Sabirabadda Ümumrespublika “Xəmsə” Festivalının
II regional turu keçirilib
Yeni Azərbaycan
Partiyası Gənclər
Birliyinin təşkilatçılığı
ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş Ümumrespublika “Xəmsə”
Festivalının II regional turu keçirilib. Sabirabadda təşkil
edilən turun final iştirakçıları müəyyən
olunub.
Əvvəlcə tədbir iştirakçıları
ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə
gül dəstələri
düzüblər. Sonra Heydər Əliyev adına parkda
keçirilən regional turda
yarışın açılış
mərasimi olub.
YAP Sabirabad rayon təşkilatının
sədri Məleykə
Ağayeva çıxış
edərək, dövlətimizin
başçısı İlham
Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami
Gəncəvi İli" elan
edildiyini diqqətə
çatdırıb. Bildirib ki,
paytaxt və bölgələrdə bununla
bağlı silsilə
tədbirlər keçirilir,
gənclərin Nizami yaradıcılığı barədə
daha dolğun məlumatlar əldə etmələri üçün
geniş imkanlar yaradılır.
Diqqətə çatdırılıb ki, Nizami dühası
hər zaman dünya şərqşünaslığının
diqqət mərkəzində
olub, Nizami yaradıcılığının öyrənilməsi və
tanıdılması sahəsində
xeyli iş görülüb. Nizaminin ədəbiyyatda
və incəsənətdə
yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə
məqbərəsi ucaldılıb.
Azərbaycan Milli Elmlər
Akademiyasının Ədəbiyyat
İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır.
Nizami Gəncəvinin yubileyləri
ölkəmizdə hər
zaman təntənə
ilə qeyd edilir. Prezident İlham Əliyevin dahi şair və mütəfəkkir
Nizami Gəncəvinin
anadan olmasının
880 illiyini nəzərə
alaraq, 2021-ci ili “Nizami Gəncəvi
İli” elan etməsi də bunun bariz
nümunəsidir.
YAP Gənclər Birliyinin
sədri Bəxtiyar İslamov intellektual festivalın məqsədinin
Azərbaycan gəncliyinin
dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri
inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə
bağlı vətəndaş
kimi formalaşmalarına
dəstək vermək
olduğunu bildirib. Qeyd edib
ki, Azərbaycanın bütün regionlarını
əhatə edəcək
festivalda, ümumilikdə,
420 gənc iştirak edəcək. Yeni Azərbaycan
Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış
84 komanda festival çərçivəsində
9 regional turda mübarizə
aparacaq.
Bəxtiyar İslamov vurğulayıb
ki, bu turda
Sabirabad, eləcə də ətraf şəhər və rayonlardan ümumilikdə,
10 komanda iştirak edir. Sabirabad, Saatlı,
Hacıqabul, İmişli,
Beyləqan, Neftçala,
Salyan, Şirvan, o cümlədən Xocavənd
və Füzulini təmsil edən bitərəf və YAP üzvü olan gənclərdən formalaşmış
komandaların iştirakı
ilə keçirilən
II regional turun nəticəsində
2 komanda növbəti
mərhələyə vəsiqə
qazanacaq.
YAP Gənclər Birliyinin
sədri, eyni zamanda, bu cür
tədbirlərin Azərbaycan
gəncliyinin tariximiz,
ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz
barədə zəngin
biliklər əldə
etmələri üçün
əhəmiyyətindən danışıb.
Sonra dahi Azərbaycan şairinin bəşəriyyətə
bəxş etdiyi “Xəmsə” əsasında
intellektual yarışmalara
start verilib. Yarışmanın sonunda qaliblər
müəyyənləşib, İmişli və Hacıqabul rayonlarını
təmsil edən komandalar final mərhələsində
iştirak etmək şansı qazanıblar.
Qeyd edək
ki, sentyabr ayı ərzində davam edəcək layihənin finalının
Gəncə şəhərində
keçirilməsi nəzərdə
tutulub.
Yeni Azərbaycan.- 2021.- 11 sentyabr.-
S.-3.