Qusarlı gənclər ÜmumrespublikaXəmsəFestivalının regional turunun qalibi olub

 

Sentyabrın 13-də Qubada Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı iləNizami Gəncəvi İli”nə həsr olunmuş ÜmumrespublikaXəmsəFestivalının regional turu təşkil edilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

 

Dahi şair mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan parkda, açıq havada keçirilən bilik yarışının açılış mərasimində YAP Quba rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Yusif Abidov çıxış edərək dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edildiyini diqqətə çatdırıb.

 

Bildirib ki, paytaxt bölgələrdə bununla bağlı silsilə tədbirlər keçirilir, gənclərin Nizami yaradıcılığı barədə daha dolğun məlumatlar əldə etmələri üçün geniş imkanlar yaradılır.

 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov intellektual festivalın məqsədinin Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək vermək olduğunu bildirib.

 

Qeyd olunub ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda ümumilikdə 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv bitərəf gənclərdən formalaşdırılan 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq. Növbəti regional turun Qubada gerçəkləşdiyi haqda danışan Bəxtiyar İslamov qeyd edib ki, bu turda Quba ətraf rayonlarla birlikdə 6 komanda iştirak edir.

 

Quba, Qusar, Xaçmaz, Xızı, Şabran Siyəzən rayonlarını təmsil edən gənclərdən formalaşan komandaların iştirakı ilə keçirilən regional turun nəticəsinə əsasən qalib gələn bir komanda final mərhələsinə vəsiqə qazanacaq.

 

Açılış mərasimində Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğu, onun sənətinin öyrənilməsi tanıdılması sahəsində xeyli işlər görüldüyü qeyd olunub. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin dahi şair mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyini nəzərə alaraq 2021-ci iliNizami Gəncəvi İlielan etməsi bunun bariz nümunəsidir.

 

Çıxışlardan sonra dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyiXəmsə”nin adını daşıyan intellektual yarışmaya start verilib.

 

Maraqlı mübarizə şəraitində keçən bilik yarışmasında qusarlı gənclər qalib adını qazanaraq final mərhələsində iştirak etmək hüququ qazanıblar.

 

Sentyabr ayı ərzində davam edəcək layihənin finalının Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.

 

 

Yeni Azərbaycan.- 2021.- 14 sentyabr.- S.6.