Xalq artisti Ramiz Quliyev: Ağdamın dağlarına
baxanda ürəyim dağa dönür
İnsanlar vətənlərinə,
yurdlarına - viran qalmış, dağıdılmış
Ağdama necə sevgi-məhəbbətlə gəlirlər.
Mən bu günü böyük sevinc və qürurla yaşayıram.
Ağdamın dağlarına
baxanda ürəyim dağa dönür.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə 28 ildən
sonra Ağdam şəhərinə səfər
etmiş respublikanın
xalq artisti, professor Ramiz Quliyev söyləyib.
O, deyib: “Biz
böyük Qələbənin
şahidi olduq. İşğal altında
olan torpaqlarımız
44 gündə azad edildi. Qarabağın işğaldan azad olmasından sonra biz daha qüvvətliyik,
daha xoşbəxtik. May ayının 28-də Prezident
İlham Əliyevin Ağdam şəhərində
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşündə mən də iştirak edirdim. İnanıram ki, biz qısa müddətdə
Ağdamda hər tərəfdə gül-çiçəyin
şahidi olacağıq.
Ağdamın xoşbəxt
günlərini görəcəyik.
Şəhidlərimizə rəhmət
diləyir, onların valideynlərinə, qazilərə,
ordumuza “var olun” deyirik. Ali Baş Komandana
təşəkkürümüzü bildiririk. Qarabağ Azərbaycandır!”.
Yeni
Azərbaycan.- 2021.- 14 sentyabr.- S.8.