Ölkəmizdə milli medianın inkişafının dövlət tərəfindən dəstəklənməsi strateji əhəmiyyət daşıyır

 

Azərbaycan müstəqillik əldə etdikdən, daha doğrusu 1993-cü ilin iyunundan sonra ölkəmizdə insan hüquq azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində mühüm addımlar atılıb uğurlar əldə edilib. Belə ki, ötən dövr ərzində aparılan köklü islahatlar nəticəsində ölkədə senzura, söz məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, redaksiyaların maddi-texniki bazasının iqtisadi müstəqilliyinin gücləndirilməsi digər istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib.

Eyni zamanda, Azərbaycan mediası ölkəmizdə dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Buna baxmayaraq, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulur. Məhz bu baxımdan, milli-tarixi ənənələr modern çağırışlar, habelə müasir medianın özəllikləri nəzərə alınmaqla hazırda bu sahədə yeni islahatların reallaşdırılması prosesi gedir.

Öz növbəsində, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika informasiya siyasəti kafedrasının müdiri, professor Həmid VəliyevYeni Azərbaycanqəzetinə açıqlamasında bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı 30 il ərzində bütün sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında da mühüm addımlar atılıb: “Müstəqilliyin ilk illərində milli mətbuatın inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb. Ancaq təbii olaraq, SSRİ dövründə uzun müddət avtoritar rejimin diktəsi altında fəaliyyət göstərən mətbu orqanlarda çalışan peşəkar jurnalistlərimizin yeni dövrə adaptasiya olunmasına, senzuranın ləğv edilməsinə qədər mediamızın inkişafında müəyyən çətinliklər mövcud olub. Senzuranın ləğv edilməsindən sonrakı dövrdə müstəqil millli mətbuatımızın inkişafı yönündə axtarışlar davam edib. Son illərdə bu sahədə dövlət tərəfindən atılan bir sıra addımlar isə medianın inkişafında yeni mərhələnin başlanmasına təkan verib. Belə ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, eyni zamanda, milli-tarixi ənənələrin mütərəqqi çağırışların nəzərə alınması şərti ilə mətbuatda növbəti islahatların reallaşdırılması üçün yeni konseptual baxış fərqli tənzimləmə mexanizmi tələb olunur. Məhz bu amilləri nəzərə alan Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixliAzərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqındaFərmanı mühüm əhəmiyyət daşıyır. Həmin sənəd Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasını, MEDİA-nın Nizamnaməsinin təsdiq edilməsini, “Media haqqındaAzərbaycan Respublikası Qanununun layihəsinin hazırlanmasını nəzərdə tutur”.

Kafedra müdirinin sözlərinə görə, ölkəmizdə milli medianın inkişafının dövlət tərəfindən dəstəklənməsi strateji əhəmiyyət daşıyır: Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılan MEDİA-nın missiyası da çoxşaxəlidir. Məsələn, informasiya təhlükəsizliyinin qorunması, fikir plüralizminə əsaslanan informasiya mühitinin formalaşdırılması, jurnalistlərin peşə nüfuzunun artırılması, media təmsilçilərinin sosial müdafiəsinin gücləndirilməsi, qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkili digər mühüm vəzifələr MEDİA-nın fəaliyyətinə daxildir. Yeni yaradılmış qurumun Nizamnaməsində dövlətin informasiya siyasətinə dair məsələlərin nəzərdə tutulması da təqdirəlayiqdir. Belə ki, müvafiq sahələrdə dövlət siyasətinin formalaşdırılması həyata keçirilməsində iştirak, dövlət orqanları ilə əməkdaşlıq digər məsələlərlə bağlı təkliflərin işlənib hazırlanması nəzərdə tutulur. Ümumiyyətlə, Agentliyin Nizamnaməsində əksolunan bu müddəalar onu göstərir ki, icra hakimiyyəti strukturlarının media qurumları ilə əlaqələrinin tənzimlənməsi üçün mühüm işlər görülməsi bununla da dövlətin infromasiya siyasətinə dəstəyin təmin edilməsi planlaşdırılır”.

H.Vəliyev deyib ki, MEDİA yeni yaransa da, son bir neçə ayda media sahəsində mütəxəssislərin hazırlanması kadrların peşəkarlığının artırılması istiqamətində atılan mühüm addımlar bu qurumun fəaliyyətini müsbət qiymətləndirməyə imkan verir:Agentlik son aylarda xarici mütəxəssislərin iştirakı ilə müxtəlif tədbirlərin, treninq seminarların təşkil edilməsində mühüm rol oynayır. Məsələn, ötən ay jurnalistlərin Türkiyədə təlimə göndərilməsi sübut edir ki, media savadlılığının müvafiq sahələr üzrə peşəkarlığın artırılması yönündə ciddi işlər görülür. Digər tərəfdən, media subyektlərinə dövlət dəstəyinin təmin olunması həm çap mediasının tarixi ənənələrinin qorunmasına, həm müasir informasiya orqanlarına dəstək baxımından çağdaş tendensiyalara uyğunlaşmağa real zəmin yaradır. Belə ki, onlayn medianın inkişafının stimullaşdırılması mətbuatımızın yeni çağırışlara cavab verməsinə əhəmiyyətli töhfə verə bilər”.

Jurnalistlərin peşəkarlığının artırılması sahəsində görüləcək işlərə diqqət yönəldən kafedra müdiri onu da əlavə edib ki, dövlətin 3 ali təhsil ocağında fəaliyyət göstərən müvafiq fakültələrdə jurnalist ixtisası üzrə mütəxəssislər hazırlansa da, xarici ekspertlərin mütəxəssislərin iştirakı ilə əlavə təhsilin təlimin həyata keçirilməsi ümumi işimizə böyük töhfə ola bilər.

Agentliyin fəaliyyətinin genişləndirilməsinə paralel olaraqMedia haqqındaQanun layihəsinin hazırlanması prosesinin getdiyini xatırladan Həmid Vəliyev deyib ki, yeni qanunun qəbulu Azərbaycan jurnalistikasında sağlam mühitin formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir: “MEDİA-nın yaradılması ilə Azərbaycan mediasında inkişafa yeni çağırışlara hazırlıq prosesinin başlandığını görürük, eyni zamanda, media sahəsində islahatların dərinləşdirilməsinin mühüm tərkib hissəsi olanMedia haqqındaQanun layihəsinin hazırlanmasını da müsbət dəyərləndirmək mümkündür. Belə ki, jurnalistlər, sahə mütəxəssisləri media ekspertlərinin iştirakı iləMedia haqqındaQanun layihəsinin üzərində ciddi işlər aparılır, geniş müzakirələr təşkil olunur. Müzakirələr zamanı bütün detalların təhlili mühüm aspektlərin nəzərə alınması mətbuatımızın gələcəyinə təkan verə biləcək yeni qanunun qəbulunu şərtləndirir”.

 

 

Qaşqay ZİYƏDDİNOĞLU

 

 Yeni Azərbaycan.-2021.- 14 sentyabr.- S.5.