiblər

 

Kamal Abdulla: Biz 44 günlük Vətən müharibəsində müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlıqların şahidi olduq

 

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi bugünkü gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur iftixar mənbəyidir. O cümlədən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik vətənpərvərlik hissini gücləndirən məfkurədir. Azərbaycançılıq ideologiyası müstəqilliyə nail olmaq qorumaq, möhkəmləndirmək üçün mühüm amil kimi çıxış edir. Artıq Azərbaycan dövlət müstəqilliyinin 30-cu ildönümü ərəfəsindədir. Bu dövrdə keçilən yol müstəqil dövlətçiliyimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib ki, bu prosesdə azərbaycançılıq ideologiyası əsas amillərdən biridir. Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir.Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Ulu Öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik bütövlüyünə, mənəvi birliyinə nail olub. Çox önəmli amillərdən biri isə odur ki, ölkəmizdə yaşayan müxtəlif xalqlar azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşiblər.

Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, müasir müstəqil Azərbaycanın memarı qurucusu, Ulu Öndər Heydər Əliyev xalqımız dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, ölkəmizdə yaşayan bütün xalqları, etnik qrupları birləşdirən azərbaycançılıq ideologiyası da məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. Bu gün azərbaycançılıq ideologiyasından söhbət açarkən digər məqamlarla yanaşı, bu ideologiyanın tərkib hissəsi olan multikulturalizm tolerantlıq məsələlərinə xüsusi toxunmaq yerinə düşər. Çünki azərbaycançılıq ideologiyası həm azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. Vurğulamaq yerinə düşər ki, “Azərbaycan onun ərazisində yaşayan bütün millət xalqların ümumi vətənidir”, - deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində multikulturalizm tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib.

Kamal Abdulla qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.

Akademik Kamal Abdulla deyib ki, Azərbaycanda dini milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqludur öz inancına görə azaddır. Onun sözlərinə görə, Azərbaycan öz multikultural tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Bu gün Azərbaycan etnik müxtəlifliyə görə zəngin ölkədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Hazırda dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan multikulturalizminin tədris olunması da ölkəmizin böyük uğurudur.

Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar”, - deyən akademik söyləyib ki, Azərbaycan xalqının ruhundakı multikulturalizm əhval-ruhiyyəsi bütün dünyaya yaxşı məlumdur. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları öz ətrafında birləşdirir. Biz 44 günlük Vətən müharibəsində müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlıqların şahidi olduq.

Kamal Abdullanın sözlərinə görə, azərbaycançılıq ideologiyasının təbliğində, o cümlədən ölkəmizdə yaşayan xalqların bu ideologiya ətrafında sıx birləşməsində, multikulturalizm ənənələrinin qorunmasında, inkişafında təbliğ olunmasında Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır.

Bütövlükdə isə, azərbaycançılıq ideologiyası etnik müxtəliflik faktorunun, multikultural ənənələrin əhəmiyyəti ilə bağlı vacib layihələr reallaşdırılır ki, bu da nəinki ölkəmizdə, o cümlədən beynəlxalq miqyasda da təqdir olunur.

 

 

Nardar BAYRAMLI

 

 Yeni Azərbaycan.- 2021.- 11 sentyabr.- S.5.