Ağdam tezliklə
regionun ən müasir şəhərinə
çevriləcək
Sentyabrın 12-də Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti
səfəri təşkil
edilib. Ağdam şəhəri daxil olmaqla Ağdam
rayonunun işğaldan
azad edilmiş hissəsində Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəliyi
tərəfindən təşkil
olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə
uzun illərdən sonra yenidən ayaq basıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi
Emin Hüseynov ağdamlıları doğma
şəhərlərində salamlayıb. Bildirib ki, məcburi
köçkünlər 30 ilə yaxındır doğma yurdlarına gəlmək həsrəti
ilə yaşayırdılar.
İşğal altında
olan torpaqlarımızın
44 günlük Vətən
müharibəsində Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən
azad edilməsi nəticəsində bu həsrətə son qoyuldu. Artıq işğaldan azad edilən ərazilərdə,
o cümlədən Ağdamda
inkişaf, quruculuq dövrü başlayıb.
Ağdamlıların doğma
şəhərlərinə səfərlərinin təşkil
edilməsi böyük
qayıdışın bir
hissəsidir. Tezliklə
Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək
və ağdamlılar
öz şəhərlərində
əbədi yaşayacaqlar.
Səfər iştirakçıları Ağdam
şəhərinin Baş
planı ilə tanış olublar. Onlara Ağdamda həyata keçiriləcək
quruculuq işləri barədə ətraflı
məlumat verilib. Ağdamlılar doğma şəhərlərində aparılacaq
işlərdən məmnunluqlarını
ifadə edib, fikir və təkliflər
səsləndiriblər.
Ağdam sakinləri
daha sonra Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrın
qalıqlarını ziyarət
ediblər. Şəhərin
gəzintisi zamanı onlara həyata keçiriləcək yenidənqurma
işləri barədə
məlumat verilib. Ağdamlılar səfər
çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.
Qeyd edək
ki, Ağdam sakinlərinin doğma şəhərlərinə ilk
səfəri sentyabrın
5-də təşkil olunub.
Yeni Azəbaycan.-
2021.- 14 sentyabr.- S.8.