Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsində şəhid ailələri ilə görüş keçirilib

 

 

Sentyabrın 10-da Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda başlanan Vətən müharibəsində həlak olmuş şəhid Adil İbrahimin həyat yoldaşı Nargül İbrahimi, şəhid Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova, şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, “ZəfərŞəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri Sevinc Alızadə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitə sədri şəhidlərin həyat yoldaşlarının bu il ali məktəbə qəbul olduqlarını qeyd edib. Komitə sədri bildirib ki, biz hazırda həyatımızın ən əhəmiyyətli, tarixi bir dövrünü yaşayırıq. Bu gün ölkəmizdə vətəndaş həmrəyliyinin, tolerant mühitin olması, daxili sabitliyin qorunması Azərbaycanı güclü, qüdrətli siyasi iradəsini ardıcıl şəkildə həyata keçirən dövlətə çevirib.

Tarixin bütün mərhələlərində çətinliklərlə üzləşən, müharibə şəraitində yaşamış Azərbaycan qadınlarının qazanılan böyük qələbələrdə, əldə edilən nailiyyətlərdə özünəməxsus yeri imzası var. Bu gün biz sizlərin simasında bunu bir daha görür belə güclü, iradəli qadınlarımızla qürur duyuruq.

Zəfər dolu bu günlərin yaşanmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam inkişaf etdirilməsinin müstəsna əhəmiyyəti var. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti igid oğullarımız sayəsində qazanılıb. Bu yolda canını verən şəhidlərimiz Zəfərimizi nəinki ölkəmizin, eləcə dünyanın hərb tarixinə qızıl hərflərlə yazdılar.

Şəhidlərimiz heç bir zaman unudulmayacaq, xalqımız onlara daim minnətdarlıq hissi duyacaq. Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun, onların göstərdikləri qəhrəmanlıqların xalqımıza çatdırılması sizlər kimi güclü, iradəli qadınların cəmiyyətə tanıdılması gənc nəslin vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verəcəkdir”, - deyə Bahar Muradova qeyd edib.

Zəfər Şəhid Ailələrinə Dəstəkİctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, şəhid qazilərimizin şücaəti sayəsində Azərbaycan Ordusu ən müqəddəs vəzifəni uğurla həyata keçirib, şanlı tarix yazıb. O, həmçinin qeyd edib ki, bu gün öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olması hər birimizə güc, qürur verir.

Vətən müharibəsində həyat yoldaşını qardaşını itirən qəhrəman şəhid Adil İbrahimin həyat yoldaşı Nargül İbrahimi deyib ki, Vətən qəhrəmanlar sayəsində yaşayır. Şəhidin həyat yoldaşı bacısı olmaq ağrılı olduğu qədər qürurvericidir.

Sonra şəhid baş leytenant Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova onlara göstərilən diqqət qayğıya görə minnətdarlığını bildirib. Qeyd edib ki, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi dövlətimiz tərəfindən Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin, ehtiramının bariz nümunəsidir.

Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova şəhidin ən böyük arzusunun onun ali təhsil alması olduğunu bildirib. “Mən bu gün xoşbəxtəm ki, onun bu arzusunu həyata keçirmişəm”, - deyə o qeyd edib.

 

 Yeni Azərbaycan.- 2021.-  11 sentyabr.- S.4.