“Pandemiyaya
kütləvi immunitet
formalaşdıqda qalib
gələ bilərik”
Hazırda dünyanın bir
çox ölkəsində
yeni növ koronavirus (COVID-19) infeksiyasına
yoluxma hallarında artan temp müşahidə
edilir. Mütəxəssislərin qənaətinə görə, insanlar məsələyə kifayət
qədər ciddi yanaşmalı və vaksinasiyada fəal iştirak etməlidirlər.
Məsələ ilə bağlı açıqlama verən həkim-infeksionist Aydan Baxşıyeva bildirib ki, pandemiyaya kütləvi immunitet formalaşdıqda qalib gələ bilərik. O vaksinasiyanın
əhəmiyyətindən bəhs edərək deyib ki, peyvəndləmə
bir məqsədə
- anticisimlərin yaranmasına
xidmət edir. Əsas funksiyası virusu neytrallaşdırmaqdır. Əgər anticisim varsa, virusu neytrallaşdıracaq.
“Sosial məsafəni
saxlamaq, gündəlik
gigiyenik qaydalarına riayət etmək olduqca vacibdir, eyni zamanda, infeksiyaya
qarşı əsas mübarizə üsulu, ondan qorunmağın ən etibarlı yolu peyvənd olunmaqdır. Bir sözlə, xəstəliyin
fəsadları ilə
üzləşməmək üçün profilaktik
olaraq vaksinasiya aparılması tövsiyə
edilir”, - deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə,
gigiyena qaydalarına mütləq əməl edilməlidir: “İlk növbədə,
əllərin gigiyenası
gözlənilməlidir. İctimai nəqliyyatdan
istifadə etdikdə,
bank, ofis və digər müəssisələrə
gedib gələndə
qapı və dəstəklərə toxunulduğuna
görə xüsusilə
əllərin gigiyenasına
ciddi şəkildə
əməl olunmalıdır.
Əllər ilıq su altında sabunlanmalı, gün ərzində ən çox istifadə edilən telefon, açar və digər əşyaların səthləri
vaxtaşırı dezinfeksiya
olunmalıdır”.
MÜŞFiQƏ
Yeni Azərbaycan.- 2021.- 11 sentyabr.-
S.6.