Bu il İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 ili tamam olur

 

Cəlal Allahverdiyev: İrəvan Müəllimlər Seminariyası xalqımızın maarifpərvər kadrlarının hazırlanmasında misilsiz rol oynayan təhsil ocaqlarından biri olub

 

 

Elə tarixi səhvlər var ki, sonrakı nəsil onun ağrı-acısını illərlə, hətta yüz illərlə çəkir. Azərbaycanın milli, dini, mədəni ədəbi mərkəzlərindən olan İrəvan şəhərinin ötən əsrin əvvəlində bədnam qonşularımıza güzəştə gedilməsi Qərbi Azərbaycan türklərinin sonrakı faciələrinin, o cümlədən dədə-baba yurdlarından didərgin salınmasının əsas səbəblərindən olub. Bununla da təkcə soydaşlarımızın məcburi köçünün əsası qoyulmadı, həmçinin əsrlərlə formalaşma dövrü keçmiş tarixi milli-mədəni mərkəzlərimizdən biri olan İrəvandan tamamilə məhrum olunmağımıza gətirib çıxardı”.

Bu fikirləri qəzetimizə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev deyib.

Araşdırmaçı-alimin sözlərinə görə, təxminən 200 il əvvəl Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra çar hakimiyyətinin İrəvanda yeni üsul-idarəsinin tətbiqi ilə yanaşı, gec olsa, ölkədə təhsil sahəsində həyata keçirilən bəzi islahatlar Cənubi Qafqazın mühüm ticari mədəni mərkəzlərindən hesab olunan İrəvan şəhərinə gəlib çatdı: Onu xüsusi olaraq qeyd edim ki, hələ XIX əsrin 70-ci illərinə kimi Cənubi Qafqazda soydaşlarımız üçün dünyəvi fənləri tədris edən ya bu fənlərdən dərs keçmək üçün pedaqoji kadrlar hazırlayan bir təhsil ocağı yox idi. Azərbaycanın digər bölgələrində olduğu kimi, İrəvanda da dünyəvi məktəblər açılana qədər təlim müəssisəsi kimi məscidlərin nəzdində mollaxana mədrəsələr fəaliyyət göstərib. Regionda baş verən siyasi proseslər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində yeni meyillərin yaranmasına səbəb oldu. Artıq köhnə tipli məktəblər tənəzzülə uğrayaraq yerini dünyəvi təhsil ocaqlarına verməyə məcbur olurdu”.

C.Allahverdiyev deyib ki, Cənubi Qafqazda başlanan bu maarifçilik hərəkatına İrəvanda da onlarla tərəqqipərvər azərbaycanlı ziyalı qoşularaq Azərbaycan gənclərinin təhsilə cəlb edilməsi uğrunda mübarizəyə qalxıb: Bu mübarizənin nəticəsində xalqımızın maariflənməsində yüzlərlə ziyalının yetişməsində mühüm rol oynayan bir sıra dünyəvi məktəblər təhsil müəssisələri açılıb. 1881-ci il noyabrın 8-də açılmış İrəvan Müəllimlər Seminariyası xalqımızın maarifpərvər kadrlarının hazırlanmasında misilsiz rol oynayan təhsil ocaqlarından biri olub. Seminariya Azərbaycan təhsil tarixinin şərəfli bir səhifəsini təşkil edir. Belə ki, xalqımızın bir sıra görkəmli şəxsiyyətləri, ictimai-siyasi, elm, maarif mədəniyyət xadimləri bu seminariyanın məzunları olub. Həbib bəy Səlimov, Əkbər ağa Şeyxülislamov, Rəşid bəy İsmayılov, Mirzə Cabbar Məmmədzadə, İbadullah bəy Muğanlinski, Fərəməz bəy Mahmudbəyov, Haşım bəy Vəzirov, İbrahim Səfi, Həsən bəy Qazıyev, Tağı bəy Səfiyev bir çox digər ziyalılar İrəvan Müəllimlər Seminariyasında təhsil alıblar”.

Araşdırmaçı-alim onu da xüsusi vurğulayıb ki, bu il İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 ili tamam olur: Müstəqillikdən əvvəl Azərbaycanın tarixi, mədəni mərkəzlərindən olan İrəvanda maarifçilik ənənələrinin əsasını qoyan, soydaşlarımızın təhsil almasında əvəzsiz xidmətləri olan bu qocaman maarif ocağının yubileyinin həmin əlamətdar tarixlə bağlı müvafiq tədbirlərin keçirilməsi həm təhsil tariximizin öyrənilməsi, həm tarixi torpağımız İrəvanın hansı mühüm rola malik olduğunu gənc nəsillərə çatdırılması baxımından əhəmiyyətli olacağını düşünürəm”.

 

Qaşqay ZİYƏDDİNOĞLU

 

 Yeni Azərbaycan.- 2021.- 11 sentyabr.- S.4.